Kremlin Azərbaycan diasporası qorxusu

Moskva münasibətlərin normallaşdığını iddia etsə də, yeni təzyiq dalğasına başlayıb; səbəb Bakı ilə Kiyev arasında yaxınlaşmadır, ya nə?
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənovun Rusiyadan deportasiya edilməsi iki ölkə arasında münasibətlərin əvvəlki gərginlik mərhələsindən geridə qaldığı bir vaxtda yenidən diqqət çəkdi. Bakı ilə Moskva arasında son dövrdə siyasi dialoq və münasibətlərin normallaşdırılması istiqamətində müəyyən müsbət dinamika müşahidə olunsa da, Rusiyada Azərbaycan diasporunun ayrı-ayrı rəhbərlərinə qarşı tədbirlər davam edir.
Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı 2025-ci ilin sentyabrında ləğv edilmişdi. O, 2022-ci ildən Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri idi. Bu ilin iyununda saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilən Həsənovun indi deportasiya edildiyi bildirilir.
Qeyd edək ki, 2026-cı ilin iyulunda Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun da Rusiya vətəndaşlığı ləğv edilib. Son bir ildən artıq müddətdə Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərlərinin vətəndaşlığının ləğvi və ölkədən çıxarılması ilə bağlı qərarlar qəbul olunub.
Moskvanın bu siyasəti hansı məqsəd daşıyır? Rəsmi izahatlarda bu cür qərarlarda konkret olaraq “Azərbaycan diasporası” ifadəsi işlədilmir. Lakin aylardır ardıcıl şəkildə məhz diaspor rəhbərlərinə yönələn qərarlar Rusiyanın azərbaycanlı milli icmaların təşkilatlanmasına, onların təsir imkanlarına və yerli fəaliyyətinə sərt nəzarət etmək istədiyinə şübhə yeri qoymur.
Burada başqa bir ziddiyyət də diqqət çəkir. Azərbaycan-Rusiya münasibətlərində əvvəlki gərginlik yoxdur. Əksinə, tərəflər münasibətlərin qorunmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Belə bir şəraitdə Moskvada Azərbaycan diasporunun tanınmış rəhbərlərinə qarşı sərt inzibati və hüquqi addımların davam etməsi Bakıda haqlı suallar doğura bilər: əgər münasibətlər normallaşırsa, bu xətt niyə dəyişmir?
Üstəlik, Rusiyada digər diasporların vəziyyəti ilə müqayisə də maraqlıdır. Ermənistanın rəsmi diaspora qurumunun məlumatına görə, Rusiyada 250-dən çox erməni icma strukturu və ittifaqı, 65 gənclər təşkilatı, yüzlərlə erməni məktəbi və 72 kilsə fəaliyyət göstərir. 2026-cı ilin iyulunda Moskvada keçirilən “Ərik” erməni festivalı Rusiya Erməni İttifaqı tərəfindən təşkil olunub və Rusiya Prezident yanında Millətlərarası Münasibətlər Şurası ilə Moskva hökumətinin dəstəyi ilə keçirilib.
Aydın görünür ki, Azərbaycanla münasibətlərin siyasi müstəvidə yumşaldığı bir vaxtda Rusiyada Azərbaycan diasporunun bəzi rəhbərlərinə qarşı sərt qərarlar davam edir, eyni zamanda erməni icmasının təşkilati və mədəni fəaliyyəti Moskvanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıq şəraitində geniş şəkildə davam edir. Ona görə də son olaraq Bəxtiyar Həsənovun deportasiyası yalnız miqrasiya məsələsi kimi qiymətləndirilməməlidir. Əsas sual budur: Moskva Azərbaycan diasporunun təşkilatlanmasında hansı təhlükəni görür və niyə iki ölkə arasında münasibətlərin normallaşmasına baxmayaraq bu siyasətdən geri çəkilmir?
Bu hadisəyə qiymət verən deputat Zahid Oruc Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Rusiya zun müddətdir xaricdən gələn əmək miqrantlarına, o cümlədən uzun müddət Moskva və digər mərkəzi şəhərlərdə yaşayanlara qarşı sistemli, diskriminativ və qanunsuz tədbirlər həyata keçirir. Onun sözlərinə görə, yaxşı bilirik ki, xüsusilə də azərbaycanlıları müxtəlif adlar altında müəyyən planlara, təlimlərə, proqramlara qataraq, onların üzərindən cəbhə bölgəsinə, Ukrayna ilə savaşa aparılan çoxlu sayda həm soydaşlarımız, həm də bilavasitə vətəndaşlarımız var.
Geniş çıxışında deputat bildirib ki, azərbaycanlıları nümayişkaranə şəkildə deportasiya etmək əks nəticələr doğuracaq: “bu, təbii ki, Azərbaycan-Rusiya münasibətlərinin xeyrinə işləmir. Nəhayət, Rusiya İstintaq Komitəsi öz qərarlarına yenidən baxmalıdır. Duma belə əməlləri təşviq etməməlidir. İnformasiya orqanları məsələ ilə bağlı düzgün bir ictimai mühit formalaşdırmalıdır. Azərbaycanlılar əleyhinə, xüsusilə də cinayətkarlığı etnik mənsubiyyətə bağlamaq kimi ideoloji zərərli xətt, az qala faşizm dövrünün postulatlarını xatırladır. Bu, yolverilməzdir və hesab edirik ki, bu, ölkəmizə qarşı siyasi təzyiqin bir formasıdır”.
“Yeni Müsavat”a danışan professor Qabil Hüseynliyə görə, Rusiyanın bu siyasəti təyyarəmizin vurulmasından başlanıb. Onun ehtimalı budur ki, Moskva Bakının hazırkı xarici siyasətindən narazıdır:
“Azərbaycan müstəqil və Rusiyaya biət etməyən addımlar atır. Kreml sarayındakılar isə köhnə narrativlərin xülyası ilə yaşamaqdadır. Onlara elə gəlir ki, postsovet ölkələri yenə də Rusiyaya baş əyməli, onun ağalığını qəbul etməlidirlər. Çünki Moskva hələ də MDB məkanına özünün "arxa bağçası" kimi baxmağa davam edir. Amma həm Cənubi Qafqazda, həm Orta Asiyada reallıqların dəyişdiyini həzm edə bilmirlər. Hazırda keçmiş sovet ölkələri özlərinə yeni müttəfiqlər və tərəfdaşlar tapıblar. Bu da onların qüdrətini, müstəqilliyini artırır, təhlükəsizliyinə təminatı genişləndirir, Rusiyaya qarşı immuniteti gücləndirir. Rusiya məhz bu həqiqətləri qəbul edə bilmir deyə əlindəki son təzyiq alətlərini də istifadə edir. Onlardan biri də diasporu, ümumiyyətlə, vətəndaşı olan qeyri-rusları sıxışdırmaqdır. Bununla hesablayırlar ki, azərbaycanlıların qayıdışı Bakıya təzyiq olacaq və Azərbaycan rəhbərliyi müəyyən addımlarında Rusiya ilə razılaşmaq məcburiyyətində qalacaq. Mən məsələyə ilk növbədə bu rakursdan baxıram".
Qabil Hüseynli hesab edir ki, Azərbaycanın işğal faktına son qoyması, rus hərbçilərini Qarabağdan vaxtından tez çıxarması, sülh və Zəngəzur məsələsində vasitəçisiz siyasəti, son dövrlər isə Ukrayna ilə münasibətlərdə yaxınlaşma Moskvanı qane etmir: “Hərgah deyirlər ki, Azərbaycanla əlaqələr normallaşır. Amma onlara elə gəlir ki, hər addımda Kremldən icazə alınmalıdır. Bu da kökündən yanlışdır. Rusiya qonşularına bərabərhüquqlu yanaşmağı bacarmadıqca münasibətlər hərtərəfli yaxşılaşa bilməz. Azərbaycanın Ukrayna ilə əməkdaşlığı üçüncü tərəfin əleyhinə yönəlməyib. Əksinə, bu münaqişədə Bakı balans qorudu, savaşdan iki gün qabaq Moskva bəyannaməsi imzaladı, sanksiyalara qoşulmadı, Kiyevə hərbi yardım göstərmədi, budur Rusiyanın cavabı? Ümumiyyətlə, müttəfiqliyə qəti yaraşmayan mövqe sərgilənir. Sözdə bəyanatlar ola bilər, amma əməldə diasporumuza bir hücum var. Bəxtiyar Həsənov ilk belə fakt deyil”.
Professor Rusiyanın diasporumuzun güclənməsini istəmədiyini də düşünür, lakin bu məsələni bir nömrəli prioritet saymır.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq