Zəngəzura görə İrandan birbaşa həmlə – Ermənistan müxalifətini hərəkətə gətirirlər
dunya
Oxunub: 0
13 окт 2026 | 15:30
Zəngəzura görə İrandan birbaşa həmlə – Ermənistan müxalifətini hərəkətə gətirirlər


İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ölkənin iki əsas müxalifət qüvvəsinin nümayəndələri ilə ayrı-ayrılıqda görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşlərin əsas mövzularından biri Zəngəzur dəhlizi layihəsi və regionda kommunikasiyaların açılması olub.

İran səfiri əvvəlcə müxalifətdə olan “Güclü Ermənistan” fraksiyasının rəhbərliyi ilə danışıqlar aparıb.

Görüşdən sonra jurnalistlərə açıqlama verən fraksiya rəhbəri Narek Karapetyan müzakirələrin təfərrüatlarını açıqlaya bilməyəcəyini bildirib.

O, bununla yanaşı, Zəngəzur dəhlizi məsələsində İranın mövqeyinin Ermənistan üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

Karapetyan İranı Ermənistanın dost ölkəsi adlandıraraq, Tehran rəhbərliyinin bu layihəyə münasibətinin xüsusi önəm daşıdığını qeyd edib.

Lakin müxalifət lideri Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın bu ay Ermənistan parlamentində müzakirəyə çıxarılması zamanı “Güclü Ermənistan” fraksiyasının necə səs verəcəyi barədə suala cavab verməkdən yayınıb.

Ermənistan parlamentinin yaydığı rəsmi məlumatda bildirilir ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq layihələri, regional kommunikasiyaların açılması və digər məsələlər də müzakirə olunub.

Diqqətçəkən digər məqam isə İran səfirinin eyni gündə Ermənistanın başqa bir müxalifət qüvvəsi ilə də görüş keçirməsidir.

Belə ki, Xəlil Şirqulami keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi siyasi düşərgəni təmsil edən “Ermənistan” fraksiyasının nümayəndələri ilə də danışıqlar aparıb.

Bu görüşdə Azərbaycanda həbsdə saxlanılan separatçı cinayətkar rejimin ünsürlərinin geri qaytarılması, erməni mədəni-tarixi irsi ilə bağlı məsələlər və Zəngəzur dəhlizi layihəsi diqqət mərkəzində olub.

Tərəflər regiondakı mövcud vəziyyət və digər siyasi məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

İranın rəsmi nümayəndəsinin Azərbaycanda həbsdə saxlanılan separatçı rejimin keçmiş rəhbərlərinin geri qaytarılması məsələsinin müzakirəsində iştirak etməsi özü belə ciddi suallar doğurur və siyasi-mənəvi baxımdan qəbuledilməzdir.

Söhbət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlərdə təqsirli bilinmiş şəxslərdən gedir. Artıq tarixin arxivinə göndərilmiş qondarma separatçı rejimin dırnaqarası üç “prezidenti” də daxil olmaqla, onun keçmiş rəhbərləri Azərbaycan torpaqlarının işğalı dövründə fəaliyyət göstəriblər. Onların bir qismi Azərbaycan məhkəmələri tərəfindən ağır cinayətlərdə təqsirli bilinərək müvafiq cəzalara məhkum edilib.

Unutmaq olmaz ki, bütün bunlar İranın gözü qarşısında baş verib. Azərbaycan torpaqları işğal olunub, Xocalı soyqırımı törədilib, şəhər və kəndlərimiz dağıdılıb, təbii sərvətlərimiz talan edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Bu cinayətlərin törədildiyi dövrdə separatçı rejimə rəhbərlik etmiş, işğal siyasətində iştirak etmiş şəxslərin bir qismi bu gün Azərbaycanda həbsdədir. Onların əməllərinə Azərbaycan məhkəmələri tərəfindən hüquqi qiymət verilib və barələrində hökmlər çıxarılıb.

Belə bir şəraitdə İranın rəsmi nümayəndəsinin həmin şəxslərin Ermənistana qaytarılması məsələsini müzakirə etməsi, xüsusilə də Azərbaycanın qonşusu olan bir dövlətin diplomatik təmsilçisi kimi bu mövzuda danışıqlara qatılması nə mehriban qonşuluq münasibətlərinə, nə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə uyğun gəlir.

Azərbaycanın ərazi bütövlüyünə qarşı cinayətlərdə məhkum edilmiş şəxslərin azadlığa buraxılması məsələsinin bu formada gündəmə gətirilməsi ölkəmizin suveren məhkəmə qərarlarına münasibət baxımından da qəbuledilməz addımdır.
Сегодня, 16:00
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!
Сегодня, 15:30
Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Сегодня, 14:22
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
Сегодня, 13:35
Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
Сегодня, 13:31
Maaşların ödənilməsi qaydası dəyişir
Сегодня, 13:27
Ev satışı ilə bağlı YENİLİK
Сегодня, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
Сегодня, 13:11
Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
Сегодня, 13:07
Ərdoğan Azərbaycana gəlir
Сегодня, 12:11
Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
Сегодня, 11:18
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
Сегодня, 11:15
Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq
Сегодня, 11:10
İstilik mövsümü başlayır: 77 min manat ayrıldı
Сегодня, 11:07
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
Сегодня, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Сегодня, 10:49
Dövlət başçısı: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Сегодня, 10:45
Bakıda dünya çempionatının açılış mərasimi olub - FOTO/VİDEO
Сегодня, 10:41
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanladı
Сегодня, 10:01
Şad xəbər: Pensiyalar, müavinətlər, təqaüdlər artırılır
Сегодня, 09:55
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Сегодня, 09:52
Şəhid anası faciəvi şəkildə öldü - Foto
Сегодня, 09:40
Neftimizin qiyməti 106 dollara düşdü
Сегодня, 09:00
Paşinyan Zəngəzur dəhlizinə tələsir: İrəvan ABŞ-ni gözləmək istəmir!
Вчера, 16:00
Rusiya Türk Dövlətləri Təşkilatına buraxılmır – Ankaradan önəmli şərt!
Вчера, 15:30
Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
Вчера, 13:42
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Вчера, 13:37
Sabah leysan olacaq, qar yağacaq