"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub

"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün burada əməliyyat olunan Ceyhunə Fərəcova Hepatit C virusuna yoluxub.
Bu sözləri həmin mərkəzlə bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəmə prosesində zərərçəkən Ceyhunə Fərəcova söyləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ceyhunə Fərəcova bildirib ki, "Uğur 777" adı ilə faəliyyət göstərən estetik mərkəz barədə sosial şəbəkədən məlumat alıb:
"2023-cü ildə gözümün üstünə gel vurdurmaq üçün həmin estetik mərkəzə müraciət etdim. İlk dəfə gedəndə məni özünü həkim kimi təqdim edən Murad Bağırov qarşıladı və Xəyalə İsmayılovanın otağına apardı. 400 manat ödəniş etdikdən sonra əməliyyatı icra etdilər. Axşam saat 11-dən gecə 1-dək Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva məni əməliyyat etdilər. Onlar mənə əvvəlcə gel olmadığını bildirdilər. Sonra Murd Bağırov haradansa gel gətirdi. Əməliyyat otağından pis qoxu gəlirdi. Nəyisə qaynadıb gətirdilər. Xəyalə ilə Rəsmiyyə əməliyyata başladı, geli vura bilmədikləri üçün köməyə Muradı çağırdılar".
Zərərçəkən Ceyhunə Fərəcovanın sözlərinə görə, həmin mərkəzdə ikinci dəfə əməliyyat olunmaq üçün 750 manat ödəyib, vəsaitin qalanı üçün zinət əşyasını girov qoyub.
Zərərçəkən bildirib ki, əməliyyatdan sonra onda qızdırma müşahidə olunub. O bunu Xəyalə İsmayılovaya bildirib. Sonuncu da onun temperaturunun qalxmasının normal olduğunu, zamanla düzələcəyini söyləyib.
"Əməliyyat olunduğum gündən bu günə qədər həkimlərdəyəm. Bədənimə çirk yığılıb, hələ də sağalmamışam. Həkimlərə müarciət edirəm, sağaltmaq üçün 30-40 min manat pul istəyirlər. Əməliyyatdan 6 ay sonra digər klinikaların birində analiz verərkən məndə Hepatit C virusunun olduğu aşkarlandı. Həkimlər bu virusa yeni yoluxduğumu bildirdilər. Əməliyyat olunduğum estetik mərkəzdə bir şprisi bir neçə xəstədə istifadə edirdilər. Düşünürəm ki, bu virusa həmin vaxt yoluxmuşam. Əməliyyatdan əvvəl analiz vermişdim. O zaman qanımda Hepatit C virusu aşkarlanmamışdı", - Ceyhunə Fərəcova söyləyib.
O qeyd edib ki, səhhətindəki problemlər aşkarlanandan sonra bunu onu əməliyyat edən şəxslərdən biri Xəyalə İsmayılovaya bildirib. Xəyalə İsmayılova isə ona "hara istəyirsən, şikayət edə bilərsən" deyib.
Qeyd edək ki, 2025-ci ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə məlumat və videogörüntülər yayılıb. Sözügedən məlumatlarla bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan "UĞUR 777" estetik mərkəzi qanunsuz fəaliyyət göstərib. Həmçinin orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində müxtəlif yoluxucu xəstəliklərin yayıldığı məlum olub.
İttihamda qeyd olunub ki, zərərçəkən Ceyhunə Fərəcova bu mərkəzdə əməliyyat zamanı Hepatit C virusuna yoluxub.
Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirməkdə ittiham olunurlar.
Araşdırmalar zamanı onların müvafiq ali və ya orta ixtisas tibbi təhsili, "Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri"nin olmadığı da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib."Report"
Сегодня, 11:54
Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
Сегодня, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Сегодня, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Сегодня, 11:10
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Сегодня, 10:38
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Сегодня, 10:06
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
Сегодня, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Сегодня, 09:48
Bilik gününə belə başladılar - FOTOLAR
Сегодня, 09:38
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Сегодня, 09:33
"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
Сегодня, 09:27
Emin Əmrullayev şagirdləri təbrik etdi
Сегодня, 09:21
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Сегодня, 09:13
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
Сегодня, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Сегодня, 09:00
Azərbaycanda Bilik Günüdür
Вчера, 18:42
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Вчера, 18:37
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
Вчера, 16:00
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
Вчера, 15:30
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
Вчера, 13:42
Əli Nağıyev Çinə getdi - Foto
Вчера, 13:37
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
Вчера, 12:39
Bulvarda suyun səthi təmizlənir
Вчера, 12:35
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Вчера, 12:30
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
Вчера, 12:00
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
Вчера, 11:43
Veteranlıq Komissiyasında müəmmalı dönüş: İllərlə “müsbət” deyilən sənədlərə 2026-cı ildə niyə imtina verildi?
Вчера, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ