"Binance"dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı
dunya
Oxunub: 0
4 ноя 2026 | 09:27
"Binance"dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı


"Binance" kriptovalyuta birjasına hücum etmək istəyən kibercinayətkarlar şirkətin əməkdaşlarından birini saxta iş müsahibəsinə dəvət edərək onun noutbukuna giriş əldə ediblər. Bundan sonra platformaya hücum edərək təxminən 6.3 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar.
Bu barədə "Binance" şirkətinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Şirkətin açıqlamasına görə, hakerlərin istifadə etdiyi sxem bir neçə mərhələdən və platformaya qarşı çoxsaylı hücumlardan ibarət olub. Kibercinayətkarlar "Binance" sistemlərinə müdaxilə etmək üçün bir neçə ay hazırlaşıb və tədricən şirkətin daxili alətlərinə çıxış əldə ediblər. Bu planın mərhələlərindən biri də əməkdaşın saxta iş müsahibəsinə dəvət edilməsi olub.

"Binance"in məlumatına görə, sentyabr ayında "B" adlı proqram təminatı mühəndisi iş axtarışı platforması vasitəsilə özünü hansısa layihənin direktoru kimi təqdim edən şəxsdən mesaj alıb. Mühəndisin profilində onun "Binance" şirkətində işlədiyi barədə məlumat yer alıb.

Haker əvvəlcə insan resursları şöbəsinin nümayəndəsi ilə, daha sonra isə özünü saxta şirkətin baş direktoru kimi təqdim edən şəxslə müsahibə təşkil edib. Birinci mərhələdə etibar qazanmaq üçün mühəndisə sosial şəbəkə hesablarının keçidlərini göndərib. İkinci müsahibə isə məşhur mesajlaşma tətbiqi vasitəsilə keçirilib.

Görüntülü danışığın sonuna yaxın mühəndisə iş kompüterinə xüsusi tapşırıq faylını yükləmək təklif olunub. Həmin faylda zərərli kod yerləşdirilib.

"Binance"ə hücum oktyabrın 29-da axşam saatlarında baş verib. Nəticədə investorların kriptovalyuta aktivlərinin saxlandığı pul kisələrindən təxminən 6.3 milyard dollar dəyərində vəsait çıxarılıb.
Сегодня, 15:30
Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
Сегодня, 13:42
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Сегодня, 13:37
Sabah leysan olacaq, qar yağacaq
Сегодня, 13:04
Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış oldular
Сегодня, 12:16
Ehtiyatlarımız ölkəni 40 ay saxlayacaq səviyyəyə çatdı - SON RƏQƏMLƏR
Сегодня, 12:11
“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - Anbaan video
Сегодня, 12:05
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Сегодня, 12:02
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
Сегодня, 11:58
Gələn ilin sosial xərcləri üçün vəsait artırılır
Сегодня, 11:53
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Сегодня, 11:45
Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Сегодня, 11:39
Dəfn pulu da artırılır
Сегодня, 11:36
2027-ci ildə ərzaq təhlükəsizliyinə ayrılacaq vəsait artırılır
Сегодня, 10:08
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
Сегодня, 10:05
“Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Сегодня, 09:43
UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
Сегодня, 09:27
"Binance"dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı
Сегодня, 09:24
Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
Сегодня, 09:20
Trampdan seçki nəticələrinə dair - İlk açıqlama
Сегодня, 09:12
SON DƏQİQƏ! Rusiyanın böyük ticarət şirkətinə PUA zərbəsi – Logistika mərkəzi yanır!
Сегодня, 09:04
Tramp məğlubiyyəti etiraf etdi: Ağ Evdə qarşılıqlı ittihamlar başlandı
Сегодня, 09:00
İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmir
Вчера, 17:16
Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
Вчера, 16:00
Rusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!
Вчера, 15:30
İrana nüvə zərbəsi, dünyaya fəlakət – Tramp bu riskə gedəcəkmi?
Вчера, 14:22
Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?
Вчера, 14:22
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi