“Bu xəbər kökündən yanlışdır, digəri isə ləyaqət pozuntusuna cəhddir”

İki gündür bəzi saytların yaydığı iki xəbər sosial şəbəkələrdə müzakirə, daha doğrusu, tənqid obyektinə çevrilib. Həmin məlumatlara qoyulan başlıqlar - “Kamilə Babayevanın anasının meyiti tapıldı”, “Anar Nəcəfli qovuldu”, sərlövhəsi haqlı olaraq etiraz yaradıb.
Məlumatda adıçəkilən şəxslər dəyərli həmkarlarımızdır, onlar jurnalistlik fəaliyyətləri ilə ictimaiyyətdə müsbət imic qazanıblar, hər iki şəxs tanınmış jurnalistdir.
Kamilə Babayeva müstəqil aparıcı, Anar Nəcəfli Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri və xəbər aparıcısıdır.
Yayılan məlumatlarda Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları kobud şəkildə pozulub. Gəlin bu pozuntuları müddəlarla əsaslandıraq.
Öncə onu vurğulayaq ki, Anar Nəcəflinin vəzifəsindən çıxarılması xəbəri rəsmi olaraq təsdiqlənməyib, deməli, onun barəsində bu məzmunda informasiya əslində dezinformasiyadır - xəbər kökündən yanlışdır. Sərlöhvədəki “qovuldu” ifadəsinə gəldikdə isə insana aid olmayan, hətta təhqir mahiyyətli sözdür, cümlənin baş üzvü hesab olunan bu söz ədəbi düşüncədə insana deyiləsi ifadə deyil.
Pozuntuya qayda üzrə nəzər salaq:
Prinsip 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik
- Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
- Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.
Prinsip 2: İnformasiya qaynaqlarına sayğılı yanaşma
- Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır.
Prinsip 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı
- Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır. Bəli, insan barəsində yazılan, hətta sərlövhəyə çıxarılan “qovuldu” ifadəsi məhz ləyaqət hissinə toxunmaqdır. Bu bənd məhkəmə predmeti yaradır.
İkinci məlumatın başlığı o qədər kobuddur, onu qaydalarla məzəmmət etmək belə azdır. Hadisə təbii şəkildə baş verib, dəyərli həmkarımız Kamilə xanımın anası evində haqq dünyasına qovuşub. Allah rəhmət eləsin, jurnalistimizə böyük səbir diləyirik, hər kəsin yaşadığı və yaşaya biləcəyi bu ağır acını həmkarımızla bölüşürük.
Bu nə ritorikadır, məgər mərhum axtarışda olub ki, barəsində “meyiti tapıldı” yazırıq?! Övladın hissi ilə oynamaq hansı düşüncənin məhsuludur, ad tapmaq olmur. Əslində bu hal da ləyaqət pozuntusuna cəhddir. Qaydalarda başlıqların seçilməsi ilə bağlı konkret şərt olmasa da, həmkarın şəxsi faciəsinə belə səbatsız, laqeyd, etikadan kənar yanaşmaq kökündən yanlışdır.
Jurnalist İP marağı naminə jurnalistikanın nüfuzuna xələl gətirirsə, artıq peşə davranış qaydalarını pozmuş olur.
Mediaekspert Monitorinq Mərkəzi
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq