Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır

Toyuq dərisi, mexaniki ayrılmış ət, donuz dərisi, müxtəlif qatqılar... Bəzən isə "halal" adı ilə satılan məhsullarda belə şübhələr yaranır. Ən təhlükəlisi isə odur ki, istehlakçıların böyük hissəsi aldıqları kolbasa və sosislərin tərkibini ümumiyyətlə oxumur. İstehsalçılar da məhz bundan istifadə edirlər.
Marketlərin soyuducu vitrinlərində düzülən rəngarəng kolbasa və sosislərə baxanda alıcı ilk növbədə qiymətə, markaya və qablaşdırmaya diqqət yetirir. Məhsulun arxa hissəsində mikroskopik hərflərlə yazılmış tərkib isə əksər hallarda diqqətdən kənarda qalır.
Halbuki həmin tərkibi oxuduqda məlum olur ki, bir çox məhsullarda yüksək keyfiyyətli əzələ əti əvəzinə daha ucuz xammaldan istifadə edilir. Buraya mexaniki üsulla sümükdən ayrılmış toyuq əti, broyler toyuğunun dərisi, hinduşka dərisi, ördək dərisi, donuz dərisi, heyvan zülalları, nişastalar, qatılaşdırıcılar, dad və rəng gücləndiriciləri daxildir. Mütəxəssislərin sözlərinə görə, emal sənayesində quşun və heyvanın demək olar ki, iqtisadi dəyəri olan bütün hissələri istifadə oluna bilir. Dərilər, piy toxumaları, mexaniki ayrılmış ət, bəzi daxili orqanlardan əldə edilən zülallar müxtəlif texnoloji emaldan sonra kolbasa və sosis istehsalında tətbiq edilir. Məqsəd isə məhsulun maya dəyərini aşağı salmaq, çəkisini artırmaq və daha çox qazanc əldə etməkdir.
Marketlərdə satılan bir sıra idxal məhsullarının tərkibi bunu açıq şəkildə təsdiqləyir.
Məsələn, Rusiyada istehsal olunan "Qubernskaya" kolbasasının üzərində donuz dərisi, hinduşka və toyuq dərisinin istifadə edildiyi göstərilir.
Rusiyanın məşhur "Çerkizovo" servelat kolbasasının tərkibində isə donuz əti, donuz piyi və donuz dərisi ilə yanaşı müxtəlif stabilizatorlar, qatılaşdırıcılar, heyvan zülalı, aromatizatorlar və digər əlavələr yer alır.
Bir müddət əvvəl marketlərdə satılan Belarus istehsalı "Mortadella" kolbasasının tərkibində isə "donuz dərisinin tozu"nun istifadə edildiyi qeyd olunmuşdu. Qida texnologiyasında geniş istifadə olunan "mexaniki üsulla ayrılmış toyuq əti" ifadəsi əslində sümük üzərində qalan toxumaların xüsusi avadanlıq vasitəsilə sıxılaraq ayrılması nəticəsində alınan xammalı ifadə edir. Bu xammal adi file əti ilə eyni hesab olunmur. O, daha ucuz olduğundan əsasən kolbasa, sosis və digər emal olunmuş məhsullarda istifadə edilir.
Bəzi məhsulların tərkibində isə ayrıca "broyler toyuğunun dərisi", "hinduşka dərisi", "heyvan zülalı", "jelatin", "qatılaşdırıcılar", "karagenan", "guar saqqızı", "polifosfatlar" kimi komponentlər də göstərilir. Ən diqqətçəkən məqamlardan biri də tərkib məlumatlarının son dərəcə kiçik şriftlərlə yazılmasıdır.
Bir çox hallarda məhsulun üzərindəki yazıları xüsusi böyüdücü şüşə olmadan oxumaq demək olar ki, mümkün deyil. Üstəlik, idxal məhsullarında Azərbaycan dilinə edilən tərcümələrdə ciddi səhvlərə də rast gəlinir. Belə vəziyyət istehlakçının məlumatlı seçim etmək imkanını faktiki olaraq məhdudlaşdırır. İstehlakçılar arasında ən çox narahatlıq doğuran məsələlərdən biri də "halal" adı ilə satılan bəzi məhsullardır. Sosial şəbəkələrdə və müxtəlif platformalarda vaxtaşırı "halal" adı ilə satılan bəzi kolbasa və sosislərdə donuz mənşəli komponentlərin ola biləcəyi barədə iddialar səsləndirilir. Lakin bu cür iddiaların hər biri konkret laboratoriya ekspertizası və rəsmi araşdırma ilə təsdiqlənməlidir. Heç bir məhsul barədə sübut olmadan onun tərkibində donuz piyi və ya digər qadağan olunmuş komponentlərin olduğunu qəti şəkildə söyləmək düzgün deyil. Bununla belə, istehlakçılar "halal" nişanına güvənməklə kifayətlənməməli, məhsulun tərkibini də diqqətlə oxumalıdırlar.
"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a bildirib ki, məhsulun üzərində donuz dərisinin yazılması əslində müsbət haldır:
"Yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğunu yazıblar. Yazmasaydılar bunu araşdıran da olmazdı. Xaricdən gələn kolbasa və sosislərin tərkibi mütləq diqqətlə oxunmalıdır".
Onun sözlərinə görə, Azərbaycanda istehlakçı məlumat standartları tətbiq olunmalıdır:
"İllərdir deyirik ki, məhsulların tərkibi iri şriftlərlə yazılsın. Bu standart müəyyən edilməyənə qədər istehlakçılar nə yediklərini tam anlaya bilməyəcəklər".
Eyyub Hüseynov hesab edir ki, kiçik şriftlərdən istifadə istehlakçı hüquqlarının tam təmin olunmasına mane olur və bu praktika yalnız qida məhsullarında deyil, müxtəlif xidmət sahələrində də müşahidə edilir. Mütəxəssislər bildirirlər ki, istehsalçılar ilk növbədə istehlakçının laqeydliyinə güvənirlər. Əgər alıcı məhsulun yalnız qiymətinə və reklamına baxır, tərkibini oxumursa, istehsalçı da daha ucuz xammaldan istifadə etməyə üstünlük verir.
Buna görə də mütəxəssislər kolbasa və sosis alarkən aşağıdakılara xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Deyirlər ki, məhsulun tam tərkibini oxumaq vacibdir: "mexaniki ayrılmış ət", "heyvan zülalı", "donuz dərisi", "donuz piyi", "jelatin" kimi komponentlərə diqqət yetirmək, halal məhsullarda sertifikatlaşdırmanı və istehsalçını yoxlamaq, aydınlaşdırmaq lazımdır.
Tərkibi oxunmayacaq qədər kiçik şriftlə yazılmış məhsullardan mümkün qədər uzaq durmaq da sağlamlıq üçün faydalıdır.
Çünki gözoxşayan qablaşdırmanın altında bəzən istehlakçının gözləmədiyi komponentlər gizlənə bilər. İstehlakçının ən güclü silahı isə məlumatlı seçim etməkdir.
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Вчера, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Вчера, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Вчера, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar