Putinin qərarı Ermənistanı Bakıya möhtac edir
dunya
Oxunub: 18
9 июл 2026 | 14:22
Putinin qərarı Ermənistanı Bakıya möhtac edir


Azərbaycan niyə yeganə alternativ sayılır?


Rusiyada dərinləşən yanacaq böhranı Ermənistanın enerji təhlükəsizliyi üçün yeni və ciddi risklər yaradıb. Musavat.com haqqı.az-a istinadən xəbər verir ki, Moskvanın dizel yanacağının ixracına tam qadağa qoyması Rusiyadan enerji baxımından yüksək dərəcədə asılı olan Ermənistanı faktiki olaraq yeni tədarük mənbələri axtarmağa məcbur edir. Xatırladaq ki, iyulun 8-də Rusiyanın baş nazir müavini Aleksandr Novak prezident Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə ölkədən dizel yanacağının ixracına tam qadağa tətbiq edildiyini açıqlayıb. Bu qərar son aylarda Rusiyada dərinləşən yanacaq böhranının kulminasiya nöqtəsidir.

Bəllidir ki, böhranın əsas səbəblərindən biri Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrdir. “Financial Times” qəzetinin yaydığı məlumata görə, 2026-cı ilin əvvəlindən etibarən Ukrayna Rusiya neft emalı müəssisələrinə azı 194 zərbə endirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur. Son günlər Omsk Neft Emalı Zavoduna endirilən zərbə isə Rusiyanın yanacaq istehsalına növbəti ciddi zərbə kimi qiymətləndirilir. O da bəllidir ki, Moskva hələ aprel ayında benzin ixracına embarqo tətbiq etmişdi və daxili bazardakı vəziyyət nəzərə alınarsa, bu məhdudiyyətlərin uzadılması da istisna edilmir. Rusiya artıq daxili tələbatı qarşılamaq üçün Belarus və Qazaxıstandan yanacaq tədarükü imkanlarını da nəzərdən keçirir. Bu proses Ermənistana birbaşa təsir göstərir. Ölkənin nə öz neft yataqları, nə də neft emalı müəssisələri mövcuddur. Ermənistan istifadə etdiyi bütün neft məhsullarını idxal hesabına təmin edir. Xüsusilə dizel yanacağı üzrə vəziyyət daha həssasdır. İllik təxminən 180 min ton dizel idxalının 150 min tona yaxını Rusiyanın payına düşür və bu yanacaq Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılır.
Bu asılılıq isə Ermənistanı başqa ölkədə baş verən iqtisadi və siyasi proseslərin girovuna çevirir. Rusiyada daxili bazarın qorunması məqsədilə ixracın məhdudlaşdırılması İrəvan üçün yanacaq təminatında ciddi qeyri-müəyyənlik yaradır. Nəşrin yazdığına görə, Ermənistanın alternativləri kifayət qədər məhduddur. İran uzun illər ikinci əsas tədarükçü sayılsa da, ölkəyə qarşı beynəlxalq sanksiyalar, həmçinin regionda mümkün hərbi eskalasiya riski bu istiqaməti etibarlı etmir. Digər variantlar – Rumıniya, Bolqarıstan, Yunanıstan və BƏƏ-dən idxal isə həm yüksək logistika xərcləri, həm də məhdud tədarük imkanları səbəbindən Rusiya həcmlərini əvəz etmək iqtidarında deyil. Məhz bu fonda Azərbaycan istiqamətinin əhəmiyyəti artır. Məqalədə xatırladılır ki, 2025-ci il dekabrın 18-də Azərbaycan ilk dəfə Ermənistana avtomobil yanacağı ixrac edib. Bundan əvvəl isə Bakı Rusiya və Qazaxıstandan Ermənistana göndərilən yüklərin öz ərazisindən tranzitinə icazə vermişdi.

Prezident İlham Əliyevin qərarı ilə işğal dövründən qüvvədə olan məhdudiyyətlərin ləğvindən sonra Azərbaycandan Ermənistana benzin və dizel yanacağı ixracına başlanılıb. İndiyədək Ermənistana 13 min tondan artıq dizel yanacağı, həmçinin 4 min tondan çox AI-92 və AI-95 markalı benzin göndərilib.Hazırkı tədarük həcmləri Rusiyadan alınan yanacağı tam əvəz etməsə də, enerji təhlükəsizliyi baxımından əsas göstərici yalnız həcm deyil. Azərbaycanın üstünlüyü ilk növbədə siyasi sabitlik, coğrafi yaxınlıq və daha sadə logistika ilə bağlıdır. Bundan əlavə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması və regional nəqliyyat-kommunikasiya layihələrinin irəliləməsi gələcəkdə yanacaq ixracının artırılması üçün əlavə imkanlar yaradır.
Rusiyada yaranmış yanacaq böhranı Ermənistan iqtisadiyyatının ən zəif tərəflərindən birini – enerji idxalından yüksək asılılığını üzə çıxarıb. Mövcud geosiyasi şəraitdə İran sanksiyalar və təhlükəsizlik riskləri, Avropa və Yaxın Şərq bazarları isə logistika və qiymət problemləri ilə üzləşdiyi halda, Azərbaycan coğrafi yaxınlığı, siyasi proqnozlaşdırıla bilməsi və tədarük imkanlarının genişləndirilməsi potensialı baxımından Ermənistan üçün ən real alternativ istiqamət kimi qiymətləndirilir.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı