Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

Sosial şəbəkələrdə Xəzər rayonu, Zirə qəsəbəsində çəkilmiş və geniş müzakirələrə səbəb olan videogörüntülər yayılıb. Görüntülərdən bəlli olur ki, qəsəbə ərazisində məişət tullantıları müasir zibil daşıyan texnikalar əvəzinə, eşşəyə qoşulmuş araba vasitəsilə yığılır.
Musavat.com sosial şəbəkə trendinə çevrilən həmin görüntülərlə bağlı təfərrüatı təqdim edir.
Videonu lentə alan qəsəbə sakini kommunal təsərrüfat fəhlələrinin bu hərəkətinə kəskin etiraz edir. Sakin anomal isti havada heyvanın bu şəkildə ağır işə cəlb olunmasını həm ekoloji, həm də heyvan haqları baxımından tənqid atəşinə tutur: “Zirə bələdiyyəsinin işçiləri... Maşın yoxdur, ancaq eşşəklə gəzirlər. Düşünə bilirsiniz? Daş dövründə qalıblar. Hətta bu isti havada eşşəyə minirlər, arabaya bu qədər yük vurublar, heyvana yazıqları gəlmir. Bu isti havada heyvana edilən zülmə baxın...”
Görüntülərdən aydın olur ki, sakinlər işçilər arasında mübahisə yaranıb. Sakinin tənqidlərinə fəhlənin “Mən eşşəyə zülm eləmirəm” deyərək özünə bəraət qazandırmağa çalışması da videoda əks olunub. Bakının qəsəbələrində hələ də bu cür ibtidai üsullardan istifadə olunması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirələrə yol açıb. İstifadəçilər rəsmi qurumların fəaliyyətini tənqid edərək bu məqamlara diqqət çəkiblər. İstifadəçilərdən biri yazıb: “Texnika çatışmazlığı! XXI əsrdə, paytaxtın mərkəzindən cəmi 10-15 kilometr kənarda yerləşən qəsəbələrdə müvafiq zibilyığan maşın-texnikanın olmaması suallar doğurur”.
Digər istifadəçi isə baş verənlərə belə münasibət bildirib: “Antisanitariya və epidemioloji təhlükə yayırlar. Açıq araba vasitəsilə daşınan zibillərin yayın istisində ətrafa qoxu yayması və dağılması yoluxucu xəstəliklərə zəmin yaradır”. İstifadəçilərin bir çoxu isə qızmar günəş altında heyvanın yüklənməsinə etiraz edirlər. Heyvanın ağır yük altında bu cür istismar edilməsi sosial şəbəkələrin heyvansevər tərəfindən kəskin pislənir. Maraqlıdır ki, videoya şərh yazanlar eşşəyin arabasına zibil yükləyən, pensiya yaşında olan Xəzər rayon İcra Hakimiyyəti MKTB işçilərinin haqq və hüquqlarına diqqət ayırmağı unudurlar. Eşşəyi əvəzləməli olan texnikaların harada olması sualı da açıqdır.
Mövzu ilə bağlı qarşı tərəfin və aidiyyəti qurumların (Xəzər Rayon İcra Hakimiyyəti MKTB və ya aidiyyəti bələdiyyə) mövqeyini dərc etməyə hazırıq.

Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq