Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır

Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına verdiyi son müsahibədə səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. Dövlət başçısının açıqlamalarından aydın olur ki, qarşıdakı illərdə Zəngəzur dəhlizi və TRIPP layihəsi ətrafında formalaşan proseslər Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təmin edilməsi ilə məhdudlaşmayacaq, regionun nəqliyyat, enerji, logistika və kommunikasiya sistemində ciddi dəyişikliklərə səbəb ola bilər.
Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, söhbət artıq yalnız avtomobil və dəmir yolunun açılmasından getmir. TRIPP çərçivəsində elektrik xətləri, optik fiber kabellər, neft və qaz kəmərlərinin də çəkilməsi imkanının nəzərdən keçirilməsi layihəyə tamamilə yeni məzmun qazandırır. Beləliklə, Naxçıvanın Azərbaycan, Türkiyə və daha geniş mənada Avropa ilə nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi üçün mühüm platformaya çevrilməsi perspektivi yaranır. Eyni zamanda Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji qovşaq kimi mövqeyinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur.
Prezidentin açıqladığı konkret rəqəmlər də planların miqyasını göstərir. Ermənistan ərazisində 42 kilometrlik dəmir yolu hissəsinin tikintisinə 2026-cı ildə başlanılması, Azərbaycanın dəmir yolu xəttinin Ermənistan sərhədinə 2027-ci ildə çatdırılması planlaşdırılır. Digər tərəfdən, Horadiz–Ağbənd avtomobil yolunda işlərin yekunlaşmaq üzrə olması, Naxçıvanda 194 kilometrlik dəmir yolunun yenidən qurulması və onun illik yükdaşıma qabiliyyətinin 1,5 milyon tondan ən azı 15 milyon tona çatdırılmasının nəzərdə tutulması bölgənin gələcək logistika potensialının nə qədər böyük olduğunu ortaya qoyur.
Bu mənzərədə Naxçıvanın enerji potensialı da ayrıca əhəmiyyət daşıyır. Regionda 300 meqavat gücündə yeni elektrik stansiyasının inşası, günəş enerjisi potensialının 500–1000 meqavat həcmində qiymətləndirilməsi, gələcək enerji xətlərinin TRIPP marşrutu ilə əlaqələndirilməsi Naxçıvanı təkcə yük və sərnişin daşımalarının deyil, həm də enerji tranzitinin mühüm halqasına çevirə bilər. Sənaye parkının yaradılması, avtomobil və dəmir yolu şəbəkəsinin, ictimai nəqliyyatın modernləşdirilməsi isə bu prosesin iqtisadi tərəfini tamamlayır.
Bütün bunlarla yanaşı, məsələnin siyasi və geosiyasi tərəfi də az əhəmiyyət daşımır. Son beş ildə əldə olunmuş razılaşmaların icrasında yaranan problemlərdən sonra ABŞ-ın prosesə qoşulması və TRIPP layihəsinə yeni impuls verilməsi Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xəritəsinin yenidən formalaşdığını göstərir. Azərbaycanın layihəyə xarici investorların cəlb edilməsinə açıq olması, lakin nəzarət paketinin ölkənin əlində qalmasını əsas şərt kimi müəyyənləşdirməsi də Bakının bu layihəyə yalnız nəqliyyat infrastrukturu deyil, strateji iqtisadi aktiv kimi yanaşdığını göstərir.
Əslində, qarşıdakı proses reallaşarsa, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin bərpasından daha böyük nəticələr ortaya çıxa bilər. Azərbaycan–Naxçıvan–Türkiyə xəttinin formalaşması, bunun enerji və rəqəmsal kommunikasiya xətləri ilə tamamlanması, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə inteqrasiya olunması Cənubi Qafqazın tranzit imkanlarını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu isə Ermənistan üçün də yeni iqtisadi və enerji imkanları yarada, region ölkələrinin bir-birinə bağlılığını artıra və uzun illər davam edən kommunikasiya blokadasının aradan qalxmasına şərait yarada bilər.
Mövzu ilə bağlı millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Musavat.com-a danışıb:
"Naxçıvan səfəri zamanı Azərbaycan Prezidenti bir sıra mühüm və strateji mesajlar təqdim etdi. Təbii ki, bu strateji istiqamətlərdən biri də yeni düzən kontekstində Naxçıvanın mövqeyinin daha da güclənməsi ilə bağlıdır. Uzun müddət blokada şəraitində yaşayan Naxçıvan artıq inkişaf baxımından yeni mərhələyə qədəm qoyur. Bu isə xüsusilə Zəngəzur dəhlizinin, eləcə də TRIPP layihəsinin istifadəyə verilməsi fonunda Naxçıvan üzərindən daşınacaq yüklərin həcmində özünü göstərəcək. Çünki bir tərəfdən nəzərə alsaq ki, Naxçıvan Muxtar Respublikası vasitəsilə yalnız qonşu ölkələrə deyil, eləcə də Avropa daxil olmaqla daha geniş coğrafiyaya yüklərin daşınacağı gözlənilir. Zəngəzur dəhlizi, eləcə də TRIPP yalnız Orta Dəhlizə deyil, həm də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu da, təbii ki, həm region, həm də Naxçıvan üzərindən daha çox yüklərin daşınması anlamına gəlir".
Vüqar Bayramov qeyd edib ki, qarşıdakı mərhələdə Zəngəzur dəhlizi vasitəsilə yalnız ənənəvi məhsulların deyil, elektrik enerjisi daxil olmaqla innovativ məhsulların da nəql edilməsi gözlənilir:
"Zəngəzur dəhlizi, o cümlədən TRIPP layihəsi həm də elektrik enerjisinin nəqlinin həyata keçirilməsinə imkan yaradacaq. Bu isə, təbii ki, bir tərəfdən Naxçıvanın enerji təhlükəsizliyinin daha yaxından qorunmasına, digər tərəfdən isə Naxçıvan vasitəsilə elektrik enerjisinin ixrac olunmasına imkan yaradacaq. Bu o deməkdir ki, artıq yeni mərhələdə Naxçıvan yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın əsas mərkəzlərindən birinə çevriləcək. Naxçıvan üzərindən daşınan yüklərin həcminin artması bütövlükdə region üzərindən daha çox yüklərin daşınmasına və Naxçıvan Muxtar Respublikası daxil olmaqla, Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaradacaq. Ona görə də cənab Prezidentin Naxçıvan səfəri zamanı qeyd etdiyi kimi, Muxtar Respublika inkişafın yeni mərhələsinə qədəm qoyur. Yeni mərhələdə biz Naxçıvanın xüsusilə həm istehsal, həm də ixrac imkanlarının artmasını və bütövlükdə Naxçıvanda iqtisadiyyatın daha da inkişaf etməsini müşahidə edəcəyik".
Deputat diqqətə çatdırıb ki, Naxçıvanın iqtisadi potensialının artırılması baxımından tətbiq edilən güzəştlər də mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, bu ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə genişmiqyaslı güzəştlər tətbiq olunur:
"Bunlar vergi güzəştləri, sosial haqların kompensasiyası və digər dəstək mexanizmləridir. Bütün bunlar isə, təbii ki, Naxçıvanda sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə, investisiya imkanlarının genişlənməsinə və iqtisadiyyatın inkişafına zəmin yaradacaq".
Сегодня, 13:44
Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
Сегодня, 13:13
Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
Сегодня, 12:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Сегодня, 12:00
İlham Əliyevdən Trampa SENSASİON mesaj
Сегодня, 11:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Сегодня, 11:19
Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
Сегодня, 11:07
Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
Сегодня, 10:43
“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
Сегодня, 10:39
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
Сегодня, 10:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Сегодня, 10:22
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Сегодня, 10:17
Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
Сегодня, 09:57
Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
Сегодня, 09:52
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
Сегодня, 09:47
Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
Сегодня, 09:43
TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
Сегодня, 09:34
Neftimiz bahalaşdı
Сегодня, 09:30
Bakıda narkoşəbəkə ifşa edildi - Video
Сегодня, 09:12
DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
Сегодня, 09:00
Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
Вчера, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
Вчера, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
Вчера, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Вчера, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
Вчера, 20:45
İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
Вчера, 20:42
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - Fotolar+Video
Вчера, 19:55
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar