Şəhərin mərkəzində ara məsafəsi gözlənilmədən bina tikilir? - Fotolar

Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 10 ünvanında yerləşən “SABAH Residence” yaşayış kompleksinə məxsus binanın 17 metrliyində tikinti işləri aparıldığı deyilir.
Bundan narazı olan kompleks sakinləri “Qafqazinfo”ya müraciət edib.
Vətəndaşların sözlərinə görə, həmin tikinti işlərinin aparılması qanunvericiliyə ziddir: “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaların” təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu maddəsindən göründüyü kimi, ara məsafəsi olaraq divar hündürlüyünün 0.6 hissəsi qəbul edilir. Ara məsafələri üst-üstə düşməməlidir. Belə ki, yaşadığımız binanın hündürlüyü 60.6 metr olduğundan, tələb olunan minimum ara məsafəsi təxminən 36.4 metr təşkil etməlidir. Tikinti işləri Torpaq Məcəlləsinin, tikinti və şəhərsalma qaydalarının, ara məsafələri ilə bağlı qaydaların tələblərinə zidd olaraq aparılıran halda bizim mülkiyyət, yaşayış, istirahət, təhlükəsizlik və s. hüquqlarımız pozulmuş olur.
Bina ara məsafəsi gözlənilmədən tikildiyindən, mənzillərə işığın və hava axınının daxil olması məhdudlaşa, habelə bədbəxt hadisələr baş verdiyi halda, onun qarşısının alınması zamanı çətinlik və təhlükələr yarana bilər.

Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə təcili tədbirlər görülməsini - tikinti obyektində yerində baxış (monitorinq) keçirilməsini, onun ara məsafəsi ilə bağlı qaydalara və verilmiş tikinti icazəsinin tələblərinə uyğunluğunun yoxlanılmasını, aşkar edilmiş pozuntular təsdiqləndiyi təqdirdə qanunla müəyyən edilmiş qaydada “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinin təmin edilməsini, habelə nəticələr barədə “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə yazılı məlumat verilməsini xahiş edirik”.
Məsələ ilə bağlı bina sakinlərinin müraciətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Səbail Rayon İcra Hakimiyyətinə və sakinlərə cavab məktubu göndərilib: “Bildiririk ki, Səbail rayonu, Xanlar və Qurban Abbasov küçələrinin əhatəsindəki 58-59 saylı məhəllə ünvanında yaşayış binasının inşa edilməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12.10.2022-ci il tarixli 99/22 nömrəli tikintiyə icazə sənədi verilib.
Qeyd olunanları nəzərə alaraq narazılığa səbəb olan amillərin aradan qaldırılmasını, nəticəsi barədə müraciət müəlliflərinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə 7 (yeddi) iş günü müddətində məlumat verilməsini xahiş edirik”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Səbail İH-dən saytımıza bildirildi ki, çoxmənzilli yaşayış binalarında tikinti işlərinin aparılmasına icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir: “Yuxarıda göstərilənləri nəzərə alaraq, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilməsi tövsiyə olunur”.
.jpg)
Fövqəladə Hallar Nazirliyindən isə müraciətimizə verilən cavabdan belə aydın olur ki, sözügedən tikili qanunvericiliyin tələblərinə uyğun qaydada tikilir: “Qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 10 ünvandakı tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12 oktyabr 2022-ci il tarixli icazə sənədi əsasında aparılır.
Hazırki mərhələdə tikinti razılaşdırılmış layihə üzrə davam etdirilir və mövcud qanunvericiliyin tələblərinə əsasən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintinin layihəyə uyğun aparılmasına nəzarət həyata keçirilir”.
“Rahat həyat” yaşayış kompleksinin layihəsi olan tikili ilə bağlı əlaqədar şirkətin də mövqeyini öyrəndik. Müraciətimizə cavab olaraq bildirilib ki, şirkət binanı dövlət orqanları ilə razılaşdırılmış icazə əsasında tikir: “Binalar arasındakı məsafəni şirkət müəyyən etmir. Şəhərsalma və Tikinti Məcəlləsi var, əgər şirkət binanı qanunsuz tiksəydi, onda bizə sorğu ünvanlamaq olardı. Digər bütün şəhərsalma normativlərinin riayət olunmasına cavabdeh orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.
Bundan başqa, “SABAH Residence”in tiktdiyi binanın nə keyfiyyəti, nə yeri, nə də bir normaya uyğunluğu var. Amma bunun da bizə aidiyyəti yoxdur. Dövlət orqanlarına aiddir, onlar cavablandırsın”.
Qeyd edək ki, “Rahat Həyat yaşayış kompleksi” MTK “AzmanHolding” şirkətlər qrupuna daxildir. “Azman Holding” şirkətlər qrupunun həmtəsisçisi Azər Əsgərovdur. O, həm də Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidentidir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanlamışıq.




Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq