Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
dunya
Oxunub: 0
12 окт 2026 | 10:17
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI


Dünya bazarlarında qızılın qiyməti yeni həftəyə yüksəlişlə başlayıb. ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsi, neft qiymətlərinin geriləməsi və dolların zəifləməsi qiymətli metallara tələbi artırıb. İnvestorlar isə ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərini və Federal Ehtiyat Sisteminin (Fed) növbəti faiz qərarına dair siqnalları gözləyirlər.

Oktyabrın 12-də səhər saatlarında qızılın bir troya unsiyasının qiyməti 4 197 dollara yüksəlib. Bakı vaxtı ilə saat 08:00-a olan göstəriciyə əsasən, qiymət əvvəlki səviyyə ilə müqayisədə 0,10 faiz artıb.

Daxili bazarda isə qızılın qramı 0,18 faiz bahalaşaraq 6 657 lirəyə çatıb. Bir unsiya qızılın qiyməti oktyabrın 2-dən bəri ən yüksək səviyyəyə yüksəlib.

ABŞ Prezidenti Donald Tramp bazar günü tərəflər arasında dərhal qüvvəyə minəcək enerji atəşkəsinin elan olunduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə prosesin təfərrüatlarını araşdırdıqlarını qeyd edib.

Açıqlamalardan sonra Rusiyadan dünya bazarlarına daha çox neft tədarük ediləcəyi gözləntisi xam neftin qiymətinə təzyiq göstərib. Eyni zamanda ABŞ dollarının zəifləməsi dollarla qiymətləndirilən qızıl və digər qiymətli metalları başqa valyutalardan istifadə edən investorlar üçün daha cəlbedici edib.

Bazar iştirakçılarının diqqəti bu həftə açıqlanacaq ABŞ inflyasiya məlumatlarına yönəlib. Çərşənbə günü istehlak qiymətləri indeksi (CPI), cümə axşamı isə istehsalçı qiymətləri indeksi (PPI) və pərakəndə satış göstəricilərinin açıqlanması gözlənilir.

Bu məlumatlar Fed-in gələcək faiz siyasəti ilə bağlı gözləntilərə təsir edə bilər. Faizlərin yüksək olması gəlir gətirməyən qızılın cəlbediciliyini azalda, faizlərin aşağı salınması ehtimalı isə qiymətli metalı dəstəkləyə bilər.

Həftənin ilk ticarət saatlarında digər qiymətli metallarda da yüksəliş qeydə alınıb.

Gümüşün bir unsiyasının qiyməti 0,33 faiz artaraq 61 dollara, platinin qiyməti 0,64 faiz yüksələrək 1 698 dollara çatıb. Palladium isə 0,22 faiz bahalaşaraq 1 156 dollar səviyyəsində alınıb.

Bununla yanaşı, Yaxın Şərqdə davam edən gərginlik və yaşayış xərclərinin artması ABŞ-da istehlakçı inamına mənfi təsir göstərən amillər arasında qeyd olunur.
Сегодня, 16:00
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
Сегодня, 15:30
Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Сегодня, 14:22
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
Сегодня, 13:35
Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
Сегодня, 13:31
Maaşların ödənilməsi qaydası dəyişir
Сегодня, 13:27
Ev satışı ilə bağlı YENİLİK
Сегодня, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
Сегодня, 13:11
Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
Сегодня, 13:07
Ərdoğan Azərbaycana gəlir
Сегодня, 12:11
Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
Сегодня, 11:18
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
Сегодня, 11:15
Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq
Сегодня, 11:10
İstilik mövsümü başlayır: 77 min manat ayrıldı
Сегодня, 11:07
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
Сегодня, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Сегодня, 10:49
Dövlət başçısı: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Сегодня, 10:45
Bakıda dünya çempionatının açılış mərasimi olub - FOTO/VİDEO
Сегодня, 10:41
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanladı
Сегодня, 10:01
Şad xəbər: Pensiyalar, müavinətlər, təqaüdlər artırılır
Сегодня, 09:55
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Сегодня, 09:52
Şəhid anası faciəvi şəkildə öldü - Foto
Сегодня, 09:40
Neftimizin qiyməti 106 dollara düşdü
Сегодня, 09:00
Paşinyan Zəngəzur dəhlizinə tələsir: İrəvan ABŞ-ni gözləmək istəmir!
Вчера, 16:00
Rusiya Türk Dövlətləri Təşkilatına buraxılmır – Ankaradan önəmli şərt!
Вчера, 15:30
Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
Вчера, 13:42
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Вчера, 13:37
Sabah leysan olacaq, qar yağacaq