Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
gundem / bolge
Oxunub: 3
10 авг 2026 | 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR


Azərbaycanın ən dilbər guşələrindən biri olan, füsunkar təbiətə malik Oğuzun rayon mərkəzinin girəcəyindəki böyük park - Oğuz şəhər mədəniyyət və istirahət parkı uzun illərdir baxımsızlıqdan bərbad vəziyyətə düşüb.

“AzPolitika” bildirir ki, bu parkın acınacaqlı vəziyyətilə bağlı daha əvvəllər də məlumat və görüntülər paylaşıb. Lakin ötən illər ərzində burada dəyişən heç nə yoxdur...

Nə yerli əhali, nə də Oğuza gələn turistlər və digər qonaqlar rayon mərkəzində baş çəkəcək müasir, abad bir park, yaxud başqa bir normal istirahət və əyləncə məkanı tapa bilmir. Əslində, heç rayondakı Heydər Əliyev parkının da vəziyyəti digər rayonlardakı analoji parklarla müqayisədə ürəkaçan deyil.

Lakin rayonun girəcəyindəki Oğuz şəhər mədəniyyət və istirahət parkının durumu lap acınacaqlıdır. Burada həmin parkın adındakı nə “mədəniyyət”dən, nə də “istirahət”dən əsər-əlamət tapa bilməzsiniz. Parkın yerindəki sınıq-salxaq “mərmərlər”dən, qurumuş, zibilliyə çevrilmiş hovuza, divarlardakı qopub tökülən suvağa qədər hər şey buranın sahibsiz, yiyəsiz, baxımsız olduğunu göstərir.

Məlumat üçün bildirək ki, bu parkın açılışı 2011-ci il noyabrın 16-da şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə həyata keçirilib. Parkın həmin vaxtkı fotoları ilə indiki durumunu müqayisə etdikdə, acı təəssüf və təəccüb doğuran bir mənzərə yaranır...

(bax:https://azertag.az/xeber/oguz_seher_medeniyyet_ve_istirahet_parki_achilmisdir-278201)

Qeyd edək ki, 2024-cü ildən etibarən Oğuzun icra başçısı Cavid Əbdul-Qədirovdur. Ondan əvvəl 13 il rayona, hazırda Mili Məclisdə Oğuzu təmsil edən Eyvaz Qurbanov başçılıq edib.

Сегодня, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Сегодня, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Сегодня, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Сегодня, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Сегодня, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Сегодня, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Сегодня, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Сегодня, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Сегодня, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Сегодня, 12:23
DYP velosipedçilərə müraciət etdi
Сегодня, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Сегодня, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Сегодня, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Сегодня, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Сегодня, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Сегодня, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Сегодня, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!