Ankara və Təl-Əviv üz-üzə, Bakı arada...

Azərbaycanın vasitəçilik missiyası gündəmdə
Türkiyə ilə İsrail arasında gərginlik son günlər daha da artıb. İsrailin Suriyanın şimal-qərbindəki Əbu əl-Duhur aviabazasına zərbəsi Ankara tərəfindən kəskin tənqid olunub.
Türkiyə hakimiyyəti tərəfindən İsrail baş nazirinin həbsinə orderinin verilməsi və onun beynəlxalq axtarışa verilməsi tələbi tərəflər arasında gərginliyi daha da artırıb.
Gərginliyin birbaşa hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün ABŞ üç ölkə - Türkiyə, İsrail və Suriya arasında deeskalasiya mexanizmi yaratmağa çalışır. Bu prosesdə Azərbaycanın da tərəflərlə yaxın münasibətləri səbəbindən diplomatik rol oynamaq imkanları diqqət çəkir.
“Ynet” nəşri İsrail mənbələrinə istinadən xəbər verir ki, Bakının diplomatik səyləri son həftələrdə iki ölkə arasında münasibətlərin kəskin şəkildə pisləşməsindən sonra başlayıb. Bakı həm Ankara, həm də Təl-Əvivlə yaxın münasibətlərindən istifadə edərək tərəflər arasında dialoqun qurulmasına çalışır.
“Ynet”in məlumatına görə, Azərbaycan hər iki tərəfin etimadını qazanıb və artıq İsraillə Türkiyə arasında vasitəçilik təcrübəsinə malikdir. 2025-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında birbaşa dialoq təşəbbüsü ilə çıxış edib. Daha sonra Prezident İlham Əliyevin vasitəçiliyi ilə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalinin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti və o dövrdə Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini tutan Tzaçi Hanegbinin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti Bakıda bir araya gəlib.
Danışıqlardan sonra tərəflər Suriyada əməliyyat koordinasiya mexanizminin yaradılması barədə razılığa gəliblər və nəşrin məlumatına görə, bu mexanizm uzun müddət də təsirli olub.
İndi isə Bakı yenidən hər iki tərəflə əlaqələrindən istifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır. Azərbaycan üçün əsas məqsəd iki mühüm tərəfdaş arasında hərbi qarşıdurmanın qarşısını almaq, regionda sabitliyin qorunmasına töhfə verməkdir. Hazırkı proses Bakının regional diplomatiyada vasitəçi kimi rolunun getdikcə gücləndiyini göstərir.
Bakının vasitəçilik təşəbbüsü bu dəfə də müsbət nəticələnə, vəziyyəti yumşalda bilərmi?
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsi Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan son on ildə dəfələrlə Türkiyə və İsrail arasında vasitəçilik etməklə münasibətlərin normallaşmasına çalışıb. Hər dəfəsində müəyyən yumşalmalara nail olunub:
Lakin bu və ya digər səbəbdən proses tərəflərin arasında münasibətlərin tam düzəlməsi ilə sonuclanmayıb. Amma bütün hallarda bu vasitəçilik sayəsində tərəflər arasında münasibətlərdə müəyyən dövrlərdə gərginliyin azalması baş verib. Son vaxtlar isə İsraillə Türkiyə arasında Suriya üzərindən çox ciddi gərginlik yaşanır. İsrailin bugünkü hökuməti hakimiyyətdə qalmaq və siyasi ömrünü uzatmaq üçün bölgədə gərginlik ocağı yaratmaqla vəziyyəti qeyri-sabit hala gətirərək təhlükəsizlik məsələsi üzərindən 27 oktyabrda keçiriləcək seçkilərdə öz hakimiyyətini qorumağa çalışır. Bu davranış bölgədə hərbi eskalasiya risklərini kəskin şəkildə artırır. Türkiyəni bir formada sanki təxribata çəkmək cəhdləri var. Amma Türkiyə həm sərt, həm də təmkinli korrekt cavab verdi. Görünən odur ki, ABŞ da İsrail hökumətinin bu davranışlarından heç də məmnun deyil. Amerika hazırda bölgədə özünün əsas müttəfiqləri sırasında gördüyü Türkiyəni və İsraili bir araya gətirməyə cəhd edir. Şübhəsiz ki, Azərbaycan da bu proseslərdə vasitəçilik missiyası ilə ciddi dəstək verə bilər. Ümid edək ki, budəfəki cəhdlər daha nəticə tutumlu olsun. Amma hesab edirəm ki, oktyabrın sonuna, yəni seçkiyə qədər İsrail hökuməti bu və ya digər formada provakativ addımlarından da geri çəkilməyəcək. Amma ümid edirik ki, Bakının vasitəçiliyi müəyyən məntiqi nəticələrə gətirib çıxarsın”.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq