Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?

Qafanda Ermənistan institutlarından biri və İranın İrəvandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyası fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlıq" mövzusunda görüş keçirilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Tədbirin açılışında İran səfiri Xəlil Şirqulami və “Sünik” (Zəngəzur) əyalətinin rəhbəri Robert Qukasyan çıxış edib. Onlar Cənubi Qafqazda baş verən geosiyasi proseslər fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlığın yeni şəraitə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra bölgənin hər iki ölkə üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub, vilayətin inkişafı və dayanıqlığının artırılması məqsədilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Yada salaq ki, 7 iyun parlament seçkilərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan xaricə ilk səfərini qonşu İrana etdi. Hərçənd, o, Tehrana prezident Vaaqn Xaçatrynaı və ya parlamentin spikerini də göndərə bilərdi. İran prezidenti yaxınlaşmanın qarşılıqlı faydalarını qeyd edib və tezliklə hərtərəfli tərəfdaşlıq müqaviləsinin imzalanmasına ümid etdiyini bildirib.
Onu da deyək ki, İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd hazırlayır. Tərəflər iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsini hədəfləyir. Buna baxmayaraq, son məlumatlar sənəd üzərində işlərin müvəqqəti dayandırıldığını və siyasi fikir ayrılıqlarının yarandığını göstərir.
Bəs ilin-günün bu vaxtında İran və Ermənistan nümayəndələrinin Qafanda görüşünü nə ilə izah etmək olar? Bu, Tehranın Zəngəzur dəhlizi ilə bağlı ismarışı kimi qəbul oluna bilərmi?
Siyasi şərhçi Xəyal Bəşirovun sözlərinə görə, Qafanda keçirilən görüş İranın regiondakı proseslərdə aktiv iştirak etmək niyyətindən doğur. “Çünki tədbirin mövzusu da Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyası ilə bağlıdır. Əslində, tranformasiya dedikdə “Tramp marşrutu” nəzərdə tutulur. Tehran hesab edir ki, bu logistika Cənubi Qafqazın guya sərhədlərini dəyişir. Halbuki tamamilə cəfəngiyatdır və bəhanə kimi ortaya atılıb. Sadəcə, bu marşrut Naxçıvana maneəsiz gediş-gəlişimizi təmin edəcək. İran isə bundan narahatdır. Onlar hesab edirlər ki, bu dəhliz açılanda İran strateji əhəmiyyətini itirəcək. Bu baxımdan, məhz Qafanda görüşün təşkil olunması ilə maraqlı tərəflərə bir eyham vurulub. Nəzərə alaq ki, 2022-ci ildə, Azərbaycanla Ermənistan münasibətlərinin gərgin dövründə İran tələm-tələsik Qafanda konsulluq açıb. Konsulluğun binasının suvağı qurumamış keçmiş xaric işlər naziri Abdullahian qaçaraq gedərək açılış mərasimində iştirak etmişdi. Yənu bütün bunlar təsadüfi deyil və İran Cənubi Qafqazda təsirini Ermənistan üzərindən artırmağa cəhd edir. Lakin bu planlarında ciddi irəliləyiş olacağını gözləmirəm”- deyə həmsöhbətimiz bildirib.
Xəyal Bəşirov əlavə edib ki, Zəngəzur dəhlizinin açılması qaçılmaz hadisədir: “Çünki qlobal bir layihənin tərkib hissəsidir və ABŞ-nin birbaşa iştirak etdiyi prosesdir. Hətta bu səbəbdən İran və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq sənədinin imzalanması yubanır. ABŞ və Avropa Birliyi Paşinyan hakimiyyətinə təzyiq göstərir ki, İranla belə bir yaxınlaşma olmasın. Gələcəkdə belə bir sənədin imzalanması mümkündür, amma indi Qərb İrəvana imkan vermir. O nöqteyi-nəzərdən Cənubi Qafqazda İranın və Rusiyanın maraqlarına uyğun qərarların qəbul olunması mümkün deyil, bütün maneələrə baxmayaraq, Zəngəzur dəhlizi açılacaq”.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı