İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
siyaset
Oxunub: 0
24 сен 2026 | 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...


“Müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur”.

Bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub.

"Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinətəkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”, - deyə dövlət başçısı qeyd edib.

Sahə mütəxəssisi ilə mövzuya davam. Hazırda belə təhlükələrə qarşı Azərbaycan dövlətinin “immuniteti” nə dərəcədə etibarlıdır, bundan sonra nələrə və hansı sahələrə xüsusi diqqət edilməlidir və s. Ayrıca bir qurumun yaradılmasına gərək varmı?

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, süni intellekt, rəqəmsallaşma bəşəriyyət üçün ən böyük töhfələrdən biridir, lakin təəssüf ki, informasiya mühitində mənfi tendensiyalar da müşahidə olunur:

“Sosial şəbəkələrdə terrorçuluğun və insanlığa zidd ideyaların təbliği, cəlbedici reklamlarla aldatma geniş yayılıb. Bu məsələdə hər bir ölkə öz mübarizə mexanizmini ortaya qoyur. Cənab Prezidentin müraciətində bu problemin ağırlığı bütün açıqlığı ilə şərh edildi. Bu məsələdə milli sərhədlər daxilində rəqəmsallığın fəsadlarından qorunmaq mümkün olmayacaq. Birgə mübarizə, əməkdaşlıq olduqca zəruridir. Həm təhlükəsizlik orqanları, həm də informasiya texnologiyaları ilə məşğul olan strukturların əməkdaşlığı, təcrübə mübadiləsi aparması olduqca vacibdir. Azərbaycan bu sahədə müəyyən təcrübəyə malikdir. Kibertəhlükəsizlik istiqamətində xüsusi agentlik fəaliyyət göstərir. Eyni zamanda hüquq-mühafizə orqanlarının tərkibində bu istiqamətdə işləyən strukturlar mövcuddur. Bu məsələdə insanların hüquqları tam qorunur. Cinayətkarlar püxtələşsə də, dövlət də mübarizə üsullarını daim təkmilləşdirir. Vətəndaşların sayıqlıq göstərməsi də önəmlidir”.
Сегодня, 11:53
22 motosikletçi saxlanıldı
Сегодня, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Сегодня, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Сегодня, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Сегодня, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Сегодня, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Сегодня, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Сегодня, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Сегодня, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Сегодня, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Сегодня, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Сегодня, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Сегодня, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?