Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"

Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır.
Bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
"Biz bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, bizim ümumi strategiyamızın tərkib hissəsidir ki, Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirək. Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Bəli, biz artıq 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edirik. Bu baxımdan bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək. Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqlar aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırıla bilən mənbədir və bizim 10 il bundan öncə ilə müqayisə etsək, rolumuz daha vacibdir", - deyə o qeyd edib.
Bundan başqa, dövlət başçısı deyib ki, "mavi yanacaq" hasilatını artırmaq üçün müvafiq işçi proqram tərtib edilib və sərmayə portfeli yaradılıb: "Eyni zamanda, bərpa olunan enerji ilə bağlı işlər görülür. Bunun sayəsində biz qaza qənaət edəcəyik. 2032-ci ilə qədər biz bərpa olunan enerjinin həcmini 8 giqavata çatdıracağıq və bu, bizə ildə 2-3 milyard qaz qənaət etməyə kifayət edəcək. Bu gün həmin qaz elektrik enerjisinin istehsalı üçün sərf edilir. Yəni bu iki vacib faktor: qaz hasilat portfeli və profili genişləndirilir və lazımi olan bazar var. Və biz burada nəqliyyat infrastrukturunu genişləndirməliyik. Bizim qaz infrastrukturumuz 2022-ci il Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrə uyğun tərtib edilib. O zaman bizim proqnozlarımız və strategiyamız ondan ibarət idi ki, biz hasilat prosesini uzadaq və bu həcmləri sabit saxlayaq, və ya daha çox sərmayə qoyaq və daha çox qaz hasil edək. Ancaq müharibə başlayandan sonra Azərbaycan qazına olan tələbat kəskin artdı. Avropa Komissiyasından bizə müraciət edildi ki, Azərbaycan əlindən gələni etsin ki, biz hasilatı artıraq. Biz buna nail olduq. Xanım Fon der Lyayen səfəri zamanı rəqəmlər səsləndirildi. Biz 2022-ci illə müqayisədə Avropa İttifaqına ixracı 65 % artırdıq və bu rəqəm getdikcə artacaq. Yəni, mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi vacibdir".
Onun sözlərinə görə, burada problemli məsələ Avropanın yaşıl gündəliyidir və Avropa bankları bu gün yanacaq enerjisinə sərmayə qoymaq istəmir: "Ona görə sual yaranır ki, bunun üçün maliyyə resursları haradan əldə edilməlidir? Digər məsələ isə, əlbəttə, bu daha da yəqin ki, vacibdir, uzunmüddətli müqavilələrdir. Bunu da biz xanım Fon der Lyayenlə müzakirə etdik. Bizə uzunmüddətli kontraktlar lazımdır. Bizin hasilatı kəskin şəkildə artırmaq üçün böyük sərmayəyə ehtiyacımız var və hansısa bir mərhələdə bizə deyilsə ki, "sağ olun, artıq sizin qazınıza ehtiyacımız yoxdur", bu, qəbul edilməz olar. Bir də ki, şaxələndirmə məsələsi var. Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik. Məsələn, Suriyaya qaz nəql edirik. Yəni biz Suriyadan qonşu ölkələrə də keçə bilərik, orada da böyük tələbat var. Yəni, Avropalı tərəfdaşlarımız ilə təmaslarımızda biz onu, mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var və birgə səy göstərərək qaz nəqli sistemini genişləndirməyə ehtiyac var. Və Avropa Komissiyası ilə münasibətlərdə, mən artıq bunu qeyd etdim, biz bu əməkdaşlıqdan çox məmnunuq və həmin təşkilatın liderlərinin tez-tez ölkəmizə səfər etməsi də görünməmiş bir işdir. Çünki mart ayından iyul ayına qədər Avropa Komissiyasının prezidenti, Avropa İttifaqı Şurasının prezidenti, diplomatiyanın rəhbəri və bütün bu səfərlər çox uğurlu idi, nəticələr çox yaxşı idi. Biz müfəssəl danışıqlar, müzakirələr apardıq, təkcə ikitərəfli məsələlər deyil, eyni zamanda qlobal səviyyədə cərəyan edən proseslərlə bağlı da müzakirələr apardıq".
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq