Təhlükəsiz Yol Hərəkətinin Etibarlı Təşkilatçılarından Biri – Qoşqar Zeynalovun Peşəkar Fəaliyyəti

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, müasir nəzarət mexanizmləri və texniki standartların tətbiqi insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Bu mühüm missiyanın həyata keçirilməsində öz peşəkarlığı, məsuliyyətli fəaliyyəti və zəngin idarəçilik təcrübəsi ilə seçilən şəxslərdən biri də Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri Qoşqar Zeynalovdur.
Qoşqar Zeynalov uzun illərdir ki, üzərinə düşən vəzifəni yüksək məsuliyyət hissi ilə yerinə yetirərək avtomobillərin texniki sazlığının təmin olunması istiqamətində mühüm fəaliyyət göstərir. Texniki baxış sistemi təkcə nəqliyyat vasitələrinin yoxlanılması prosesi deyil, eyni zamanda yollarda baş verə biləcək qəzaların qarşısının alınmasına xidmət edən vacib təhlükəsizlik mexanizmidir. Onun rəhbərliyi ilə həyata keçirilən işlər bu sahədə qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsinə, texniki nəzarətin daha da təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına öz töhfəsini verir.
Texniki Baxış Şöbəsinin fəaliyyəti nəqliyyat vasitələrinin istismar üçün təhlükəsiz vəziyyətdə olmasını təmin etməklə yanaşı, ətraf mühitin mühafizəsi, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi və ümumi nəqliyyat sisteminin etibarlılığının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Qoşqar Zeynalov bu məsuliyyətli istiqamətdə daim yenilikçi yanaşmaları dəstəkləyən, iş prosesinin səmərəli təşkili və şəffaflığın qorunmasına xüsusi önəm verən rəhbər kimi tanınır.
Onun fəaliyyətində diqqəti cəlb edən əsas məqamlardan biri vətəndaşlarla ünsiyyətdə peşəkarlıq, qanunçuluğa sadiqlik və obyektiv yanaşmanın qorunmasıdır. Müraciətlərin operativ araşdırılması, qanunvericiliyin tələblərinin dəqiq icrası və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar cəmiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərində etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Müasir dövrdə avtomobil parkının sürətlə genişlənməsi texniki baxış sisteminə olan tələbləri daha da artırır. Belə bir şəraitdə proseslərin müasir standartlara uyğun təşkili, təhlükəsizlik meyarlarının ciddi şəkildə tətbiqi və nəzarət mexanizmlərinin effektiv idarə olunması böyük peşəkarlıq tələb edir. Qoşqar Zeynalov məhz bu istiqamətdə göstərdiyi ardıcıl fəaliyyətlə yol hərəkəti təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Peşəkar fəaliyyətlə yanaşı, Qoşqar Zeynalovun sosial məsuliyyət prinsiplərinə həssas münasibəti də yüksək dəyərləndirilir. Xüsusilə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, eləcə də sağlamlıqlarını itirmiş qazilərimizə göstərilən diqqət və qayğı cəmiyyətimizdə hər zaman böyük hörmətlə qarşılanır. Milli həmrəylik ruhunu yaşadan belə münasibət dövlətimizin mənəvi dəyərlərinə verilən önəmin ifadəsidir.
Şəhid ailələrinin və müharibə veteranlarının problemlərinə həssas yanaşılması, onların mənəvi dəstəklə əhatə olunması, ehtiyac duyduqları məqamlarda diqqətdən kənarda qalmamaları kimi humanist yanaşmalar cəmiyyətimizin birlik və vətənpərvərlik ruhunun daha da güclənməsinə xidmət edir. Bu istiqamətdə göstərilən hər bir diqqət nümunəsi böyük rəğbətlə qarşılanır və insanlarda dövlətə olan inamı daha da artırır.
Qoşqar Zeynalov rəhbərlik etdiyi sahədə yalnız inzibati idarəçiliyi ilə deyil, həm də məsuliyyətli, prinsipial və peşəsinə sadiq dövlət qulluqçusu kimi seçilir. İşə vicdanlı münasibəti, qanunun aliliyinə hörməti və təhlükəsiz yol hərəkəti sisteminin inkişafına verdiyi töhfələr onun fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Bu keyfiyyətlər həm əməkdaşlar, həm də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.
Yol təhlükəsizliyi hər bir ölkənin sosial rifahına və iqtisadi inkişafına birbaşa təsir göstərən mühüm amillərdəndir. Texniki cəhətdən saz nəqliyyat vasitələrinin istismarı qəza riskinin azaldılması, insan həyatının qorunması və təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılması baxımından əvəzsiz rol oynayır. Qoşqar Zeynalovun rəhbərlik etdiyi istiqamətdə həyata keçirilən fəaliyyət də məhz bu ali məqsədlərə xidmət edir və ölkəmizdə yol hərəkətinin təhlükəsizliyinin daha da gücləndirilməsinə öz töhfəsini verir.
Göstərdiyi peşəkar fəaliyyət, yüksək idarəçilik bacarığı, dövlətə və vətəndaşa məsuliyyətli münasibəti, eləcə də şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı ilə Qoşqar Zeynalov nümunəvi dövlət qulluqçusu kimi dəyərləndirilə bilər. Ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və Azərbaycan dövlətçiliyinin inkişafı naminə həyata keçirdiyi məsuliyyətli işlərdə daim müvəffəqiyyətlər arzulayırıq.
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Вчера, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Вчера, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Вчера, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar