Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil

Bakıda kirayə mənzil bazarında payız ayları ilə əlaqədar yenidən canlanma gözlənilir. Xüsusilə yeni tədris ilinin başlaması ərəfəsində bölgələrdən paytaxta tələbə axınının artması kirayə mənzillərə tələbatı yüksəldir. Tələbin artması isə ən çox tələbələrin və digər kirayəçilərin üstünlük verdiyi ərazilərdə qiymətlərin bahalaşmasına səbəb olur.
Ekspertlər hesab edirlər ki, bu il kirayə bazarında qiymət artımına yalnız mövsümi amillər deyil, həm də Bakıda aparılan söküntülər, mənzil fondunun azalması və yeni tikililərdə kirayə qiymətlərinin daha yüksək olması təsir göstərəcək. Xüsusilə Yasamal kimi ali təhsil müəssisələrinin və metro stansiyalarının çox olduğu rayonlarda tələbin daha yüksək olması gözlənilir.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb:“Hazırda qiymət artımı və tələbat daha çox paytaxtın Yasamal rayonunda baş verir. Çünki ali təhsil müəssisələrinin böyük hissəsi Yasamal rayonunda yerləşir və təkcə Yasamal rayonunda 4 metro stansiyası mövcuddur. Metro stansiyalarının çoxunun bu rayonda olması, bir çox dövlət qurumlarının, nazirliklərin və ali təhsil müəssisələrinin burada yerləşməsi səbəbindən daim tələbat və qiymət artımı daha çox bu rayonda baş verir. Müxtəlif ərazilərdə də qiymət artımları baş verir. Ənənəvi olaraq, avqust-sentyabr aylarında kirayə mənzillərə tələbat artır və qiymət artımı olur".
Ekspertin fikrincə, bu il qiymət artımı əvvəlki illərlə müqayisədə daha çox ola bilər. Bunun əsas səbəblərindən biri Bakıda aparılan söküntülərdir: "Köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsi, bəzi ərazilərin dövlət ehtiyacları üçün alınması mənzil fondunun azalmasına gətirib çıxarır.
Dövlət ehtiyacları üçün ərazi alındığı və binalar söküldüyü zaman həmin ərazidə yeni binalar inşa olunmur. Parklar salınır və bir çox ərazilər müxtəlif infrastrukturlar üçün istifadə olunur. Bu da artıq mənzil fondunun azalmasına gətirib çıxarır. Xüsusən də sökülən bu tip əmlaklarda, çoxmənzilli yaşayış binalarında və yaşayış məntəqələrində olan mənzillərin kirayə qiymətləri yeni binalardakı mənzillərdən daha ucuzdur. Digər tərəfdən, aparılan söküntülərdə artıq köhnə binalar sökülərək onların yerində yeni binalar inşa olunduqca, yeni binalardakı mənzillərin kirayə qiymətləri köhnə binalardan orta hesabla iki dəfəyə qədər daha baha qiymətə təklif olunur".
Ekspert paytaxtın baş planının da uzunmüddətli perspektivdə kirayə bazarına ciddi təsir göstərəcəyini düşünür: "Paytaxtın baş planı təsdiq olunub və 2040-cı ilə qədər Bakı şəhəri baş planda ehtiva olunmuş formada olacaq. Bu isə onu deməyə əsas verir ki, 2040-cı ilə qədər paytaxt ərazisindəki mövcud köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin böyük bir hissəsinin olmaması həmin ərazilərdə, belə deyək, olan kirayə mənzillərin də birdəfəlik kirayə bazarından çıxmasına gətirib çıxaracaq. Və bu minvalla da istər kirayə, istərsə də satış bazarında qiymətlər demək olar ki, ilbəil sürətlə artacaq.
Orta hesabla kirayə bazarına baxsaq, istər satış, istərsə də kirayə qiymətlərində hazırda ciddi artımlar yoxdur. Çünki son bir il ərzində, son 12 ayın statistikasına baxsaq, ümumiyyətlə, əmlak bazarında bir durğunluq hökm sürür. Çünki kirayə verilən mənzillərin böyük əksəriyyəti köhnə çoxmənzilli yaşayış binalarındadır. Bu binalar ipoteka predmetinə çevrilə bilmir, çünki istismar müddətini bitirib. Tələbat və satış daha çox ipoteka predmetinə çevrilən binalardadır ki, qiymət artımları da onlarda müşahidə olunur".
Elnur Fərzəliyev kirayə bazarındakı mövcud qiymətlərdən də danışıb: "Hazırda paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində ən ucuz birotaqlı köhnə tikili binalardakı mənzillərin kirayə qiyməti 400 manatdan daha baha qiymətə təklif olunur, yəni 400-500 manat arasıdır. Otaq sayı artdıqca orta hesabla həmin qiymətlərə 150-200 manat da əlavə olunur, yəni artımlar baş verir. Yeni binalarda isə qiymətlər daha, belə deyək, kəskin bahadır. Yeni binalarda kirayə qiymətləri orta hesabla köhnə binalardan iki dəfəyə qədər daha baha qiymətə təklif olunur".
Ekspert hesab edir ki, avqustun sonundan sentyabrın sonuna qədər kirayə bazarında qiymət artımı daha çox olacaq:"Artıq avqust ayının sonuna yaxınlaşırıq və sentyabr ayının sonuna qədər bu artım davam edəcək. Bu, tələbələrin bölgələrdən kütləvi surətdə axını ilə əlaqədardır. Tələbələrin kütləvi axını kirayə mənzillərə tələbatı artıracaq. Təbii ki, bu da birmənalı olaraq həm də süni qiymət artımına gətirib çıxaracaq. Təbii ki, qiymətlərə hər hansı bir formada təsir edə bilsə də, kirayə mənzil bazarına təsir edən əsas qüvvə daha çox tələbələrdir".
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Вчера, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Вчера, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Вчера, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Вчера, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Вчера, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Вчера, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Вчера, 09:39
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Вчера, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Вчера, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Вчера, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Вчера, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi