Rusiyadan yeni anti-Azərbaycan çağırışları

Bakıya qarşı daha sərt siyasət tərəfdarlarının səsi indi əvvəlkindən daha yüksək eşidilir...
Rusiya–Azərbaycan münasibətlərində informasiya qarşıdurması yeni mərhələyə keçir. Bakının son vaxtlar Rusiyaya qarşı sərt ritorikası, Moskvanın siyasətini tənqid edən açıqlamalar və iki ölkə arasında diplomatik gərginliyin artması Rusiyanın ictimai-siyasi məkanında Azərbaycana münasibətdə daha sərt mövqelərin ortaya çıxmasına səbəb olur.
“Svobodnaya Pressa”(SP) nəşrində yayılan materialda artıq məsələyə sadəcə diplomatik narazılıq prizmasından deyil, Rusiyanın Azərbaycanla münasibətlərində hansı addımları atmalı olduğu baxımından yanaşılır. Nəşrin materialında politoloqlar Vadim Truxaçev və Leonid Krutakov Azərbaycanın siyasətini sərt şəkildə tənqid edərək Moskvanın indiki yanaşmasını dəyişməsinin vacibliyini müdafiə edirlər.
Vadim Truxaçevin fikrincə, Azərbaycan informasiya məkanında Rusiyaya qarşı “dost olmayan narrativlər” davamlı şəkildə səslənir. O, hətta Bakının Ukraynaya münasibətini əsas gətirərək Azərbaycanın artıq faktiki olaraq Ukraynanın müttəfiqi kimi qiymətləndirilməsinin mümkün olduğunu bildirir. Politoloqun yanaşmasında diqqət çəkən əsas məqam Moskvanın indiyədək Bakı ilə münasibətlərdə kifayət qədər ehtiyatlı davranması ilə bağlıdır. Truxaçev Rusiyanın rəsmi şəxslərinin Azərbaycanın siyasətinə dair açıqlamalarının “çox sükutlu” olduğunu düşünür və Bakının atdığı addımlara daha sərt cavab verilməsini istəyir.Onun sadaladığı arqumentlər sırasında Azərbaycanın Ukraynaya münasibəti, Avropa enerji bazarında Rusiya nefti və qazını əvəzləmək niyyəti, Rusiyanın ayrı-ayrı vətəndaşlarına qarşı atılan hüquqi addımlar və Azərbaycan mediasında Rusiya siyasətinə yönələn tənqidlər yer alır.
Daha sərt mövqeni isə politoloq Leonid Krutakov ortaya qoyur. Onun fikrincə, Azərbaycan Rusiyanı “imperiya” və “işğalçı” kimi təqdim edir və bunun arxasında həm Rusiyaya qarşı siyasi antipatiya, həm də Moskvanın mümkün addımlarından narahatlıq dayanır.
Krutakovun təklif etdiyi əsas istiqamət iqtisadi münasibətlərə yenidən baxmaqdır. Politoloq xüsusilə enerji sahəsindəki əməkdaşlığı gündəmə gətirir. Onun fikrincə, Rusiya Azərbaycana “Urals” markalı neftin bir hissəsini satır, Azərbaycan isə həmin nefti sonradan Avropa bazarlarında başqa qiymətlərlə realizə edir. Krutakov bunu Azərbaycanla münasibətlər kontekstində yenidən nəzərdən keçirilməli olan məsələlərdən biri hesab edir.
Krutakovun mövqeyi bundan ibarətdir ki, Moskva ilə Bakı arasında münasibətlər yalnız qarşılıqlı səfərlər, xoş sözlər və diplomatik nəzakət üzərində qurulmamalıdır. Əgər tərəflərin maraqları ciddi şəkildə toqquşursa, Rusiya öz iqtisadi imkanlarından siyasi alət kimi istifadə etməlidir.
“SP” nin materialında Azərbaycan–Böyük Britaniya münasibətlərinə də xüsusi diqqət yetirilir.
Məqalədə qeyd olunur ki, Azərbaycan XİN-də Rusiya səfiri ilə bağlı diplomatik proseslərin getdiyi gün Bakıda Böyük Britaniyanın yeni səfiri Duncan Normanın qəbul mərasimi keçirilib. Nəşr bunu Rusiya ilə münasibətlərdə gərginliyin artdığı bir vaxtda Bakı ilə London arasında əməkdaşlığın vurğulanması kimi təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Britaniya ilə əməkdaşlığın potensialını yüksək qiymətləndirməsi də materialda Rusiya–Azərbaycan münasibətləri kontekstində şərh olunur. Materialın digər mühüm iddiası Azərbaycan informasiya məkanında Rusiyanın getdikcə daha çox mənfi obrazda təqdim edilməsidir. Rusiya mediasında Azərbaycana qarşı sərt fikirlər səslənərkən, Moskvanın rəsmi informasiya resurslarının əksəriyyətində Bakıya münasibətin eyni dərəcədə sərt olmadığı da vurğulanır. nKrutakovun mövqeyinin ən diqqətçəkən tərəfi məhz budur. O, Moskvanın Azərbaycanla münasibətlərində emosional və simvolik yanaşmadan imtina etməsini təklif edir. Bu baxımdan Krutakov Britaniya siyasətçisi Palmerstonun məşhur prinsipini xatırladır: dövlətlər üçün daimi dostluqlardan daha çox daimi maraqların əhəmiyyət daşıması.
İndi daha aydın görünür ki, məsələ artıq təkcə diplomatik bəyanatlar səviyyəsində qalmır. Rusiyada Azərbaycana qarşı “cavab tədbirləri” ideyası ictimai müzakirəyə çıxarılır. Və bu, Bakı üçün diqqətə alınmalı əsas siqnaldır: hələlik Rusiyanın Azərbaycana qarşı yeni rəsmi siyasətindən danışmaq tezdir, amma Moskvada belə siyasətin tərəfdarlarının səsi əvvəlkindən daha yüksək eşidilir...musavat.com
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı