“Caliber”dən növbəti təhlil: Paşinyan başını itirib - VİDEO
dunya / video
Oxunub: 451 680
27 май 2021 | 11:33
“Caliber”dən növbəti təhlil: Paşinyan başını itirib - VİDEO


Görünür, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan sadəcə özünə, emosiyalarına və fəaliyyətlərinə nəzarəti itirib. Sərhəddəki məlum hadisələr isə onun hakimiyyətdə qalma siyasətinin əsas rıçaqına çevrilir.
Bu barədə “Caliber” Youtube layihəsinin növbəti təhlilində qeyd olunub.

Videoda qeyd olunur ki, müharibədəki acınacaqlı məğlubiyyətdən sonra özünə gələn Nikol Paşinyan Moskvanı “çoxvektorluluq”la açıq şəkildə təhdid edir.

Nikol Paşinyan bunu əslində Rusiyanın təhlükəsizlik zəmanəti əsasında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onun “Azərbaycanın aqresiyası” ilə bağlı müraciətlərinə kifayət qədər operativ reaksiya verməməsi, təşkilatın digər üzvlərinin Azərbaycanı kəskin tənqid edən açıqlamalarla çıxış etməməsi ilə izah edir.

Lakin bu zaman da Ermənistanın KTMT-ya üzv digər iki ölkə Tacikistan və Qırğızıstan arasındakı toqquşmalara heç bir şəkildə reaksiya vermədiyini xatırlatmaq yerinə düşür. Görünür, Nikol Paşinyan həmin epizodun əhəmiyyət baxımından heç cür Ermənistan üçün yaranmış təhlükə ilə uyğun gəlmədiyini düşünür.

Paşinyan həmçinin KTMT-nin əvvəlki kimi passiv davranacağı, daha doğrusu tərəfləri birbaşa danışıqlar aparmasına təkid edəcəyi halda BMT TŞ-ya müraciət edəcəyini deməklə, Moskvanı küncə sıxışdıracağını düşünür.

“Caliber” qeyd edir ki, İrəvan həmçinin sərhəd münaqişəsini beynəlxalq səviyyəyə çıxarmaqla yenidən regiona sülhməramlı göndərməyə hazır olan Makron kartını oynamağa çalışır. Lakin elə Parisdə də gözəl anlayırlar ki, Cənubi Qafqazda bu və ya digər şəkildə başqa bir NATO ölkəsi Türkiyə ilə üz-üzə gəlməli olacaqlar. Bu isə Emmanuel Makron üçün qətiyyən arzuolunan deyil.
“Caliber” həmçinin vurğulayır ki, Ermənistanı müharibədə total darmadağından xilas edən Rusiya sülhməramlıları İrəvanın Zəngəzurda gərginliyi artırmağa davam edəcəyi halda olduqca çətin vəziyyətdə, sözün əsl mənasında iki tərəfin atəşi altında qala bilər.

Bunu isə Moskvada çox gözəl anlayırlar. Qarşıdan gələn seçkilərdə öz maraqlarını güdən Nikol Paşinyan hətta KTMT ideyasını belə ləkələməyə çalışır.

“Caliber” bildirir ki, Nikol Paşinyanın Moskvaya qarşı yeni təhdidlərinin başqa bir səbəbi də var. Belə ki, Moskvada FTX tərəfindən Ermənistandakı seçki prosesini maliyyələşdirən erməni biznesmenlərlə görüş keçirilib. Erməni biznesmenləri bir araya toplamaq elə də çətin olmayıb. Çünki onların əksəriyyəti eks-prezident Robert Koçaryan tərəfindən hədiyyə olunmuş silahların sahibi kimi Rusiya DİN-in qeydiyyatındadır. Həmin görüşdə Moskva erməni biznesmenlərə siyasi cəhətdən düzgün davranış qaydalarını xatırladılıb.

Sonda isə “Caliber” Paşinyanın əlində daha bir kartın olduğunu göstərir - hərbi vəziyyət elan etmək və seçkiləri təxirə salmaq.

Ətraflı videoda:

Сегодня, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Сегодня, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Сегодня, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Сегодня, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Сегодня, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Сегодня, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Сегодня, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Сегодня, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Сегодня, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Сегодня, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Сегодня, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Сегодня, 12:23
DYP velosipedçilərə müraciət etdi
Сегодня, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Сегодня, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Сегодня, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Сегодня, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Сегодня, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Сегодня, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Сегодня, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...