Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
siyaset
Oxunub: 0
31 авг 2026 | 15:30
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?


Ermənistanın Daxili İşlər Nazirliyinin Qarabağda yaşamış ermənilərin vətəndaşlığı məsələsində illər ərzində tamamilə fərqli mövqelər ortaya qoyduğu məlum olub.

CivilNet-in araşdırmasına əsasən, 2003-cü ildə Ermənistan DİN məhkəmədə bildirirdi ki, 1988-ci ildən etibarən Ermənistan SSR vətəndaşı hesab edilən və Qarabağda yaşayan şəxslər qanunun qüvvəsi ilə Ermənistan Respublikasının vətəndaşları kimi tanınıblar. Bunun üçün onların ayrıca vətəndaşlıq ərizəsi verməsinə və ya prezident fərmanının olmasına ehtiyac yox idi.

Lakin bu gün eyni nazirliyin Miqrasiya və Vətəndaşlıq Xidməti tamamilə başqa mövqe ortaya qoyur. Qurum bildirir ki, 1995-ci ildə qəbul edilmiş “Ermənistan Respublikasının vətəndaşlığı haqqında” qanunun müvafiq müddəası Qarabağ ermənilərinə şamil edilməyib.

1995-ci il qanununun 10-cu maddəsinin birinci hissəsində Ermənistan SSR-in keçmiş vətəndaşlarından Ermənistanda daimi yaşayan şəxslərin Ermənistan Respublikasının vətəndaşı kimi tanındığı göstərilirdi.

DİN-in Miqrasiya və Vətəndaşlıq Xidmətinin indiki şərhinə görə isə bu norma Qarabağ ermənilərinə aid olmayıb. Nazirlik CivilNet-ə bildirib ki, Ermənistan SSR vətəndaşları dedikdə Ermənistan SSR ərazisində daimi yaşayan və qeydiyyatda olan şəxslər nəzərdə tutulurdu.

Qurumun mövqeyinə əsasən, Qarabağ ermənilərinin Ermənistan SSR ərazisində daimi yaşayış yeri və qeydiyyatı olmadığı üçün qanunun 10-cu maddəsinin birinci hissəsi onlara tətbiq edilə bilməzdi.

Ancaq diqqətçəkən məqam budur ki, Ermənistan DİN-in bugünkü izahı nazirliyin 2003-cü ildə məhkəmədə müdafiə etdiyi mövqelə ziddiyyət təşkil edir. Həmin vaxt nazirlik Qarabağda yaşayan və Ermənistan SSR vətəndaşı hesab edilən şəxslərin qanunun qüvvəsi ilə Ermənistan Respublikasının vətəndaşlığını əldə etdiyini bildirirdi.

Beləliklə, eyni dövlət qurumu Qarabağ ermənilərinin Ermənistan vətəndaşlığı məsələsində 23 il ərzində bir-birinə zidd iki fərqli hüquqi mövqe ortaya qoyub.

Qeyd edək ki, söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda işğal dövründə yaradılmış qanunsuz separatçı qurumun nəzarətində yaşamış şəxslərdən gedir. Həmin separatçı qurum heç vaxt beynəlxalq hüququn subyekti və ya tanınmış dövlət olmayıb.
Bu baxımdan Ermənistanın indiki hakimiyyətinin Qarabağ ermənilərinin avtomatik olaraq Ermənistan vətəndaşı hesab edilməməsi barədə hüquqi mövqeyi əvvəlki yanaşmadan fərqli olaraq mövcud hüquqi reallığa daha uyğun görünür.

Məsələnin siyasi tərəfi də diqqətdən kənarda qalmır. Qarabağdan Ermənistana köçmüş ermənilər arasında revanşist mövqedən çıxış edən və Azərbaycanla əldə olunmuş razılaşmalara qarşı sərt mövqe tutan qüvvələr mövcuddur. Bu qüvvələrin Ermənistanın daxili siyasi proseslərində fəallaşması Paşinyan hakimiyyəti üçün də əlavə problem yarada bilər.

Bu səbəbdən Qarabağ ermənilərinin Ermənistan vətəndaşlığını kütləvi şəkildə əldə etməsi məsələsi təkcə hüquqi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Vətəndaşlıq onların seçkilərdə və digər siyasi proseslərdə iştirak imkanlarını genişləndirə və revanşist qüvvələrin Ermənistan daxilində siyasi çəkisinin artmasına şərait yarada bilər.

Beləliklə, Ermənistan DİN-in bugünkü mövqeyi 2003-cü ildə müdafiə etdiyi mövqelə açıq şəkildə ziddiyyət təşkil etsə də, hazırkı yanaşmanın arxasında həm hüquqi, həm də Ermənistanın daxili siyasi mübarizəsi ilə bağlı amillərin dayandığı görünür.musavat.com
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı