BAŞ GİZİR ŞƏRƏFƏDDİN XANKİŞİYEV. ƏFSANƏVİ DÖYÜŞÇÜ VƏ VƏTƏNİN ƏSL QƏHRƏMANI

Mən, polkovnik Əkbərov Nicat Zakir oğlu, 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət etmişəm. Xüsusi Təyinatlı Qüvvələrin tabeliyində olan Xüsusi Əməliyyat Briqadalarında, sonrakı illərdə isə Xüsusi Təyinatlı Qüvvələrin qərargahında müxtəlif vəzifələrdə xidmət etmişəm.
Uzun illər davam edən xidmətim, xüsusilə 44 günlük Vətən müharibəsində göstərdiyim xidmətlərə görə müxtəlif dövlət və hərbi təltiflərə layiq görülmüş, ümumilikdə 17 müxtəlif adda medalla təltif olunmuşam. 2023-cü ildə xidmət zamanı aldığım xəsarətlərlə əlaqədar səhhətimdə yaranmış problemlərə görə polkovnik rütbəsində ordu sıralarından ehtiyata buraxılmışam.
Bu gün sizə uzun illər ərzində şəxsən tanıdığım, birlikdə xidmət etdiyim və hərbi peşəkarlığına dəfələrlə şahid olduğum əfsanəvi döyüşçü — baş gizir Şərəfəddin Xankişiyev haqqında danışmaq istəyirəm.
Mən Şərəfəddin Xankişiyevi 2003-cü ildən tanıyıram. O, Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi hazırlıq kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra xüsusi döyüş əməliyyat qruplarından birində müvafiq vəzifəyə təyin olunmuşdur.
Xidmət etdiyi ilk gündən Şərəfəddin Xankişiyev yüksək iradəsi, intizamı, cəsarəti və peşəkarlığı ilə seçilmişdir. Qarşısına qoyulan döyüş və xidməti tapşırıqları hər zaman yüksək səviyyədə, məsuliyyətlə və sonadək yerinə yetirmişdir.Şərəfəddin Xankişiyev fiziki hazırlığa xüsusi önəm verən hərbçilərdən biri olmuşdur. Şərq döyüş növlərinə yüksək səviyyədə yiyələnmiş, əldə etdiyi təcrübəni şəxsi heyətlə bölüşərək onların fiziki və döyüş hazırlığının yüksəldilməsində yaxından iştirak etmişdir.
2012-ci ildən 2016-cı ilədək, o cümlədən Aprel döyüşləri zamanı, düşmən arxasında həyata keçirilən müxtəlif xüsusi döyüş və kəşfiyyat əməliyyatlarında dəfələrlə iştirak etmiş və yüksək fəallıq göstərmişdir. İştirak etdiyi əməliyyatların icrası zamanı qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsində mühüm rol oynamış, düşmənə ciddi zərər vurulması və onun mövqelərindən geri çəkilməsinə səbəb olan əməliyyatlarda iştirak etmişdir.
44 günlük Vətən müharibəsi zamanı da baş gizir Şərəfəddin Xankişiyev özünü əsl peşəkar və cəsur döyüşçü kimi göstərmişdir.O, döyüşlərin ən ağır və məsuliyyətli məqamlarında şəxsi heyətlə birlikdə Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində ön sıralarda döyüşmüş, torpaqlarımızın işğaldan azad edilməsinə öz layiqli töhfəsini vermişdir.
Vətən müharibəsindən sonra, 2021-ci ildə dövlət sərhədlərimizin bərpası istiqamətində həyata keçirilən əməliyyatlarda təxminən 60 gün iştirak etmiş, qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirmişdir.
“SARSIDICI ZƏRBƏ” ƏMƏLİYYATI.
2022-ci ildə keçirilən “Sarsıdıcı Zərbə” döyüş əməliyyatı zamanı isə Şərəfəddin Xankişiyevin göstərdiyi cəsarət və peşəkarlıq xüsusilə diqqətəlayiq olmuşdur.Həmin əməliyyat zamanı düşmənin bir ədəd radio-elektron mübarizə vasitəsinin, üç ədəd “Ural” avtomobilinin silah-sursatla birlikdə və çoxsaylı canlı qüvvəsinin sıradan çıxarılması ilə nəticələnən əməliyyatın uğurla həyata keçirilməsində mühüm rol oynamışdır.
Bu əməliyyatda göstərdiyi yüksək peşəkarlıq, şəxsi cəsarət və döyüş tapşırığının uğurla yerinə yetirilməsindəki xidmətlərinə görə onun bölmə komandiri tərəfindən daha yüksək dövlət təltifinə, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına təqdim olunması barədə yuxarı komandanlığa məruzə edildiyinin şahidi olmuşam.
2023-CÜ İL ANTİTERROR TƏDBİRLƏRİ.
Şərəfəddin Xankişiyevin döyüş yolu bununla bitmir.2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı da o, özünün yüksək kəşfiyyat və döyüş hazırlığını bir daha nümayiş etdirmişdir.Şərəfəddin Xankişiyev polkovnik-leytenant İdris İsayevlə birlikdə antiterror tədbirlərindən əvvəl Xankəndi istiqamətində xüsusi kəşfiyyat tapşırığına cəlb edilmişdir.Tapşırıq müddətində düşmənin 10 gizli mövqeyinin aşkarlanması, onların koordinatlarının dəqiqləşdirilməsi və əldə olunmuş məlumatların aidiyyəti bölmələrə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.Əldə olunan kəşfiyyat məlumatlarının sonrakı əməliyyatların planlaşdırılmasında və düşmənin mövqelərinin zərərsizləşdirilməsində əhəmiyyətli rol oynadığına şahidəm.
Antiterror tədbirləri zamanı Şərəfəddin Xankişiyev şəxsən döyüş tapşırığının icrasında iştirak etmiş və düşmənin mövqelərindən birinin TƏİR vasitəsilə məhv edilməsinə nail olmuşdur.
Xüsusilə qeyd etmək istəyirəm ki, baş gizir Şərəfəddin Xankişiyev və polkovnik-leytenant İdris İsayev 32 il ərzində düşmən tapdağı altında qalan Xankəndiyə antiterror tədbirlərindən 7 gün əvvəl ilk ayaq basan iki xüsusi kəşfiyyatçımız olmuşdur.
Onların bu tapşırığı yerinə yetirməsi böyük cəsarət, yüksək peşəkarlıq, səbir və xüsusi kəşfiyyat hazırlığı tələb edirdi. Bu baxımdan onların Xankəndi istiqamətində həyata keçirdikləri kəşfiyyat fəaliyyətini Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şərəfli döyüş tarixinin mühüm səhifələrindən biri hesab edirəm.
“XANIŞ” LƏQƏBLİ KƏŞFİYYATÇI.
Şərəfəddin Xankişiyev 2012-ci ildən 2023-cü ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin əməliyyat qruplarının tərkibində dəfələrlə xüsusi və döyüş tapşırıqlarında iştirak etmişdir.Ən ağır şəraitlərdə belə özünü itirməyən, qarşısına qoyulan tapşırığı sonadək yerinə yetirən bu peşəkar döyüşçü, şəxsi heyət arasında “Xanış” ləqəbi ilə tanılmışdır.O, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun yaxın silahdaşlarından biri olmuşdur. Birlikdə çiyin-çiyinə xidmət edən bu igidlərin Vətən uğrunda keçdiyi döyüş yolu Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şərəfli tarixinin ayrılmaz hissəsidir.
ƏSL DÖYÜŞÇÜNÜN PORTRETİ.
Baş gizir Şərəfəddin Xankişiyevin Vətən qarşısında göstərdiyi xidmətləri və döyüşlərdə nümayiş etdirdiyi şücaəti bir yazıya sığdırmaq mümkün deyil.Onun haqqında danışarkən mən sadəcə bir hərbçidən deyil, Vətənə sədaqəti, döyüş əzmi, peşəkarlığı və şəxsi cəsarəti ilə seçilən əsl Azərbaycan oğlundan danışıram.
Mən yüksək rütbəli zabit kimi onunla uzun illər çiyin-çiyinə xidmət etmişəm və onun döyüş yoluna həmişə böyük hörmətlə yanaşmışam.
Mənim üçün Şərəfəddin Xankişiyev sadəcə keçmiş hərbçi deyil. O, Vətən uğrunda həyatını dəfələrlə təhlükəyə atmış, ən çətin döyüş tapşırıqlarında özünü cəsur və peşəkar döyüşçü kimi təsdiq etmiş əsl Vətən oğludur.
İnanıram ki, dövlətimiz onun Vətən qarşısındakı xidmətlərini layiqincə qiymətləndirəcək və gələcəkdə ona haqq etdiyi ən yüksək fəxri adlardan birinin “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi məsələsinə layiqincə baxılacaqdır.Xalq öz həqiqi qəhrəmanlarını tanımalıdır.
Şərəfli döyüş yolu keçmiş, Vətən uğrunda illərini sərf etmiş və Azərbaycan bayrağının daha uca dalğalanması üçün həyatını dəfələrlə təhlükəyə atmış belə oğulların xidmətləri unudulmamalıdır.Baş gizir Şərəfəddin Xankişiyev — Vətənə sədaqətin, döyüşçü əzminin, cəsarətin və Azərbaycan əsgərinin mərdliyinin simvollarından biridir.Mən onunla fəxr edirəm.
Polkovnik Əkbərov Nicat Zakir oğlu
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq