Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO

30 illik utancımıza, eyni zamanda 30 illik torpaq, yurd həsrətimizə son qoymaq üçün 2020-ci ilin sentyabr ayında xalqımızın qeyrətli, vətənpərvər, igid oğulları Ali Baş Komandanın ətrafında sıx birləşərək bir yola çıxdılar. Çıxdıqları bu şərəfli yolda həyatını, sağlamlığını, əmək qabiliyyətini, əlini, ayağını, gözünü itirənlər də çox oldu. Amma, bütün bu olanlar onları sarsıtmadı, yolundan geri çəkilmələrinə yetmədi.
Şükürlər olsun ki, Vətən oğulları çıxdıqları döyüş yolundan qələbə sevinci ilə qayıtdılar. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da dediyi kimi, sözün əsl mənasında türkün gücünü dünyaya göstərdilər.
Amma, çox təəssüflər olsun 44 günlük vətən müharibəsinin başa çatdığı vaxtdan bu günə qədər redaksiyamıza gələn müraciətlərin əksəriyyəti şəhid ailələri, qazilərimiz və könüllü döyüşçülərimizdən hüquqlarının tapdanması, məmurların onlara qarşı laqeydliyi ilə bağlıdır.
Əsas gileylər də rayon İcra Hakimiyyətlərindəndir. Bu da bizə düşünməyə əsas verir ki, xarici düşmən üzərində qələbə qazandıq çox şükür, amma daxili düşmənlərimiz (bu ölkənin vətəndaşlarını bu ölkədən, ölkə başçısından narazı salan hər bir məmur, bu ölkənin düşmənidir) ilə mübarizəmiz hələ bundan sonra daha da şiddətlənəcək.
Regionlarımızdakı işsizlik, şəraitsizlik region əhalisini Bakıya axın etməyə məcbur edir ki, bu da rayon İcra Hakimiyyətlərinin birbaşa məsuliyyətsizliyindən qaynaqlanır.
Bu yazını axıra qədər oxuyub özünüz də nə qədər haqlı olduğumuzun şahidi olacaqsınız.
Göyçay rayon "Məlikkənd" kənd sakini, eyni zamanda yeganə balasını könüllü döyüşə göndərmiş ana, Həsənova Həqiqət Fəzi qızının redaksiyamıza göz yaşları ilə, son ümidi bilib pənah gətirməsi Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin vətəndaşa laqeydliyidir.
Həqiqət xanım bildirir ki, Göyçay rayonunun Məlikkənd kəndində bir otaqlı kərpic evi var, onu da yağış yuyub yaşamağa yararsız vəziyyətə salıb. -"Rayonda maddi sıxıntılarımız, işsizlik olduğu üçün yeganə övladım Həsənov Əmrah Azər oğlu, həyat yoldaşım Həsənov Azər, bir gəlinim və iki azyaşlı nəvəmlə iş tapmaq məqsədilə Bakıya gəlmişik. Yeganə qazanc gətirənimiz oğlum Əmrah idi. Əmrah 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə getdi. O getdikdən sonra, ailədə maddi sıxıntılarımız daha da artdı.
Artıq, bu çətinliklərdən çıxış yolu tapa bilmədiyim üçün qonşudan borc yolpulu alaraq, gələcəyin əsgərləri iki azyaşlı nəvəmi də götürüb Göyçay rayon İcra Hakimiyyətinə üz tutdum. Orada mənimlə çox laqeyd rəftar olundu. Yaşadıqlarımın təsirindən gözümnən axan yaşlara biganə qalan İcra hakimiyyəti işçiləri mənə deyir ki, "özünü reklam edirsən". 5 fərqli gündə, 5 dəfə Göyçay İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbuluna düşmək niyyəti ilə oraya getsəm də başçı məni qəbul etmədi."
Hansı ki, ölkə başçısı İlham Əliyev şəxsən özü bütün döyüşçülərimizə, onların ailələrinə qarşı çox diqqət ayırır və bütün məmurlara da onların problemləri ilə gözlətmədən, dərhal məşğul olmaları üçün tapşırıqlar vermişdir.
Kömək istəyən çarəsiz rayon sakininə, bir cəsur döyüşçü anasına "özünü reklam edirsən" demək rayon İcra Hakimiyyəti tərəfindən təhqir sayılan bir kəlimədir.
Dövlət Başçısı tərəfindən təyin olunmuş İcra Hakimiyyətinin başçıları ( təəssüf ki, bu kimi acınacaqlı hallar bir çox rayon İcra Hakimiyyətlərində yaşanır) nəyi, hansı "mühüm vəzifə"ni icra edirlər ki, sakinlərin problemlərinə ayırmağa vaxtları qalmır?
Biz qarşı tərəfi də dinləməyə və məsələ ilə bağlı hər hansı bir açıqlamasını dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Сегодня, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Сегодня, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Сегодня, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Сегодня, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Сегодня, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Сегодня, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Сегодня, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Сегодня, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Сегодня, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Сегодня, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Сегодня, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Сегодня, 12:23
DYP velosipedçilərə müraciət etdi
Сегодня, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Сегодня, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Сегодня, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Сегодня, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Сегодня, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Сегодня, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Сегодня, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...