Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
hadise
Oxunub: 0
17 сен 2026 | 14:22
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...


Son 10 gün ərzində təxminən 100 min özbək Rusiyanı tərk edib. Bu barədə Özbəkistan Miqrasiya Agentliyi məlumat yayıb.

“2026-cı il avqustun 25-dən sentyabrın 5-dək Özbəkistanın 96 415 vətəndaşı Rusiyadan vətənə qayıdıb. Onlardan 54 885 nəfəri birbaşa Rusiyadan, digər 41 530 vətəndaş isə Qazaxıstan vasitəsilə geri dönüb”, - məlumatda qeyd olunur.

İqtisadçılar bu axını eyni vaxtda bir neçə amillə – Rusiyada aşağı əmək haqları, ölkədəki qeyri-sabit vəziyyət və təhlükəsizlik təhdidləri ilə əlaqələndirirlər.

Bəs hazırda azərbaycanlı miqrantların durumu necədir, onların da geri köçü başlaya bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb: "Özbəkistanın əhalisi 37 milyondursa, 100 min nəfərin ölkəni tərk etməsi ümumi əhali ilə müqayisədə faiz nisbətində o qədər də böyük rəqəm deyil. İkincisi, Özbəkistandan gedən miqrantlardan fərqli olaraq, azərbaycanlıların bir çoxu artıq Rusiya vətəndaşıdır. Onlar artıq miqrant deyil, vətəndaşdırlar və Rusiyada yaşamaq, oranın qanunlarına tabe olmağı özləri seçiblər.

Bizim üçün daha çox maraqlı olan bir neçə yüz min nəfərlik qrupdur. Dəqiq rəqəmlərlə bağlı müxtəlif məlumatlar var – 200 min, 300 min, hətta yarım milyon deyənlər də var. Söhbət Rusiya ərazisində yaşayan və işləyən Azərbaycan vətəndaşlarından gedir. Onların bir qismi Rusiyada rəsmi icazə ilə, bir qismi isə icazəsiz çalışır. Məhz həmin insanlarla bağlı müəyyən problemlər yaşana və onların Azərbaycana geri dönüşü məsələsi gündəmə gələ bilər”.

İqtisadçıya görə, Rusiyada miqrantlara qarşı münasibətin daha da sərtləşməsi ilə həmin insanların Azərbaycana geri qayıtması məsələsinin gündəmə gəlməsi istisna edilmir: “Müharibə qızışdıqca Rusiyada miqrantlara qarşı çox sərt, hətta həddindən artıq qeyri-etik və qeyri-insani mövqe nümayiş etdirilir. Özbəklərin Rusiyadan köçməsi səbəblərindən birinin məhz bu cür münasibət olduğu bildirilir.

Amma bu proses zamanı da biz bir məqamı nəzərə almalıyıq. Zaman-zaman Rusiyada miqrantlarla bağlı problemlər yaşananda görürük ki, oradakı azərbaycanlılar Rusiyanı tərk etdikdə Azərbaycanı sonuncu seçim kimi nəzərdən keçirirlər. Onlar Qazaxıstana, Özbəkistana, Qırğızıstana, hətta Belarusa köçərək orada iş və yaşayış imkanları axtarırlar. Yəni, Rusiyada miqrantlara qarşı qeyri-etik və sərt davranışlar artanda biz bu tendensiyanı zaman-zaman müşahidə etmişik.

Amma məsələnin daha dərin tərəfinə baxsaq, düşünürəm ki, bu, Azərbaycan üçün problem olmamalıdır. Əksinə, biz bunu nə qədər problem kimi qəbul etsək, Rusiya bundan bir o qədər təzyiq vasitəsi kimi istifadə edə bilər. Azərbaycanın onsuz da əhalisinin artım tempi zəifləyir, doğum səviyyəsi azalır, demoqrafik artımda da azalma müşahidə olunur. Bizə əhali lazım olacaq. Əgər Rusiyada yaşayan soydaşlarımız geri qayıdırsa və qayıtmaq istəyirlərsə, bu, bizim üçün müsbət haldır”.

Natiq Cəfərli hesab edir ki, Rusiyadan geri qayıdan azərbaycanlıların Qarabağ və Şərqi Zəngəzurda məskunlaşdırılması, onların biznes, iş və fermer təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərə bilər: “Məsələn, 100 min azərbaycanlı geri qayıdacaqsa, bundan istifadə etmək lazımdır. Onların Qarabağda və Şərqi Zəngəzurda yerləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmasına şərait yaradılması, biznes, iş və fermer təsərrüfatı ilə məşğul olmalarına imkan verilməsi Azərbaycan üçün ciddi iqtisadi nəticələr yarada bilər. Bu prosesdən qorxmaq yox, onu fürsətə çevirmək lazımdır”.

"Bəs ümumiyyətlə, Azərbaycan indidən Rusiyadan gələcək miqrantların geri dönüşünə hazır olmalıdırmı, bu istiqamətdə hazırlıq görülməlidirmi" suallarına isə iqtisadçı bu cür cavab verib:

“Əlbəttə. Biz bunu həmişə fikrimizin bir küncündə saxlamalıyıq. Çünki Rusiyanın "sağı-solu" bəlli olmaz. Rusiyada müharibə dayansa belə, daxildə düşmən axtarışı prosesi davam edə, ölkə daxilində yaranan problemlərin miqrantların üzərinə atılması cəhdləri ola bilər. Rusiyada Duma seçkiləri keçiriləcək. Seçkilər zamanı parlamentə düşmək istəyən müxtəlif partiyaların çıxışlarında antimigrant mövqelər də müşahidə olunur. Populist çıxışlarda miqrantlara qarşı sərt ifadələrdən istifadə edilir. Bu da onu göstərir ki, Rusiyada miqrasiya məsələsi gələcəkdə daha da aktuallaşa bilər. Əgər belə olacaqsa, deməli, Azərbaycan indidən buna hazır olmalıdır”.
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Вчера, 09:43
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Вчера, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Вчера, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Вчера, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
Вчера, 09:00
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
17-09-2026, 18:39
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
17-09-2026, 16:00
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
17-09-2026, 15:30
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
17-09-2026, 15:24
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
17-09-2026, 14:47
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında