Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
dunya
Oxunub: 0
12 ноя 2026 | 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari


Amerikanın nüfuzlu RAND analitik mərkəzi Rusiyanın gələcəkdə NATO ilə genişmiqyaslı müharibəyə başlaya biləcəyi barədə diqqətçəkən ssenari hazırlayıb. Ssenarinin ən sensasiyalı məqamı isə Vladimir Putinin 2027-ci ilin yanvarında ölməsi, onun yerinə keçmiş FSB generalının hakimiyyətə gəlməsi və üç il sonra Avropada böyük müharibənin başlanmasıdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, RAND ekspertlərinin hazırladığı hipotetik ssenariyə əsasən, Putinin ölümü Rusiya ilə Qərb arasında qarşıdurmanı dayandırmır, əksinə, hadisələr 2030-cu ildə NATO ilə birbaşa hərbi toqquşmaya gətirib çıxarır.

Putindən sonra hakimiyyətə FTX generalı gəlir

Ssenariyə görə, Putin 2027-ci ilin yanvarında təbii səbəblərdən vəfat edir. Kremldə hakimiyyət uğrunda mübarizə başlayır və nəticədə keçmiş FTX generalı mart ayında prezident postunu tutur.

Yeni rəhbər hakimiyyətini möhkəmləndirmək üçün həmin ilin aprelində Ukraynada atəşkəsə razılaşır. ABŞ, Böyük Britaniya və digər Avropa dövlətlərinin vasitəçiliyi ilə əldə olunan razılaşma müqabilində Rusiyaya qarşı sanksiyaların bir hissəsi yumşaldılır.

Lakin Moskva Ukrayna ilə bağlı əsas məqsədlərindən imtina etmir. Sülh danışıqları dalana dirənir, müharibə dondurulmuş münaqişəyə çevrilir. Kreml isə ordunun döyüş qabiliyyətinin bərpasına başlayır.

2028-ci ildə yeni prezident Putinin yaxın çevrəsini hakimiyyətdən uzaqlaşdıraraq özünə sadiq şəxslərlə əvəz edir. Bununla belə, iqtisadi böhran və Ukrayna müharibəsindəki ağır itkilər Rusiyada narazılığı gücləndirir.

2030-cu ildə Rusiya Estoniyaya hücum edir

RAND-ın ssenarisində dönüş nöqtəsi 2029-cu ildə baş verir. Cənubi Amerikada yaranan böhran ABŞ administrasiyasının diqqətini yayındırır və Vaşinqton Avropadakı hərbi mövcudluğunu azaldır.

Bundan istifadə edən Moskva NATO-nun birliyini sınağa çəkmək qərarına gəlir.

2030-cu ilin mayında Rusiya Estoniyanın çoxsaylı rusdilli əhalisinin yaşadığı Narva şəhərində etirazları qızışdırır. İğtişaşlardan sonra Kreml rus əhalisinin təhlükəsizliyini qorumaq bəhanəsi ilə Estoniyaya qoşun yeridir.

Rusiya rəhbərliyi NATO-nun hərbi cavab verməyəcəyini düşünür. Lakin hesablamalar özünü doğrultmur.

NATO kollektiv müdafiə haqqında 5-ci maddəni işə salır və Rusiya ilə birbaşa müharibəyə başlayır.

Britaniya Rusiyanın əsas hədəfinə çevrilir

Ssenariyə əsasən, 2030-cu ilin iyununda döyüşlər genişmiqyaslı müharibəyə çevrilir.

Rusiya Şpitsbergen arxipelaqını və Norveçin şimalını təhdid edir, sualtı qayıqları Şimali Atlantikaya çıxmağa çalışır.

Moskvanın əsas hədəflərindən biri isə Böyük Britaniya olur.

Rusiya Britaniyaya qarşı kiberhücumlar, diversiyalar və hava zərbələri həyata keçirir. İlk hədəflər sırasında hərbi aerodromlar, limanlar, radar stansiyaları və komanda-idarəetmə mərkəzləri yer alır.

Moskva qələbə elan edib atəşkəs istəyir

2030-cu ilin noyabrına doğru Rusiya prezidenti sürətli qələbə qazana bilmədiyi üçün ölkə daxilində ciddi təzyiqlərlə üzləşir.

Bundan sonra Kreml Narva şəhərinin və Estoniyanın İda-Viru bölgəsinin böyük hissəsinin işğalını qələbə kimi təqdim edərək NATO-ya atəşkəs təklif edir.

Tərəflər atəşkəsə razılaşsalar da, sülh danışıqları aylarla uzanır.

RAND: Bu, proqnoz deyil, mümkün ssenarilərdən biridir

Amerikalı analitiklər xüsusi vurğulayırlar ki, təsvir edilən hadisələr gələcəklə bağlı qəti proqnoz deyil, mümkün inkişaf variantlarından yalnız biridir.

Ssenarinin əsas məqsədi Böyük Britaniyanın belə bir müharibəyə hazırlığını qiymətləndirməkdir.

Ekspertlər London hökumətinə kritik infrastrukturun qorunması, kiberhücumlara qarşı müdafiə, səfərbərlik, hava hücumları, kosmosda mümkün hərbi qarşıdurma və nüvə çəkindirməsi ilə bağlı tövsiyələr təqdim ediblər.

Beləliklə, RAND-ın araşdırmasında diqqətçəkən əsas fikir budur: Putinin hakimiyyətdən getməsi Rusiyanın NATO ilə qarşıdurmasının avtomatik olaraq başa çatacağı anlamına gəlmir. Əksinə, yeni hakimiyyətin daxili zəifliyini xarici hərbi avantüra ilə kompensasiya etməyə çalışması daha böyük müharibə təhlükəsi yarada bilər.
Сегодня, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Сегодня, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Сегодня, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Сегодня, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Сегодня, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Сегодня, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Сегодня, 10:44
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Сегодня, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Сегодня, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Сегодня, 10:28
Pensiyalar ödənildi
Сегодня, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Сегодня, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Сегодня, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Сегодня, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Сегодня, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Сегодня, 09:41
Bu gün millimizin oyunu var
Сегодня, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Сегодня, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Вчера, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Вчера, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Вчера, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Вчера, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Вчера, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Вчера, 14:17
Qazinin də mənzili başqasına satılıb - “Naməlum şəxslər təmir edirdi”
Вчера, 14:15
Sabiq deputat 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini...- mətbuatı isə susdurmağa çalışır
Вчера, 13:30
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Вчера, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ