İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB

Prezident Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır.
Bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı təəssüflə qeyd edib ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyası və Minsk Qrupu həmsədrlərinin əsas məqsədləri o idi ki, bu münaqişə (Ermənistanla Azərbaycan arasında - red.) dondurulsun:
"Halbuki bu istiqamətdə BMT-nin qətnamələri var idi, amma onların məqsədi bu məsələni dondurmaq idi. Onlar birgə sinxron şəkildə çalışırdılar, Minsk Qrupunun fəaliyyəti münaqişənin həlli deyildi, əksinə, işğalı müddətsiz etmək idi".
İlham Əliyev vurğulayıb ki, Donald Trampın yanaşması fərqli idi, o, sülhsevər və sülhü gətirə biləcək insandır:
"O, dünyanın müxtəlif bölgələrində artıq 8 müharibəni dayandırıb. Bu onun baxışı, təbiəti və siyasətidir. Azərbaycan-Ermənistan məsələsində də onun rolu çox vacib idi, çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. Onlar bizim narahatlıqlarımızı başa düşürdülər, dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir. Çünki bu, Azərbaycanın özünü Naxçıvan bölgəsi ilə birləşdirəcək. Bir sözlə, onlar çox səmərəli şəkildə işlədilər, Ermənistana da izah etdilər ki, bu sülh onlara da lazımdır".
***
Azərbaycan-ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.
Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı Prezident Donald Trampla həm ötən ilin avqustunda Vaşinqtondakı, həm bu ilin yanvarında Davosdakı görüşlərini və Vitse-prezident Cey Di Vensin Azərbaycana səfərini xatırladaraq iki ölkə arasındakı münasibətlərə toxunub:
"Bütün bu meyarlar nümayiş etdirir ki, Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir. Bu cür münasibətə biz heç vaxt nail olmamışdıq. Biz strateji tərəfdaşlıq bəyannaməsinin bütün müddəalarının həyata keçirilməsinə çalışırıq".
Prezident deyib ki, ABŞ Azərbaycana silahların çatdırılması ilə bağlı bütün məhduduyyətləri aradan qaldırıb, eyni addım Birləşmiş Krallıq və Aİ üzvləri tərəfindən tətbiq edilib:
"Düşünürəm ki, bu, ikitərəfli münasibətimizin bütün ruhunu əks etdirir və gələcəyə doğru inkişaf potensialımızı göstərir".
Сегодня, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Сегодня, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Сегодня, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Сегодня, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Сегодня, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Сегодня, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Сегодня, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Сегодня, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Сегодня, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Сегодня, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Сегодня, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Сегодня, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Сегодня, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Сегодня, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Сегодня, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Сегодня, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
Вчера, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Вчера, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Вчера, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Вчера, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
Вчера, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Вчера, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Вчера, 13:36
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Вчера, 13:35
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
Вчера, 13:35
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Вчера, 13:19
İlham Hüseynov – Etibarlı İdarəçilik və Məsuliyyət Prinsiplərini Fəaliyyətində Yaşadan Rəhbər
Вчера, 09:00
Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir