Zəngəzur və İnkişaf Yolu dəhlizi birləşərsə... - AKTUAL
siyaset
Oxunub: 246 362
11 янв 2024 | 16:00
Zəngəzur və İnkişaf Yolu dəhlizi birləşərsə... - AKTUAL


Zəngəzur dəhlizinin açılmasının Azərbaycan üçün milli və beynəlxalq baxımdan əhəmiyyəti var. Milli baxımdan Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşir. Beynəlxalq səviyyədə isə Zəngəzur alternativlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

Bu sözləri Axar.az-a yaxın gələcəkdə Zəngəzur və Türkiyəni Bəsrə körfəzinə bağlayacaq İnkişaf Yolu dəhlizlərinin birləşməsi imkanlarından danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri professor Toğrul İsmayıl deyib.

Professor yaxın gələcəkdə sözügedən dəhlizlərin əlaqələndirilməsini mümkün və real hesab etdiyini bildirib:

“Tarixin bütün dövrlərində dövlətlər ticarət yollarına nəzarət uğrunda mübarizə aparıblar. Hazırda da biz açıq və qapalı şəkildə ticarət yolları üzərində qlobal geosiyasi mübarizənin şahidi oluruq. Zəngəzur dəhlizi də Şimal-Cənub, Şərq-Qərb marşrutunun ən önəmli nöqtələrindən biridir. Əslində Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tiflis-Qars dəmir yolu xətti var. Lakin Rusiya Gürcüstanla olan münaqişə səbəbindən ora ilə yüklərini göndərə və qəbul edə bilmir. Digər tərəfdən İranın təklif etdiyi dəhliz də sanksiyalar və təhlükəsizlik səbəbindən əlverişli deyil. Ancaq Ermənistana embarqo tətbiq edilmir və hansısa iddialarla çıxış edib ətrafındakı ölkələrə təhlükə törədəcək gücü də yoxdur. Yəni Zəngəzur dəhlizi bütün tərəflər üçün əlverişlidir. Üstəlik Ermənistan özü də buradan çox fayda götürəcək. Amma ABŞ başda olmaqla, Qərb ölkələri buna qarşıdır, çünki onlar Rusiya sərhədçilərinin bölgədə müddətsiz qalmasını istəmirlər”.

Professor bildirib ki, ABŞ ötən ilin sentyabrında Hindistanda keçirilən G-20 Zirvə Görüşündə İMEC layihəsini elan edib:

“Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Ona görə də Zəngəzura qarşıdırlar. Əlbəttə, ortada çox güclü rəqabət var”.

T.İsmayıl 2028-ci ilədək Türkiyə və İraq arasında 1200 km-lik İnkişaf Yolu dəhlizinin reallaşdırılması planlarına da diqqət çəkib:

“Bu çərçivədə dəmir yolu və avtomobil xətlərinin çəkilməsi ilə Türkiyə Bəsrə körfəzindəki Böyük Fav limanına çıxış əldə edəcək. Bəsrə körfəzindən başlayacaq və İraqın Divaniyə, Nəcəf, Kərbəla, Bağdad və Mosul kimi şəhərlərindən keçəcək dəhliz Türkiyə vasitəsilə Avropaya qədər uzanacaq. Körfəz ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri də dəhlizin çəkilməsində iştirak edəcək. BƏƏ-nin Azərbaycan və Ermənistanla da geniş iqtisadi əlaqələri var. Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycana rəsmi səfəri zamanı bir milyard dollar maliyyə imkanına sahib olacaq Birgə İnvestisiya Fondu yaradıldı. Fikrimcə, BƏƏ də Zəngəzur dəhlizinin açılmasında iştirak edə bilər. Bu məqamda ötən ilin noyabr ayında İraq Prezidenti Əbdüllətif Rəşidin Azərbaycan və Ermənistana səfərini xatırlatmaq istəyirəm. Zəngəzurdan həm dəmir yolu xətti, həm də avtomobil yolu çəkiləcək. Artıq Azərbaycan və Türkiyə bu istiqamətdə ciddi iş aparır. Hər iki dəhlizdə dəmir yolu xəttinin olacağını nəzərə alsaq, əlbəttə, yaxın gələcəkdə onların Türkiyə ərazisində əlaqələndirilməsi də mümkündür”.
Сегодня, 11:46
Azərbaycanda virus dalğası BAŞLAYIB? - RƏSMİ
Сегодня, 11:40
Sarayda 208 mənzil kirayə yolu ilə satışa çıxarılır
Сегодня, 11:31
Bu il 30,2 min şəxsə əlillik təyin edilib
Сегодня, 11:27
“Həmin ərəfədə metroda hərəkətin təşkili ilə bağlı kifayət qədər çətinliklər ola bilər”
Сегодня, 11:23
Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
Сегодня, 10:32
Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
Сегодня, 10:15
Ermənistan Azərbaycandan QAZ alacaq
Сегодня, 09:44
Qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
Сегодня, 09:39
Bakının mərkəzində obyekt və mənzillər yanıb
Сегодня, 09:35
ABŞ-də bir gündə 3 nəfər edam ediləcək - 16 il sonra ilk
Сегодня, 09:31
Elnur Məmmədovun ailəsində - Ağır itki
Сегодня, 09:00
Tiflisdən Rusiyaya gizli yanacaq xətti – Saakaşvilidən şok açıqlama
Вчера, 16:00
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma
Вчера, 15:30
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
Вчера, 14:22
İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
Вчера, 13:44
Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
Вчера, 13:13
Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
Вчера, 12:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Вчера, 12:00
İlham Əliyevdən Trampa SENSASİON mesaj
Вчера, 11:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Вчера, 11:19
Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
Вчера, 11:07
Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
Вчера, 10:43
“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
Вчера, 10:39
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
Вчера, 10:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Вчера, 10:22
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Вчера, 10:17
Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb