Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
dunya
Oxunub: 16
13 июл 2026 | 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA


Erməni radikal-revanşistlərə bəd xəbər var. İsrail parlamenti (Knesset) hökumətin az öncə tanıdığı saxta “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarmayacaq. Məlumatlara görə, əsas səbəb rəsmi Bakının haqlı etirazı, ümumən təxribatçı mövzunun Türkiyə kimi Azərbaycan üçün də “qırmışı xətt” olmasıdır.

Neçə vaxtdır Bakı və Ankara ilə sülh prosesinin içində olan Nikol Paşinyan isə istisna deyil ki, bu cür gedişatdan razı qalacaq. Yada salaq ki, Paşinyan İsrail hökumətinin məlum qərarından məmnun qalmadığına işarə vurmuş, buna görə ölkə daxilində radikal müxalifətin sərt tənqidinə tuş gəlmişdi.

Narazıların arealı isə aşağı-yuxarı bəlli: erməni lobbisi və kilsəsi, daşnaklar və bur də Türkə nifrəti azalmayanların Rusiya timsalında xarici havadarları. Ancaq pozitiv haldır ki, erməni cəmiyyətinin içində də bu xüsusda qərəzsiz mövqedə olanlar yox deyil...

“Görəsən niyə həmin o “100 illik tarixə malik məşhur partiya” (“Daşkansütyun” nəzərdə tutulur, dırnaqlar bizim deyil – Z.S.) hər dəfə, 23 aprel gecəsi Türkiyə bayraqlarını yandırır? Çünki məqsəd Ermənistan və Türkiyənin barışıq əldə etməsinin qarşısını almaqdır. Buna niyə ehtiyacları var? Çünki Rusiyanın ehtiyacı var. Səbəb sadə”.

Bu sözləri erməni siyasi şərhçi David Stepanyan yerli mediaya açıqlamasında deyib.

Bəs Moskva niyə iki xalqın barışından od sudan qorxan kimi qorxur?

Stepantyanın izahı: “Ona görə ki, sərhədlərin açılması ilə Türkiyənin bölgəyə təsiri artacaq, Qərbin təsiri artacaq. Bütün region xaricə açılacaq və Ermənistan, nəhayət, Rusiyanın nəzarətindən çıxacaq. Əgər sabah Türkiyə ilə sərhədlər açılsa və biz Avropaya çıxış əldə etsək, ardınca Avropa ilə ticarətə imkan verən siyasi-iqtisadi münasibətlərimiz qurulsa, Rusiya bizə olan bütün marağını itirəcək”.

Erməni ekspert hesab edib ki, Kremlin “Rusiya respiratoru” olmadan nəfəs ala bilən Ermənistana ehtiyacı yoxdur. “Məsələ budur. Və bütün bu illər ərzində həmin o qüvvələr “soyqırımı” mövzusunu iyrənc şəkildə siyasiləşdirilməklə Ermənistanın deyil, məhz Rusiyanın maraqları xidmət edib. Buna əmin olmaq üçün elementar bir sual vermək kifayətdir: bu, ermənilərə, erməni xalqına nə verdi? Bütün bunlara niyə ehtiyacımız var?”, -Stepanyan vurğulayıb.

“Belə çıxır, Qarabağ məsələsini də eyni məqsədlə gündəmdə saxlamağa çalışırlar” sualına da o təsdiqi cavab verib: “Bu da Rusiyanın “5-ci kolonu”nun təhriki ilə edilir. Ölkəmizdə Rusiyanın, hətta Putinin maraqlarına xidmət etməyə davam edən insanların təhriki ilə”.

Lakin Stepanyan yaranmış vəziyyətə görə ən çox Ermənistanın keçmiş rəhbərlərini ittiham edir: “Əgər biz vaxtilə xarici siyasət prioritetlərimizi düzgün müəyyən etsəydik və “erməni soyqırımı”nın dövlət tərəfindən tanınmasını həyata keçirməsəydik, vəziyyət tamamilə fərqli olardı”...

Erməni də olsa, obyektiv şeylər danışıb. Öz xalqının yaşadığı bəlaların əsl səbəbini və baiskarların ünvanını Stepanyan dəqiq göstərib. Bununla belə, yad əldə maşa olmağı sevən hayların özləri də qonşu millətlərə yaşatdıqları çoxsaylı ağrı-acıya, zülmə görə toplum olaraq, məsuliyyət daşıyırlar – Rusiya ilə birgə. Hətta əsas günahkar özləridir. Həm də illərlə miflərə inanıb avantüristlərin arxasınca getdikləri üçün.

7 iyun parlament seçkiləri göstərdi ki, kapitulyant ölkədə radikal-revanşistlərin sayı azalsa da, hələ ki, kifayət qədərdir – 30-35%. Yəni, Ermənistanda minimum bu qədəri müharibə tərəfdarı var! Elə isə bu xalqın sülh istədiyini söyləmək mümkünmü?..
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı