Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru Gülnaz Dadaşovanın əməlləri – İTTİHAM
gundem / sosial
Oxunub: 305 030
29 сен 2023 | 15:44
Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru Gülnaz Dadaşovanın əməlləri – İTTİHAM


Ölkədə aparılan kadr islahatları, Prezidentin vəzifəyə təyin olunanlar qarşısında qoyduğu sərt tələblər cəmiyyətdə böyük rezonans doğurub. İndi korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizə günün başlıca tələblərindəndir.

İndi artıq demək olar ki, Prezident xalqa müraciət edərək məmurlar üzərində ictimai nəzarətin zəruriliyini vurğulayır, hamını fəal olmağa çağırır. Düşünmək olar ki, vəzifə mənsubları bu müraciətdən nəticə çıxardar, fəaliyyətlərində dönüş yaradacaqlar. Amma, çifayda…

Artıq illərdir ki, C. M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova vəzifədə olduğu müddətdə böyük bir kollektivi, tibb ocağını çətin duruma salıb. Naşı idarəçilik, kollektivə qarşı cəbhə açmaq aylardır ki, burada gərgin atmosferin hökm sürməsinə səbəb olub.

Yalnız keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev ilə olan “qudalıq”dan yararlanan G. Dadaşova “burda mənəm, nazirlikdə Oqtay müəllim” deyərək istədiyini etmiş-işdən çıxarmış, işə qəbul etmiş… Heç nəyi nəzərə almamış, çünki G. Dadaşova ”Sobsan” boya şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır…

Sabiq nazir O. Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə, sabiq nazir təzə qohumluğu daha da möhkəmləndirmək üçün (hər halda başqa nəsə səbəb düşünmək istəmirik) Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyadı.

Rənglərin tündləşməsi isə əsas bundan sonra başladı. Gülnaz xanım instituta gəldi, nə gəldi. İnstituta təmir adı ilə yüngülvari əl gəzdirəndən sonra (bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başladı otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq, gender bərabərliyini tamamilə pozdu.

Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində oldu. Məhz bu “islahatlar” Kardiologiya İnstitutunu altını üstünə çevirdi. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu, xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırdı.

Qanunsuz olaraq işdən çıxarılanlar isə məhkəmələrdə öz haqqlarını qorudu, hətta Gülnaz Dadaşovanın qanunsuz işdən çıxartdığı həkim məhkəmə hökmü ilə işə qayıtdı. İnstitutun keçmiş əməkdaşlarının tələbləri nəinki yerinə yetirilmədi, hətta G. Dadaşova bu məsələyə münasibət bildirməyi belə, özünə sığışdırmadı və sonda müəyyən adlar altında təcrübəli həkimləri institutdan kənarlaşdırmaq imkanı əldə etdi.

G. Dadaşova instituta işə qəbul etdiyi şəxsləri hansı kriteriyaları əsas götürərək, seçdiyini isə ancaq özü bildi. Çünki həmin şəxslərin nazirliyin keçirdiyi imtahanlarda iştirakı və yaxud hansı vakansiyalara qəbul olunması barədə demək olar ki, heç bir məlumat yox idi.

Xüsusilə plaraq qeyd edək ki, G. Dadaşovanın qısa müddət ərzində işə qəbul etdiyi şəxslərin sayı son 15 ildə işə götürülənlərin sayından qat-qat çoxdur.. Bu isə məsələdə şəxsi maraqların və qaranlıq məqamların olmasından xəbər verir.

Ümumiyyətlə, G. Dadaşova bu və ya digər mənada öz yaxınlarını ətrafına toplamaqda davam etdi. Verilən məlumatda bildirilir ki, təxminən bir neçə il əvvəl «yaxın əlaqələri» olan türk iş adamı nəinki institutun təmir olunmasında, hətta idarə olunmasında belə yaxından iştirak edib. G. Dadaşovanın gəlişindən sonra Kardiologiya İnstitutu “dərman mafiyası”nın oylağına çevrilib.

Direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını «imtiyazlı müqavilələr» bağladıqdan sonra almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

G. Dadaşova elm aləmində “inqilab” hesab olunan plagiat əsəri barədə deyilənlərə də reaksiya verməyi özünə sığışdırmadı. Bu barədə mediada gedən müraciətlərə hələ ki, düz-əməlli bir cavab verilməsə də, müvafiq qurumlar-konkret olaraq Ali Attestasiya Komissiyası da susqunluğunu qorudu.

Bir daha bildiririk ki, G. Dadaşovanın “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə – plagiatdır. “Əsər”in ərsəyə gəlməsində Mədinə Əzimovanın “Metabolik sindrom zamanı hemodinamika, qanın lipid spektri, insulinərezistenlik, ürək ritmi variabelliyinin əsas parametrləri və müalicənin optimallaşdırılması” mövzusunda dissertasiyasından, eləcə də Nailə Məmmədovanın “Osobennosti kliniçeskoqo teçeniya izmeneniya qemodinamiki, qemoreoloqii u jenşin postmenopauze, perenesşix infarkt miokarda” mövzusunda dissertasiyasından eninə – uzununa istifadə edillmiş, daha doğrusu köçürülmüşdür.

Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da, sabiq nazir O. Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu “dahiyanə əsər”in də bəxti açıldı. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olundu və G. Dadaşova öz adını alimlər sırasına yazdıra bildi.

Göründüyü kimi fəaliyyəti “dramatik çalarla” zəngin olan G. Dadaşova bu gün ölkədə aparılan islahatları, yenilənmə proseslərini görməzdən gəlir. Sanki bütün bunların onun rəhbərlik etdiyi instituta heç bir aidiyyatı yoxdur. Ən pisi odur ki, G. Dadaşova instituta rəhbərlik etdiyi dövrdə hərbi çağırışçılarla bağlı obyektiv olmayan, maraqlara söykənən rəylər verib. Hətta belə hallar sosial təqaüd alan «ağır» xəstələrə də şamil edilib. Yəqin ki, bu səbəbdən media üzərində gedən məlumatlara heç bir rəsmi cavab verilmir, münasibət açıqlanmır.

Biz dəvəsi ölmüş ərəbik, Gülnaz xanımın bu kaprizinə də dözərik. Amma, yəqin ki, ondan hesab sorulanda G. Dadaşovanın kaprizləri işə keçməyəcək!

AZƏRBAYCAN REALLIGI.COM

Paralel.az
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?