Müdafiə Nazirliyinin Veteranlıq Komissiyasında dövlət sənədləri ilə oyun: 2 il öncə "Müsbət" dedikləri veterana indi imtina yazırlar!
gundem / sosial / video
Oxunub: 6
30 сен 2026 | 12:01
Müdafiə Nazirliyinin Veteranlıq Komissiyasında dövlət sənədləri ilə oyun: 2 il öncə "Müsbət" dedikləri veterana indi imtina yazırlar!


Vətən uğrunda döyüşmüş, lakin hazırda Müdafiə Nazirliyinin Veteran Komissiyasının qanunsuz fəaliyyətsizliyi və daxili nizamsızlığı ucbatından hüquqları tapdalanan müharibə veteranının ailəsi adından Sizə müraciət edirik. Əlimizdə dövlət qurumlarının daxili ziddiyyətlərini tam ifşa edən rəsmi və möhürlü sənədlər mövcuddur.

Məsələnin mahiyyəti:

Kürəkənim Məmmədov Ülfət Müzəffər oğlu döyüş əməliyyatlarında rabitə təminatı üzrə tapşırıqları icra etmişdir (213 saylı hərbi hissə komandirinin rəsmi və möhürlü Arayış-Məlumatı mövcuddur). Müdafiə Nazirliyinin Veteranlıq Komissiyası 2024-cü ilin iyul ayında onun bütün arxiv və döyüş sənədlərinə baxaraq MÜSBƏT RƏY VERMİŞ və təsdiq edilməsi üçün sənədlərin Nazirlər Kabinetinə göndərilməsini məqsədəuyğun saymışdır.
Bu rəsmi müsbət qərar 2024 və 2025-ci illər ərzində Komissiyanın Sədri Teymur Niftaliyev, o dövrdəki rəsmi katib Elbrus Mehdixanov (2 dəfə) və AR Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tərəfindən bizə, Milli Məclisə və Prezident Administrasiyasına yazılan 4 ədəd rəsmi cavab məktubu ilə rəsmən təsdiq olunub. (Bütün məktubların surətlərini əlavə edirik).

Dövlət sənədləri ilə qanunsuz oyun və fəaliyyətsizlik:

Komissiya bu müsbət rəydən sonra sənədləri 2 il ərzində Nazirlər Kabinetinə göndərməyərək vətəndaşı süründürməçiliyə məruz qoyub. Bu qanunsuz fəaliyyətsizliklə bağlı AR Baş Prokuroruna etdiyimiz 04.07.2026-cı il tarixli müraciətdən dərhal sonra, Komissiya katibliyi prokurorluq yoxlamasından qaçmaq üçün tələsik qaydada 22.07.2026-cı il tarixdə bizə qanunsuz bir "İmtina məktubu" yollayıb. Komissiyanın yeni katibi Səbuhi Məmmədov tərəfindən imzalanan bu imtinada iddia olunur ki, sənədlər NK-nin 216 nömrəli qərarının meyarlarına "uyğun deyil".

Sual olunur:

1995-ci ilin qərarı dəyişmədiyi halda, necə olur ki, Komissiya Sədri Teymur Niftaliyevin və keçmiş katib Elbrus Mehdixanovun 2 il ərzində dövlətin ali qurumlarına "Müsbətdir" dediyi sənədlər 2026-cı ildə yeni katib Səbuhi Məmmədovun şəxsi mülahizəsi ilə "mənfi" olur? Bir komissiya katibi öz Sədrinin imzaladığı rəsmi dövlət sənədini təkbaşına necə yox saya bilər?
Sözügedən inzibati özbaşınalıq və vətəndaşı dövlətdən narazı salma cəhdi ilə bağlı artıq Cənab Ali Baş Komandana, Birinci Xanım Mehriban Əliyevaya, Ombudsmana, Cənab Baş Prokurora və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi xidməti araşdırma tələbi ilə şikayət məktubu ünvanlanmışdır. Vətən üçün canını ortaya qoyan veteranımızın səsini ictimaiyyətə və dövlət rəhbərliyinə çatdırmaq, rəsmi qurumların daxili anarxiyasını işıqlandırmaq üçün bu sənədləri dərc etməyinizi xahiş edirik.

Hörmətlə: Hacıyev Mehman Mahmud oğlu
Əlaqə telefonu: +994 70 285 49 41






Сегодня, 13:12
Bəzi işçilər gəlir vergisindən azad edilir
Сегодня, 12:21
Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
Сегодня, 12:11
Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN
Сегодня, 12:01
Müdafiə Nazirliyinin Veteranlıq Komissiyasında dövlət sənədləri ilə oyun: 2 il öncə "Müsbət" dedikləri veterana indi imtina yazırlar!
Сегодня, 11:42
Zakir Həsənov onlara müraciət etdi
Сегодня, 11:38
Azərbaycan İranla mühüm görüşlər keçirdi
Сегодня, 11:34
Pilotlar dalaşdı, təyyarə təcili eniş etdi - YENİLƏNİB
Сегодня, 10:58
Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi
Сегодня, 10:14
Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı
Сегодня, 10:11
Prezident: Bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Сегодня, 10:08
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
Сегодня, 09:50
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Сегодня, 09:28
Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır - VİDEO
Сегодня, 09:23
Deputatlar üçün MÜHÜM GÜN
Сегодня, 09:20
Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ
Сегодня, 09:00
Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA
Вчера, 16:00
AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
Вчера, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
Вчера, 14:47
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Вчера, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
Вчера, 14:00
İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
Вчера, 13:36
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
Вчера, 13:01
FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
Вчера, 12:40
İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır
Вчера, 12:36
İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
Вчера, 12:32
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
Вчера, 12:28
Formula 1-də Prezident və xanımı ilə şəkil çəkdirən ailə kimdir?