Paşinyan Azərbaycanın və Türkiyənin şərtlərini qəbul edir - Ekspert danışır...
Baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyasını dəyişmək təklifi bu ölkədə ciddi müzakirələrə səbəb olub.
Bildirək ki, Paşinyan bu barədə Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə danışıb:
“Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var, konstitusiya dəyişiklikləri yox, Ermənistanı yeni geosiyasi şəraitdə daha rəqabətli edəcək yeni Konstitusiya”, - Paşinyan belə deyib.
Ermənistan mediasının yazdığına görə, Paşinynın yeni konstitusiya hazırlamaq istəyi Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədi daşıyır.
Paşinyan qapalı iclaslarda Ermənistanın mövcud Konstitusiyasının Azərbaycan və Türkiyə ilə sülhün yaradılmasına mane olduğunu bildirib.
Konstitusiyanın preambulasında Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad edilir. Preambulada Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli birgə qərarına istinad edilir.
Həmin qərar isə Ermənistan SSR və “Dağlıq Qarabağ”ın birləşdirilməsi haqqındadır. Bəyannamədə bildirilir ki, Ermənistan Respublikası Osmanlı Türkiyəsi və “Qərbi Ermənistan”da 1915-ci ildə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.
Baş nazir yeni konstitusiya islahatları ilə bağlı mətbuata heç bir məlumatın sızdırılmaması haqqında partiyadaşlarına əmr verib.
Partiyadakı mənbənin sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi”nin bəzi üzvləri, o cümlədən Vladimir Vardanyan Paşinyanın Bəyannamədə qarşıya qoyulan məqsədləri dəyişmək niyyətinə etiraz etməyə cürət edib.
Qeyd edək ki, Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisinin tərkib hissəsi kimi tanısa da konstitusiyanın preambula hissəsi sülh sazişinin imzalanmasına mane olur. Çünki Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycana qarşı ərazi idiilarının davam etməsi üçün əsas yaradır. Çox güman ki, keçmiş DQMV-in Ermənistana birləşdirilməsinə dair qərar yeni konstitusiyanın mətnindən çıxarılacaq.
Erməni ekspertlərin fikrincə, Paşinyan Ermənintanın ərazisinin 29,8 min kv.km təşkil etməsi haqqında ifadəni yeni konstitusiya mətninə daxil etmək niyyətindədir. Ancaq söhbətin konkret hansı ərazilərdən getdiyi göstərilmədiyi üçün bu göstərici Ermənistan üçün etibarlı deyil. Bundan başqa, Ermənistanın Müstəqillik Bəyannaməsində əksini tapan “Qərbi Ermənistan” ifadəsi Türkiyəyə qarşı ərazi iddiasını nəzərdə tutur.
Bununla da Ermənistan Türkiyənin altı şərq vilayətinə ərazi iddiası irəli sürür. Həmçinin, Ermənistanın dövlət gerbində Ağrı dağının təsviri yer alıb. Rəsmi Ankara hesab edir ki, bu Türkiyəyə qarşı növbəti ərazi iddiasıdır. İki ölkə arasında üçüncü mübahisəli məsələ isə Ermənistan konstitusiyasında yer almış “erməni soyqırım”ı ifadəsi ilə bağlıdır. Ona görə də Türkiyə Ermənistan hakimiyyətindən ərazi iddialarına səbəb olan terminləri, “erməni soyqırımı” ifadəsini konstitusiyadan çıxartmağı, dövlət gerbini isə dəyişməyi tələb edir.
Bu şərtlər yerinə yetirilmədən Türkiyə Ermənistanla sərhədləri açmayacağını bildirib. Yeni konstitusiyanın qəbulu ilə Türkiyənin tələblərinin yerinə yetirləcəyi gözlənilir. Bu həm də qondarma erməni soyqırımı dünyada tanınması haqqında iddiaların aradan qalxmasına və Türkiyəyə qarşı düşmənçilik təbliğatına son qoyulmasına gətirəb çıxara bilər.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistanın hazırkı konstitutiyası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına mane olur:
“Ona görə də Ermənistanın Konstitusiyası yenidən yazılmalıdır. Əgər Ermənistanda Müstəqillik Bəyannaməsini yazmış revanşist qüvvələr yenidən hakimiyyətə gələrsə, mövcud konstitusiyanı rəhbər tutaraq sülh müqaviləsindən imtina edə bilər.
Üstəlik, hazırkı konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Paşinyan bunları bilir və bunun Ermənistanın gələcəyi üçün təhlükə yaratdığını nəzərə alır. Revanşistlərin hazırladığı bu konstitusiya Azərbaycana qarşı düşmənçiliyi özündə ehtiva edir, türkfobiya və islamafobiya yer alır. Hətta Avropa İttifaqı da Ermənistanın Konstitusiyasına etiraz edir.
Hesab edirəm ki, Paşinyan praqmatik mövqe nümayiş etdirir və konstitusiyanı tamamilə dəyişəcək. O, Ermənistana yeni konstitusiyanın lazım olduğunu vurğulayır. Həqiqətən də hazırkı konstitusiyası Azərbaycan xalqına və Türkiyəyə qarşı faşist münasibətin təzahürüdür.
Bu konstitusiya terrorçu Qaregin Njdeinin faşist ideologiyası əsasında formalaşıb. Fikrimcə, Paşinyanın təşəbbüsü ilə Ermənistanın yeni konstitusiyası qəbul ediləcək və sülh sazişinin imzalanmasına olan maneələri naradan qaldıracaq”.
Сегодня, 11:46
Azərbaycanda virus dalğası BAŞLAYIB? - RƏSMİ
Сегодня, 11:40
Sarayda 208 mənzil kirayə yolu ilə satışa çıxarılır
Сегодня, 11:31
Bu il 30,2 min şəxsə əlillik təyin edilib
Сегодня, 11:27
“Həmin ərəfədə metroda hərəkətin təşkili ilə bağlı kifayət qədər çətinliklər ola bilər”
Сегодня, 11:23
Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
Сегодня, 10:32
Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
Сегодня, 10:15
Ermənistan Azərbaycandan QAZ alacaq
Сегодня, 09:44
Qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
Сегодня, 09:39
Bakının mərkəzində obyekt və mənzillər yanıb
Сегодня, 09:35
ABŞ-də bir gündə 3 nəfər edam ediləcək - 16 il sonra ilk
Сегодня, 09:31
Elnur Məmmədovun ailəsində - Ağır itki
Сегодня, 09:00
Tiflisdən Rusiyaya gizli yanacaq xətti – Saakaşvilidən şok açıqlama
Вчера, 16:00
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma
Вчера, 15:30
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
Вчера, 14:22
İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
Вчера, 13:44
Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
Вчера, 13:13
Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
Вчера, 12:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Вчера, 12:00
İlham Əliyevdən Trampa SENSASİON mesaj
Вчера, 11:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Вчера, 11:19
Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
Вчера, 11:07
Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
Вчера, 10:43
“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
Вчера, 10:39
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
Вчера, 10:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Вчера, 10:22
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Вчера, 10:17
Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb