DTX onları necə ifşa edib? — ŞOK DETALLAR

DTX xaricdən idarə olunan və Azərbaycanda dövlət qurumlarının və şirkətlərin əməkdaşlarını hədəfə alan kiberdələduzluq şəbəkəsi haqqında maraqlı məlumat yayıb. Açıqlamaya diqqət etdikdə maraqlı sxem görünür. Xüsusi proqramlarla dövlət qurumlarının və şirkətlərin əməkdaşlarının adları, vəzifələri, fotoları, telefon nömrələri kütləvi şəkildə toplanıb. Sonra rəhbərlərin adı və fotosu ilə saxta “WhatsApp” hesabları yaradılıb.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz sosial media hesabında yazıb.
O, bu hesabların Azərbaycan mobil operatorlarının nömrələrindən istifadə olunaraq yaradıldığına xüsusi diqqət çəkib:
"Bu +994 ilə başlayan nömrələrin cinayətkarların əlinə necə keçdiyi açıqlanmır. Güman ki, yerli vasitəçilər üzərindən əldə edilmiş SIM/eSIM-lərdən, başqa şəxslərin adına rəsmiləşdirilmiş və ya ələ keçirilmiş nömrələrdən istifadə oluna bilərdi.
Əməkdaşa rəisi adından “təcili” tapşırıq göndərilib, sonra o, guya hüquq-mühafizə orqanının nümayəndəsi olan başqa saxta hesaba yönləndirilib. Sonda xarici hesaba pul köçürülməsi və ya başqa tapşırıqlar tələb olunub.
Baş verənlər bir daha göstərir ki, insan amili həmişə öndədir. Rəhbərin fotosu və adı “WhatsApp” hesabının həqiqiliyini sübut etmir. Pul köçürülməsi, məxfi məlumatın verilməsi və qeyri-adi “təcili tapşırıqlar” başqa etibarlı kanal vasitəsilə mütləq təsdiqlənməlidir. Xüsusilə maliyyə əməliyyatlarında ikili təsdiq mexanizmi olmalıdır.
Baş verənlər bir daha göstərir ki, qurumlarda davamlı kibertəhlükəsizlik təlimləri, sosial mühəndislik simulyasiyaları və insidentlərin operativ bildirilməsi mexanizmləri qurulmalıdır. DTX artıq şəbəkənin bəzi iştirakçılarını müəyyən edib. Güman ki, mobil nömrə və SIM məlumatları, cihaz və IP izləri, platformaların texniki məlumatları və maliyyə tranzaksiyalarının əlaqələndirilməsi cinayətkarların izinə çıxmağa imkan verib.
Cinayətkarların, platformaların və bank hesablarının müxtəlif ölkələrdə olması isə beynəlxalq əməkdaşlığı zəruri edir. DTX də xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri ilə birgə araşdırmanın davam etdiyini bildirib".
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayaraq, son vaxtlar Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradıldığını, dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntularının qeydə alındığını açıqlayıb.
Сегодня, 09:43
TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
Сегодня, 09:34
Neftimiz bahalaşdı
Сегодня, 09:30
Bakıda narkoşəbəkə ifşa edildi - Video
Сегодня, 09:12
DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
Сегодня, 09:00
Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
Вчера, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
Вчера, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
Вчера, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Вчера, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
Вчера, 20:45
İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Вчера, 20:42
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
Вчера, 19:55
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar
Вчера, 19:14
Prezident və xanımı Naxçıvandadır - Foto
Вчера, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Вчера, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Вчера, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Вчера, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Вчера, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Вчера, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Вчера, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Вчера, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Вчера, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Вчера, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Вчера, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Вчера, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Вчера, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Вчера, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab