Autizmli uşaqlar NİYƏ artır? – Valideynlərin DİQQƏTİNƏ!

Rəsmi statistika göstərir ki, Azərbaycanda son illərdə autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə görə, 2025-ci ildə uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 3 533 nəfər olub. Onlardan 2 765-i oğlan, 768-i isə qızdır. Yaş bölgüsünə əsasən, autizm diaqnozu qoyulan uşaqların 2 726 nəfəri 0–13 yaş, 749 nəfəri 14–17 yaş, 58 nəfəri isə 18 yaş və yuxarı qrupuna daxildir. Bundan əlavə, 123 nəfər atipik autizm diaqnozu ilə qeydiyyata alınıb ki, onların da 104-ü oğlan, 19-u qızdır. Rəqəmlər göstərir ki, son beş ildə artım daha da nəzərə çarpır. Belə ki, 2021-ci ildə 1 624 uşaq autizm diaqnozu ilə qeydiyyatda olduğu halda, 2025-ci ildə bu göstərici 3 533-ə yüksəlib.
Son beş ildə Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artsa da, mütəxəssislər bunu autizmin sürətlə yayılması ilə deyil, erkən diaqnostika imkanlarının genişlənməsi və valideynlərin məlumatlılığının artması ilə əlaqələndirirlər. Bir neçə il əvvəl cəmiyyətdə nadir rast gəlinən diaqnoz kimi qəbul edilən autizm bu gün getdikcə daha çox ailənin qarşılaşdığı reallığa çevrilib. Hər il daha çox uşağa autizm spektr pozuntusu diaqnozu qoyulması istər valideynlər, istərsə də mütəxəssislər arasında ciddi müzakirə mövzusuna çevrilib.
Bəs bunun səbəbi nədir? Autizm həqiqətənmi artır, yoxsa müasir diaqnostika əvvəllər diqqətdən kənarda qalan halları üzə çıxarır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a deyib ki, : " diaqnozların sayının artması autizmin eyni sürətlə yayıldığı anlamına gəlmir. “Əvvəllər bu uşaqların bir çoxu ümumiyyətlə, diaqnoz almırdı. Uşaq danışmırdı, göz kontaktı qurmurdu, yaşıdları ilə ünsiyyətə girmirdi, müəyyən davranışları təkrarlayırdı, amma ailə bunu, "gec inkişaf edir, xasiyyəti belədir, böyüyəndə düzələr" deyib keçirdi. Bəzən də ailə diaqnozdan utanır, uşağı mütəxəssisə aparmaq əvəzinə vəziyyəti gizlədirdi. Bu gün insanlar daha məlumatlıdır”_ deyə Nəcəfov belə qeyd edib.
Onun sözlərinə görə, indi valideynlər uşağın inkişafındakı fərqləri daha tez görür və mütəxəssisə müraciət edirlər: “Həkimlər və psixi sağlamlıq mütəxəssisləri də bu əlamətləri əvvəlki illərlə müqayisədə daha erkən mərhələdə qiymətləndirirlər. Ona görə əvvəllər görünməyən və ya başqa cür izah olunan bir çox hal indi statistikada öz əksini tapır".
Bununla belə klinik psixoloq hesab edir ki, bir məsələni açıq demək lazımdır: "Autizmi nə romantikləşdirmək, nə də faciəyə çevirmək lazımdır. Diaqnoz uşağa damğa vurmaq üçün qoyulmur. Uşağın ehtiyacını müəyyən etmək və ona uyğun dəstək göstərmək üçün qoyulur. Ən böyük problem bəzən diaqnozun özündən yox, cəmiyyətin münasibətindən yaranır. Valideyn uşağında fərqli inkişaf əlamətləri görürsə, bunu gizlətməməlidir. Camaat nə deyər düşüncəsi ilə aylarla, illərlə gözləmək uşağın xeyrinə deyil. Uşağın inkişafında itirilən zaman çox qiymətlidir və gecikmiş müdaxilə sonradan daha böyük çətinliklər yarada bilər”.
Onun fikrincə, ailələr diaqnozu gizlətməkdən imtina etməlidir: “Psixi və inkişaf xüsusiyyətləri ailənin ayıbı deyil. Uşağın fərqli olması valideynin uğursuzluğu deyil. Əksinə, problemi qəbul edib vaxtında mütəxəssisə müraciət etmək valideyn məsuliyyətidir. Uşağı qınamaq, ananı günahlandırmaq, ailəni təcrid etmək heç nəyi həll etmir. Autizmli uşağın cəmiyyətə uyğunlaşmasını istəyiriksə, cəmiyyət özü də fərqli olan uşağı qəbul etməyi öyrənməlidir. Uşaqlarımıza da bunu öyrətməliyik".
Rövşən Nəcəfova görə, hamı eyni danışmır, eyni davranmır, eyni şəkildə ünsiyyət qurmur: "Fərqli olmaq lağ etmək, uzaqlaşdırmaq və ya təcrid etmək üçün səbəb deyil. Həmyaşıdları autizmli uşaqlarla ünsiyyət qurmağı, onların fərqliliklərini qəbul etməyi öyrənməlidirlər. İnklüzivlik sadəcə uşağı məktəbə qəbul etmək deyil. Onun sinifdə kənarda qalmamasıdır, lağ obyektinə çevrilməməsidir, həmyaşıdlarının onu qəbul etməsidir. Uşağı fiziki olaraq kollektivə daxil edib psixoloji olaraq kənarda saxlamaq inklüzivlik deyil. Artıq “bu uşaq niyə belədir” sualından çıxıb, “bu uşağa nə lazımdır” sualına keçməliyik. Cəmiyyətin düşüncəsi dəyişməlidir. Psixi sağlamlıq və inkişaf məsələlərini gizlətmək dövrü bitməlidir. Diaqnozdan qorxmaq yox, uşağın ehtiyaclarını görməməkdən və vaxtında müdaxiləni gecikdirməkdən qorxmaq lazımdır".
Mütəxəssislərin fikrincə, ilk növbədə uşaqların təhlükəsizliyi təmin edilməlidir. Ancaq bunu qışqırmaq, uşağı danlamaq və ya təhqir etməklə etmək düzgün deyil. Beynəlxalq tibbi təlimatlarda belə halların arxasında müxtəlif səbəblərin ola biləcəyi qeyd olunur. Britaniyanın Milli Sağlamlıq və Qulluq Mükəmməlliyi İnstitutunun (NICE) tövsiyələrinə görə, autizmli uşaqda aqressiv və ya çətin davranış yarandıqda ilk növbədə bunun səbəbi araşdırılmalıdır. Mümkün səbəblər arasında ünsiyyət çətinliyi, ağrı və digər fiziki problemlər, narahatlıq, səs-küy və işıq kimi ətraf mühit amilləri, rutinlərin dəyişməsi və proqnozlaşdırılmayan vəziyyətlər göstərilir.
Amerika Pediatriya Akademiyası da autizmli uşaqlarda aqressiv davranışın bəzən stressli mühitə, tibbi problemə və ya uşağın öz ehtiyaclarını ifadə etmək cəhdinə cavab ola biləcəyini bildirir. Akademiyanın tövsiyələrində belə davranışın səbəbinin müəyyənləşdirilməsi və uşağa uyğun fərdi davranış strategiyasının hazırlanması vacib sayılır. Ümumdünya Səhiyyə Təşkilatı isə autizmin çox fərqli xüsusiyyət və ehtiyaclarla müşayiət oluna biləcəyini vurğulayır. Təşkilata görə, autizmli insanların cəmiyyətə daxil olması üçün yalnız tibbi deyil, həm də sosial səviyyədə dəstək və inklüzivlik təmin edilməlidir.
Сегодня, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Сегодня, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Сегодня, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu