Təhsildə peşəkarlıq, müasir idarəçilik və inkişaf strategiyasını ön plana çıxaran rəhbər – Hicran Əyyubova

Azərbaycan təhsil sistemində peşəkar idarəçilik, yenilikçi yanaşma və insan kapitalının inkişafına xidmət edən rəhbərlərin fəaliyyəti hər zaman xüsusi qiymətləndirilir. Bu baxımdan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Hicran Əyyubova da təhsil sahəsində qazandığı zəngin pedaqoji və idarəçilik təcrübəsini yeni fəaliyyət istiqamətində uğurla davam etdirən rəhbərlərdən biri kimi diqqət çəkir. Onun müxtəlif pillələri əhatə edən peşə yolu müəllimlikdən başlayaraq təhsil müəssisələrinin rəhbərliyinə qədər yüksəlmiş və bu yol böyük zəhmət, məsuliyyət və fədakarlıq hesabına formalaşmışdır.
Hicran Əyyubovanın təhsil sahəsində qazandığı bilik və təcrübə onun peşəkar fəaliyyətinin əsas dayaqlarından biridir. Azərbaycan Dillər Universitetində bakalavr, Gəncə Dövlət Universitetində magistratura təhsilini başa vurması, daha sonra isə ADA Universitetində ikinci magistratura təhsili alması onun daim inkişaf etməyə, müasir idarəçilik prinsiplərini mənimsəməyə və beynəlxalq təcrübəni öyrənməyə xüsusi önəm verdiyini göstərir. Bu zəngin akademik hazırlıq bu gün onun rəhbərlik etdiyi kollecdə həyata keçirilən idarəetmə modelində də öz əksini tapır.
2006–2022-ci illərdə Qazax rayonunun Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərməsi Hicran Əyyubovanın minlərlə şagirdin formalaşmasında yaxından iştirak etməsinə imkan yaradıb. Müəllimlik peşəsində qazandığı təcrübə ona gənclərin düşüncə tərzini, onların ehtiyaclarını və təhsilin mahiyyətini daha dərindən dərk etmək imkanı verib. Məhz bu təcrübə sonrakı rəhbərlik fəaliyyətində də onun ən güclü üstünlüklərindən birinə çevrilib.
Qazax şəhər Q. Hacımahmudova adına ümumi orta məktəbin direktoru kimi fəaliyyəti dövründə kollektivlə səmərəli əməkdaşlığın qurulması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində həyata keçirilən idarəçilik yanaşması onun təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Bu mərhələ gələcək daha məsul vəzifələr üçün mühüm təcrübə məktəbi oldu.
2024-cü ilin may ayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin olunması Hicran Əyyubovanın təhsil sahəsində qazandığı etimadın növbəti göstəricisi idi. Qısa müddət ərzində kollecin inkişafına yönəlmiş idarəçilik prinsipləri, təhsil mühitinin daha da təkmilləşdirilməsi, tələbəyönümlü yanaşmanın gücləndirilməsi və kollektiv arasında sağlam işgüzar mühitin formalaşdırılması istiqamətində görülən işlər onun peşəkar rəhbər kimi nüfuzunu daha da artırdı.
Artıq 1 ildir ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru kimi fəaliyyət göstərən Hicran Əyyubova bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən kollecin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib. Müasir təhsil standartlarının tətbiqi, idarəetmədə şəffaflıq, innovativ yanaşmaların təşviqi, tələbələrin bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələrin dəstəklənməsi onun rəhbərlik fəlsəfəsinin əsas istiqamətlərindən hesab olunur. Kollecin gələcək inkişaf perspektivlərinin formalaşdırılması istiqamətində atılan addımlar da bu baxışın nəticəsi kimi qiymətləndirilə bilər.
Hicran Əyyubovanın fəaliyyətində diqqət çəkən əsas xüsusiyyətlərdən biri kollektivlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına xüsusi önəm verməsidir. Sağlam iş mühiti, müəllim və əməkdaşların təşəbbüslərinin dəstəklənməsi, gənc kadrların peşəkar inkişafına şərait yaradılması və komanda ruhunun gücləndirilməsi təhsil müəssisəsinin uğurlu fəaliyyətində mühüm rol oynayır. Bu yanaşma kollecdə səmərəli idarəetmənin formalaşmasına müsbət təsir göstərir.
Müasir dövrdə təhsil müəssisələrinin əsas missiyalarından biri yalnız peşəkar mütəxəssis deyil, eyni zamanda yüksək vətənpərvərlik ruhuna malik gənclər yetişdirməkdir. Bu baxımdan şəhid ailələrinə və qazilərə hörmət, onların cəmiyyətimizdə xüsusi ehtiramla qarşılanması, milli-mənəvi dəyərlərin təbliği kimi prinsiplərin təhsil mühitində yaşadılması böyük əhəmiyyət daşıyır. Hicran Əyyubovanın rəhbərlik etdiyi kollecdə də bu dəyərlərin qorunması və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində həssas yanaşmanın vacibliyi ön plana çıxır.
Bu gün Hicran Əyyubova peşəkar təhsil idarəçisi kimi qazandığı təcrübəni yeni ideyalarla birləşdirərək kollecin inkişafına töhfə verməyə davam edir. Onun məqsədyönlü fəaliyyəti, məsuliyyətli idarəçilik üslubu, təhsilin keyfiyyətinə göstərdiyi diqqət və insan amilinə verdiyi önəm rəhbərlik etdiyi təhsil müəssisəsinin daha da inkişaf etməsinə xidmət edən əsas amillərdən hesab olunur.
İnanırıq ki, Hicran Əyyubovanın rəhbərliyi altında Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci bundan sonra da uğurlu inkişaf yolunu davam etdirəcək, müasir əmək bazarının tələblərinə cavab verən, yüksək bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verəcək. Onun uzun illərə söykənən pedaqoji təcrübəsi, müasir idarəçilik baxışı və təhsilə olan səmimi bağlılığı gələcək uğurlar üçün möhkəm zəmin yaradır.
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı