Rusiya üçün təhlükəsiz arxa cəbhə qalmadı: Ukrayna yeni hücum taktikasını İŞƏ SALDI
dunya
Oxunub: 12
21 июл 2026 | 14:22
Rusiya üçün təhlükəsiz arxa cəbhə qalmadı: Ukrayna yeni hücum taktikasını İŞƏ SALDI


Ukraynanın orta mənzilli yeni zərbə pilotsuz uçuş aparatları (PUA) müharibənin gedişində yeni mərhələ yaradaraq Rusiyanın indiyədək təhlükəsiz hesab etdiyi təchizat marşrutlarını hədəfə almağa başlayıb.

Bu barədə "Business Insider" nəşri yazıb.

Nəşrin məlumatına görə, yeni texnologiyalar sayəsində ukraynalı operatorlar cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən hərbi obyektlərə zərbələr endirə bilir.

Bu isə Rusiya ordusunun logistikasını və təchizat sistemini ciddi şəkildə çətinləşdirir.

Hazırda 413-cü RAID pilotsuz sistemlər alayında döyüş təcrübəsinin təhlili üzrə analitik kimi çalışan, əvvəllər PUA operatoru olmuş Dmitri Jluktenko (Liber) bildirib ki, Ukrayna operatorları pilotsuz aparata Starlink terminalı quraşdıraraq onu internet bağlantısı ilə təmin edir, daha sonra isə cihazı strateji əhəmiyyət daşıyan magistral yollar istiqamətinə yönləndirirlər.

Onun sözlərinə görə, bundan sonra "sərbəst ov" mərhələsi başlayır və operatorlar düşmənin arxa cəbhəsində 100 kilometrədək dərinlikdə "xaos" yarada bilirlər.

"Bu magistrallar hərbi logistika ilə o qədər yüklənib ki, orada hədəf tapmamaq demək olar ki, mümkün deyil. Bura yüz faiz məhv zonası olmasa da, həmin ərazidə olmaq artıq böyük risk daşıyır", - deyə Jluktenko bildirib.

Məqalədə vurğulanır ki, Ukraynanın pilotsuz uçuş aparatları Rusiya ilə müharibədə ölkənin əsas üstünlüklərindən birinə çevrilib. Qısa mənzilli FPV dronları cəbhə xəttinə yaxın ərazilərdə canlı qüvvəni, texnikanı və sursat anbarlarını vurur, uzaqmənzilli PUA-lar isə Rusiyanın dərinliklərində yerləşən neft obyektlərinə, aviabazalara və digər hərbi hədəflərə zərbələr endirir.

"Business Insider" qeyd edir ki, yeni orta mənzilli zərbə dronları bu iki istiqamət arasında boşluğu dolduraraq cəbhədən təxminən 20-300 kilometr məsafədə yerləşən hədəfləri məhv etmək imkanına malikdir.

Nəşrin müəlliflərinin fikrincə, Ukrayna bu zonada Rusiya ordusunun anbarlarını, nəqliyyat vasitələrini, logistika qovşaqlarını və komanda məntəqələrini hədəfə alaraq ön xəttdəki bölmələrin təchizatını poza bilir. Ukrayna tərəfi bu tip PUA-ların istifadəsinin sürətlə genişləndirildiyini və bunun əsas prioritetlərdən biri olduğunu bildirir.

Jluktenkonun sözlərinə görə, Rusiya bu "orta zona"da effektiv müdafiə sistemi qura bilməyib. Bunun əsas səbəblərindən biri digər istiqamətlərdə Ukraynanın davamlı təzyiqi altında olan hava hücumundan müdafiə vasitələrini bu ərazilərə kifayət qədər köçürə bilməməsidir.

Qərb hərbi analitikləri hesab edirlər ki, Ukraynanın müxtəlif istiqamətlərdə həyata keçirdiyi PUA hücumları artıq Rusiyanın hava hücumundan müdafiə sistemlərini ciddi şəkildə zəiflədib və komandanlığı hansı əraziləri prioritet qaydada qorumaq dilemması ilə üz-üzə qoyub. Yeni zərbə istiqamətlərinin açılması isə bu problemi daha da dərinləşdirir.

Jluktenko bildirib ki, Rusiya çoxlu sayda dron-tutucu yerləşdirsə belə, bu qədər geniş ərazinin qorunması üçün "çox böyük resurslar" tələb olunacaq.

"Bu isə istənilən halda bizim üçün üstünlükdür. Biz sadəcə onlar üçün təhlükəli zonanı genişləndiririk", - deyə o vurğulayıb.

Ukrayna rəsmiləri hesab edirlər ki, yeni orta mənzilli zərbə dronları əvvəllər təhlükəsiz sayılan Rusiya arxa cəbhəsini də hücumlar üçün əlçatan edir, bu isə Ukraynaya yeni imkanlar qazandırmaqla yanaşı, Rusiya ordusuna təzyiqi artırır.

Bundan əvvəl UNIAN xəbər verib ki, Ukrayna ağır zərbə PUA-larında istifadə üçün nəzərdə tutulan FireFly adlı yeni hədəfə yönəltmə modulunu tətbiq etməyə başlayıb. Sistem artıq Perun, Vampire və digər bombardmançı tipli pilotsuz aparatlarla fəaliyyət göstərən Müdafiə Qüvvələrinin bölmələri tərəfindən istifadə olunur.musavat.com

Eyni zamanda, Foreign Policy nəşri yazıb ki, Ukrayna dronları artıq müharibənin gedişinə əhəmiyyətli təsir göstərərək Rusiyanın logistika marşrutlarını hədəfə alır və qoşunların təchizatını çətinləşdirir. Bununla yanaşı, analitiklər hesab edirlər ki, belə dronların kütləvi tətbiqi belə, təkbaşına Ukraynanın işğal olunmuş əraziləri geri qaytarması üçün kifayət etməyə bilər.
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Вчера, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Вчера, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Вчера, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Вчера, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Вчера, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Вчера, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Вчера, 09:39
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Вчера, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Вчера, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Вчера, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Вчера, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Вчера, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
20-09-2026, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20-09-2026, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20-09-2026, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
20-09-2026, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO