Erməni generaldan etiraflar: “PUA görəndə məni atıb qaçdılar”

Ermənistan Polisinin sabiq rəis müavini və Daxili Qoşunların keçmiş komandanı general-leytenant Levon Yeranosyan İkinci Qarabağ müharibəsi barədə ilginc etiraflar edib.
Erməni general vaxtilə 1-ci, sonra 3-cü Ordu Korpusunun komandiri olub:
“Levon özünün də dediyi kimi “Artsax”dakı (Qarabağ-red.) hər bir ağac və kolu tanıyır. Ona görə 27 sentyabrda başlayan müharibədə öz köməyini təklif etmək üçün Qarabağa gedib. Lakin "Qarabağın hərbi-siyasi rəhbərliyi", general Yuri Xaçaturov və digərləri kimi onu komandanlıq bunkerlərinə yaxınlaşmağa imkan vermədi. Beləcə, generalın xidmət təklifi rədd edildi. Oktyabrın 9-da isə xüsusi polis dəstələri Yeranosyanın maşınını Qarabağa gedən yolda saxlayıb və onu naməlum istiqamətə apararaq sözün həqiqi mənasında qaçırıblar... Bu müəmmalı hadisələrdən bir aydan çox vaxt keçib və Levon Yeranosyan bizimlə söhbətində hadisənin bəzi detallarına aydınlıq gətirib” - deyə erməni KİV-ləri yazıb.
Generalın sözlərinə görə, oktyabrın 4-də Qarabağda olub və burada vəziyyətin gərgin, idarəolunmaz hala çatdığını görüb:
“Orada təklif irəli sürdüm ki, heç olmasa döyüşə gedib komandir köməkçisi kimi xidmət edək. Mənə yox cavabı gəldi. 3 gün qaldıqdan sonra Ermənistana qayıtdım, yenidən baş qərargaha müraciət etdim. Amma yenə də mənə müsbət cavab verilmədi. Bugünkü baş qərargahın 80 faizi mənimlə birlikdə xidmət edib, onlar tabeliyimdə olublar. Həmin kollektivin yanında olmaq istəyirdim. Evdə qala bilmədim, buna görə də yenidən Qarabağa getmək qərarı verdim. İrəvanı tərk edərkən maskalı və silahlı olan xüsusi polis dəstəsi maşınıma hücum edərək məni naməlum istiqamətə apardı. Şoka düşdüm və nələrin baş verdiyini soruşdum. Düşündüm ki, bəlkə məni Gorusa aparırlar. Amma Gorusun yanından keçəndə hiss etdim ki, Qarabağ istiqamətinə gedirik. Yolda gülməli bir epizod da yaşandı. Laçında polislər havadan üstümüzə bir dronun gəldiyini söyləyərək avtomobilləri tərk edib qaçdılar. Mən isə maşında qaldım. Qışqıraraq dedim ki, uşaqlar, geri qayıdın, o dron deyil, adi ulduzdur… Bir sözlə, Qarabağa çatdıq və məni Şuşa qalasına apardılar”.
General daha sonra bildirib ki, üç gün müəyyən sənədləşmə işləri aparılıb və onu xüsusi kameraya salıblar: “Bir müddət sonra gəlib dedilər ki, Ermənistanda qalmaqal yaşanır və məni də buraxırlar. Amma müharibə bitənə kimi Şuşada saxlanmağım barədə və indiyəcən haralarda olmağım haqqında danışmamağımı tapşırdılar”.
General müsahibəsində qeyd edib ki, niyə məhz Şuşa qalasının arxasında yerləşən bir məkanda təcrid edilməsini soruşub. Ona tənqidi çıxışlar etməsini səbəb kimi göstəriblər:
“Cavab olaraq dedim ki, həqiqətən də arzuolunmaz çıxışlar edirəm. Deyirəm ki, Nikol xarici siyasəti bacarmadı. Mənə dedilər ki, xahiş edirik mətbuata heç nə danışmayın. Mən də öz növbəmdə hələlik bir şey deməyəcəyimi bildirdim, amma sonra danışacağımı qeyd etdim. Saytlar generalın da xain olduğunu deyəndə necə danışmayım axı? Mən necə xain ola bilərəm ki, bir zamanlar o torpaqların alınmasında iştirak etmişəm? Xainlər indi bu torpaqları verənlərdir”.
General Şuşa və ümumilikdə Qarabağın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması ilə bağlı maraqlı məqamlara toxunub:
“Bu gün kimlərsə müharibə zamanı insan resurslarının az olması barədə danışmasın. İnsan resursları yetərli idi. Qarşı tərəf müharibədə üç istiqamətdə irəliləyirdi: Şimal, cənub və mərkəz. Mərkəzdən cəhd etdilər, alınmadı. Sonra Tonaşenə gəldilər. Daha sonra Kəlbəcər əməliyyatına başladılar. Keçmiş döyüşçülər orada idilər və gənc komandirlərə təlimatlar verərək döyüşə rəhbərlik etdilər. Digər istiqamətdə isə, yəni Cəbrayıl və Hadrutda xaotik vəziyyət yaşandı. Bəzi məqamlardan hələlik danışmaq istəməzdim…”
Levon əlavə edib ki, baş nazir Nikol Paşinyanın ağlı olsaydı, noyabrın 10-da istefa verməli idi: “Bütün bunların başında Nikol Paşinyan dayanır. Öz-özünə deyirdi ki, mən ali baş komandanam. Baş komandan müharibədə məğlub oldu. Millətə nə deyək? Əvvəllər qalib ordu deyirdik. Qalib ordunun sağlığına ayaq üstə içirdik. İndi kimin şərəfinə “tost” deyib içməliyik Nikol?”(Azvision.az)
Сегодня, 16:00
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma
Сегодня, 15:30
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
Сегодня, 14:22
İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
Сегодня, 13:44
Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
Сегодня, 13:13
Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
Сегодня, 12:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Сегодня, 12:00
İlham Əliyevdən Trampa SENSASİON mesaj
Сегодня, 11:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Сегодня, 11:19
Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
Сегодня, 11:07
Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
Сегодня, 10:43
“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
Сегодня, 10:39
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
Сегодня, 10:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Сегодня, 10:22
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Сегодня, 10:17
Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
Сегодня, 09:57
Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
Сегодня, 09:52
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
Сегодня, 09:47
Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
Сегодня, 09:43
TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
Сегодня, 09:34
Neftimiz bahalaşdı
Сегодня, 09:30
Bakıda narkoşəbəkə ifşa edildi - Video
Сегодня, 09:12
DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
Сегодня, 09:00
Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
Вчера, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
Вчера, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
Вчера, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Вчера, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar