Şəhidlərimiz əfsanəvi Xarı bülbülü Zəfər rəmzinə çevirdilər, qanları ilə ona can verdilər! -VIDEO
medeniyyet / video
Oxunub: 524 007
7 янв 2021 | 12:01
Şəhidlərimiz əfsanəvi Xarı bülbülü Zəfər rəmzinə çevirdilər, qanları ilə ona can verdilər! -VIDEO


İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi, Azərbaycan ordusunun zəfər simvolu olan möhtəşəm Xarı bülbül Şuşa şəhərinin girişində torpağa sancıldı.

BİA.AZ xəbər verir ki, Şuşada Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etdiyi zaman qəhramanlıqla həlak olan əziz soydaşlarımızın müqəddəs ruhunu anmaq, onların qəhrəmanlıq hekayələrini gələcək nəsillərə ötürmək üçün anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan mədəniyyətinin tanınmış simaları xalq artistləri Alim Qasımov, Nürəddin Mehdixanlı, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Natiq Şirinov, Nəzakət Teymurova, əməkdar artistlər Sevda Ələkbərzadə, Rəşad Haşımov, Lamiyə Kərimova, Fərqanə Qasımova, Mehriban Zəki, gənc ifaçılar Mirələm Mirələmov, Murad Arif, Çingiz Mustafayev içtirak ediblər. Tədbir iştirakçıları Gövhər Ağa Məsçidini ziyarət edərək torpağlarımızı həyatı bahasına işğaldan azad edən şəhidlərimizin ruhuna dualar oxuyub əziz xatirələrini yad ediblər.

Şəhidlərə həsr olunmuş bir neçə şeir səsləndirən Nurəddin Mehdixanlının gecəyə qatdığı ovqat Şuşada xidmət edən əskərlərimizin də ürəyincə olub. Qarabağ həsrətinin bitməsini tərənnüm edən Xarı Bülbülün emblemi tarixi ərazilərinə sahib çıxan Azərbaycanın rəmzi kimi Şuşanın girişində torpağa sancılıb.

Azərbaycan Dövlət Televiziyası (AzTV) və “Fire Land” Prodakşnın birgə layihəsi olan bu ədəbi-bədii gecə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbəmizə və Şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə layihələrdən biridir.

Bu layihə Fire Land Productionla, Aztv nin ilk layihəsi deyil. Yazıçılar birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanovun müəllif olaraq imza atdığı və Fire Land Productionun həyata keçirdiyi layihələr Azərbaycanı və azərbaycançıllğı tərənnüm edir, həmrəyliyimizi və düşmən qarşısında səfərbər ola bilən millətimizi vəsf edir. Ard-arda həyata keçitdiyi layihələrə dövlət qurumları da dəstək verir. Bu layihələr hər bir azərbaycanlının dilində olan Vətən duasını səsləndirir. Bunlardan 2013-cü ildə ASAN xidmətlə birlikdə Heydər Əliyev adına sarayda həyata keçirilən “Sən Azərbaycanlısan” (https://youtu.be/P5qpBZ4Md9s) və 2015 ci ildə “İlk Avropa Oyunları Qədim Bakı Torpağında”(https://youtu.be/ArIE3weRp24) layihələri, 2018-ci ildə baş tutan “Zəfərə Doğru” (https://youtu.be/5zSFEWIrkyc) möhtəşəm yürüş, 2018 ci ildə DTX mədəniyyət mərkəzində keçirilən və Azərbaycanın ümümdünya “Xocalıya Ədalət” (https://youtu.be/nlbwPuU8Lr8 ) kampaniyasına öz töhfəsini verən əbədi-bədii məclis, İctimai Televiziya və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yaşa, yaşa, Azərbaycan”(https://youtu.be/XFCa1VirMmY) layihəsi, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə “Qarabağın səsi” layihəsi (https://youtu.be/jtTiEJj4GIs) adını çəkmək olar.

Fire Land Productionın vətənpərvərliyə köklənən hər bir layihəsi dünya azərbaycanlılarının vətən sevgisindən xəbər verir və davamlı olaraq milli mənəvi dəyərlırimizi təbliğ edir

Сегодня, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Сегодня, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Сегодня, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Сегодня, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Сегодня, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Сегодня, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Сегодня, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Сегодня, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Сегодня, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Сегодня, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Сегодня, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Сегодня, 12:23
DYP velosipedçilərə müraciət etdi
Сегодня, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Сегодня, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Сегодня, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Сегодня, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Сегодня, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Сегодня, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Сегодня, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...