Kralın 500 illik məzarı AÇILDI: Arxeoloqlar bir-bir sirli şəkildə ÖLDÜ

1973-cü ildə arxeoloqlar Polşa kralı IV Kazimir Yaqellonun məzarını açmağa hazırlaşarkən bu xəbər ölkədə böyük həyəcanla qarşılanmışdı.
"Popular Mechanics" nəşri xəbər verir ki, dövlətin qədim abidələrə girişi sərt şəkildə məhdudlaşdırmasına baxmayaraq, Krakov arxiyepiskopu Karol Voytıla (gələcək Roma Papası II İohann Pavel) tədqiqat qrupuna 1492-ci ildə vefat edən kralın sərdabəsinə daxil olmaq üçün xüsusi icazə vermişdi.
Sərdabəyə daxil olan 12 tədqiqatçıdan 4-ü məzarın açılmasından cəmi bir neçə gün sonra vəfat etdi. 10 həftə sonra bu rəqəm 10-a yüksəldi. Yekunda isə istər sərdabənin içində olan, istərsə də laboratoriyada cəsədlə işləyən 15 nəfər müxtəlif illərdə dünyasını dəyişdi.
Maraqlıdır ki, "mumiyanın lənəti" haqqında müasir mif 1922-ci ildə Tutanxamonun məzarının açılması ilə başlayıb. Misir fironunun dəfn otağına daxil olduqdan cəmi beş həftə sonra ekspedisiya rəhbəri lord Karnarvonun ölümü ictimaiyyəti bu məkanın lənətləndiyinə inandırmışdı.
Karnarvonun ölümü tez-tez yoluxucu ağcaqanad dişləməsi və sətəlcəmin birləşməsi ilə izah olunsa da, tibb ictimaiyyəti bunda tam əmin deyil. 2003-cü ildə aparılan araşdırma simptomların təhlilinə əsaslanaraq, məzardan birbaşa tənəffüs edilən invaziv "Aspergillus" göbələyinin törətdiyi ölümcül infeksiya ehtimalını irəli sürüb.
1922-ci ildəki göbələk infeksiyası ehtimalından xəbərsiz olan polşalı tədqiqatçılar 1973-cü ildə Vavel Kral Qalasının kapellasında kral Kazimir Yaqellonun sərdabəsinə girməzdən əvvəl lənət haqqında zarafat edirdilər. Lakin ölənlərin sayı artmağa başlayanda zarafat yerini dəhşətə verdi.
"Journal of the Air & Waste Management Association" jurnalında 2015-ci ildə dərc olunmuş araşdırmada Vavel və Polşadakı digər sərdabələrin havasından və səthlərindən nümunələr götürülüb.
"Sərdabədəki göbələklərin miqdarı peşəkar təsir üçün tövsiyə olunan hədləri aşır. Sərdabələrdə işləyənlər bu təhlükələrdən xəbərdar olmalıdırlar", - deyə müəlliflər qeyd ediblər.
Məlumatda bildirilir ki, o dövrün dəfn mərasimləri də ölümcül göbələk sporlarının artmasına böyük dərəcədə təkan verib. 1427-ci ildə doğulan IV Kazimir 1440-cı ildə Litvanın Böyük Knyazı, 1447-ci ildə isə Polşa Kralı olub. Dövrünün böyük krallarından sayılan Kazimir hakimiyyəti illərində Polşanın Avropadakı mövqeyini gücləndirib. O, 1492-ci ildə 65 yaşında vəfat edib. Vəfat etdiyi günlər həddindən artıq isti keçdiyindən, cəsədi parça ilə örtülüb sadə taxta tabutda dəfn edilənə qədər artıq çürümüşdü.
Tədqiqatçılar təxminən 500 il sonra - 13 aprel 1973-cü ildə məzarı açanda tabut çürümüşdü, lakin göbələk çoxalmağa davam edirdi. Kazimirin məzarından götürülən nümunələrin sonrakı təhlili "Aspergillus", "Penicillium rubrum" və "Penicillium rugulosum" da daxil olmaqla sıx göbələk qarışığını üzə çıxardı. Adi halda bu sporlar yalnız qızdırma və iltihab yaradır. Lakin kiçik və qapalı məkan daxilində yüksək konsentrasiyada nəfəs vasitəsilə qəbul edildikdə, bu göbələk kokteyli ölümcül olur.
Qeyd olunur ki, əgər qurbanın immunitet sistemi başqa bir infeksiya ilə zəifləyibsə, göbələklər ağciyərlərin dərin qatlarını zəbt edə bilir. Bu da allergiyaya bənzər simptomları bir neçə gün ərzində və ya illərlə gizli inkişaf edərək ölümcül vəziyyətə gətirib çıxarır.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı