“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”
siyaset
Oxunub: 142 747
10 июн 2024 | 10:40
“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”



Qarabağ torpaqları abadlaşdırılır, yenidən dirçəldilir. Köçkünlərin oraya qayıtmaları da olduqca sevindirici bir xəbərdir. Qarabağın ən qısa müddətdə qeyri-adi dərəcədə böyük bir cazibə mərkəzi olacağını bilirik, görürük. Allah işinizi avand eləsin. Türkiyə Cümhuriyyəti olaraq, türk xalqı olaraq bütün gücümüzlə hər zaman hər yerdə sizin yanınızda olduğumuzu bir daha ifadə etmək istəyirəm.
Təbii ki, Zati-alinizin də ifadə etdiyi kimi, qarşımızda, əslində, dünya tarixi baxımından yeni bir dövrün qapıları açılıb. Sovet İttifaqının dağılması ilə ikiqütblü dünya sistemi geridə qaldı. Amerikanın Əfqanıstandan çıxması ilə də Amerikanın birqütblü dünya sistemi geridə qaldı. İndi qarşımızda çoxqütblü bir dövrün başlanğıcı var. Orta Asiya dediyimiz Özbəkistandan, Qazaxıstandan başlayan, Qafqazdan Anadoluya, oradan da Avropaya – ta Macarıstana qədər uzanan coğrafiyada təxminən 300 milyon türk yaşayır. Bu, böyük bir potensialdır. Həm insan gücü baxımından, həm də yeraltı, yerüstü sərvətlər baxımından qeyri-adi böyük bir potensialdır. İnşallah, türk dövlətləri bunu öz aralarında ən doğru şəkildə istifadə edərək yeni dünyada böyük bir güc mərkəzinə çevriləcək. Türk dünyasının önəmli bir güc balansı olması dünyada sülhə əsla təhdid deyil, tam əksinə, dünyada sülhün təmin edilməsi üçün bir imkan, bir fürsətdir. Qarşıdakı dövr hər halda biz Türk Dövlətləri Təşkilatının üzv ölkələri və digər qardaşlarımızla birlikdə Türk dünyasının böyük bir güc mərkəzi olması üçün bütün imkanlarımızı səfərbər edəcəyik, birliyimizi, bərabərliyimizi, qardaşlığımızı gücləndirəcəyik, ortaq layihələrlə “Qazan-qazan” prinsipi çərçivəsində dünyanın bu bölgəsində haqqın, ədalətin yenidən hakim olacağı bir strukturun formalaşması üçün səy göstərəcəyik. Bu çərçivədə son dərəcə ümidvar olduğumuz bir dövrün tam başlanğıcındayıq. Yetər ki, üzərimizə düşən vəzifələri yerinə yetirək və bundan sonrakı nəsillərə daha güclü bir Türk dünyasını ötürə bilək.
Dediyiniz kimi, bizim ailəmiz Türk dünyasıdır. Bu ailənin çox güclü kökləri olduğunu hər münasibətimizdə daha yaxından görür, müşahidə edirik. Bu əlaqələrimizin xalqlarımız tərəfindən də qəbul edildiyi və gücləndirildiyi fəaliyyəti həyata keçirməyimiz, Qaspıralının dediyi kimi, “dildə, fikirdə və işdə birliyi” təmin etməyimiz şərtdir. Bu istiqamətdə atılacaq addımlarda da Türkiyə olaraq bütün gücümüzlə bu işlərdə birlikdəyik.
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Вчера, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Вчера, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Вчера, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Вчера, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Вчера, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Вчера, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Вчера, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Вчера, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Вчера, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Вчера, 12:23
DYP velosipedçilərə müraciət etdi
Вчера, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Вчера, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Вчера, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Вчера, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Вчера, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Вчера, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Вчера, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Вчера, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Вчера, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Вчера, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Вчера, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Вчера, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Вчера, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...