Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
hadise
Oxunub: 14
11 июл 2026 | 10:07
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…


ABŞ rəsmiləri İran ərazisinə yeni hücum dalğasının və Tehranın cavab hücumlarının bir aya qədər davam edə biləcəyini bildiriblər. Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Gözləntimiz ondan ibarətdir ki, TRIPP (“Tramp marşrutu”) layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq”.

Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk danışıqlar ABŞ və Ermənistanla aparılır. "Lakin marşrutun həm giriş, həm də çıxış hissəsi Azərbaycan ərazisindədir. Ona görə amerikalı həmkarlarımız tərəfindən layihənin gedişi ilə bağlı məlumatlandırılırıq. Hazırda sənədləşmənin hazırlanması işləri aparılır. Gözləntimiz ondan ibarətdir ki, bununla bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq”.

Bəs müharibənin uzanması “Tramp yolu”nun açılmasını yubada bilərmi? Nəzərə alaq ki, Tehran tez-tez bu logistikanın əleyhinə bəyanatlar verir. Sonuncu dəfə İrəvandakı iranlı səfir dəhlizlə bağlı tikanlı ifadələr işlətmişdi.
Bu arada “Hraparak” erməni qəzeti yazıb ki, Moskva Paşinyan hökumətini Rusiya ilə AB arasında qəti seçim etməyə sövq edir. “Onları hətta Samvel Karapetyan və Qagik Çarukyanın taleyi də maraqlandırmır. Yeganə tələb TRİPP layihəsindən imtina etmək və Aİİ ilə oyun oynamaqdan əl çəkməkdir”, - məqalədə qeyd olunur.

ABŞ-İran savaşı, Kremlin təhdidi Zəngəzur dəhlizi üçün nə vəd edir?

Siyasi ekspert Heydər Oğuzun fikrincə, əksinə, baş verənlər Zəngəzur dəhlizinin açılmasını tezləşdirəcək. Onun sözlərinə görə, İranda son vurulan yerlərdən biri Çinə və Rusiyaya gedən strateji yol olub: “Bu yol İranı həm Rusiyaya, həm də Qazaxıstana, Türkmənistana və Çinə bağlayan logistikadır. Bu da Orta dəhlizə alternativ yoldur. Vurulan yerlərdən biri isə Çabahar limanıdır. Bu da İranın dünyaya açılan yoldur. Həmçinin Hörmüz boğazını dayandırıb Hicaz yolunu açmaq istəyirlər. Bu yol Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyəyə aparır. Beləliklə, bu addımlar ənənəvi yolların aradan qaldırılmasına hesablanıb. Ümumiyyətlə, ABŞ bu zərbələrlə qlobal dəhlizləri dəyişərək yeni nizam qurur. Ona görə də bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək".

H.Oğuz hesab edir ki, İran bundan sonra Zəngəzur dəhlizi ilə dünyaya açılmağa məhkumdur: "Dünənə qədər Tehran bu koridorun açılmasına etiraz edirdi, indi isə səsi çıxmayacaq. Çünki özünün o yolları bağlanır. Bundan sonra İranın İraqla ciddi problemləri də olacaq. Ona görə əlaqələri kəsilməkdə olan İran üçün Zəngəzur dəhlizindən başqa yol qalmır. Türkiyəyə yol çəkə bilər, amma bu da ağır və xərcli işdir".

Siyasi ekspertin fikrincə, son zərbələr İranın beynəlxalq layihələrdən məhrum edilməsinə hədəflənmişdi: "Buna da nail oldular. Əsas səbəb marşrutları dəyişmək, İranın təsirindən çıxarmaq, İsrail və ərəblərə alternativ yollar verməkdir. Artıq İranla müharibənin mahiyyəti məhz logistikalarla bağlıdır. İranın əl-qolunun bağlanması isə Azərbaycana faydadır".
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq