Azərbaycanın Qələbəsini rəsmiləşdirən Bəyanat
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən müharibə ərzində bir addım belə geri çəkilmədi və mübarizəsini davam etdirdi. Biz bu qələbəyə Azərbaycan şanlı Silahlı Qüvvələrinin, Azərbaycan rəhbərliyinin və xalqımızın birliyi hesabına nail olduq. Çətin relyef şəraitində düşmənə qarşı mübarizə aparan Müzəffər Azərbaycan Ordusu peşəkarlıq, məharət, güc və hərbi elm sahəsində düşməni torpaqlarımızdan qovmağa nail oldu. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Üçtərəfli Bəyanat uzun illər dəyişməz qalan status-kvonu bizim xeyrimizə dəyişdi. Bəyanata əsasən, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Bu gün artıq düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında bütün məqsədlərinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. 10 noyabr Bəyanatının birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Həmçinin qeyd etmək lazımdır ki, Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş ən önəmli siyasi uğurlardan biri də budur ki, Ermənistan növbəti illərdə imzaladığı sənədlərdə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etdi. Beləliklə, Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə atıldı. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.
Bir sözlə, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin bir sıra yeni siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu.
Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?