Ermənistan böyük maliyyə dəstəyinə hazırlaşırdı, AMMA... - NƏ BAŞ VERİR?
Ermənistanın qərbyönlü qüvvələrindən yaradılan “Demokratik Qüvvələrin Platforması” yaxın günlərdə Avropa Birliyinə (AB) üzvlük məsələsinin referenduma çıxarılması tələbi ilə imzatoplama təşəbbüsünə başlayacaq. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. “Respublika”, “Respublika Naminə” və digər avropayönlü partiya, eləcə də QHT nümayəndələrinin iştirakı ilə formalaşan platforma bir neçə həftə əvvəl AB-yə üzvlüklə bağlı referendum üçün ümumxalq imzatoplamasının keçirilməsi təşəbbüsü barədə məlumat vermişdi. Artıq 200 mindən çox izləyicisi olan “Eurovote” Feysbuk qrupu ötən həftə fəaliyyətə başlayıb. Platformaya daxil olan Tiqran Xzmalyan “Hraparak”a bildirib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir, yaxın günlərdə imzatoplamaya start veriləcək. Onun sözlərinə görə, ikinci mərhələdə ideyanı həyata keçirməyə, 300 min imza toplamağa çalışacaqlar ki, məsələ qanunun gücü ilə referenduma çıxarılsın. Referendumla bağlı qanunda 45 gün nəzərdə tutulub, bu müddət ərzində 50 min imza toplanmalı, sonra bu imzaların qanuniliyi Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanılmalıdır. Ardınca sənəd parlamentə göndərilməlidir, parlament də referendum təklifini ya qəbul, ya da rədd edəcək.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Tofiq Abbasov bildirib ki, Avropa Xalq Partiyası, Avropa Solçular Partiyası, Birləşmiş Millətlər Təşkilatı kimi birliklər mövcuddur:
"Amma bunların fəaliyyətindəki pik dövr geridə qalıb. Yəni 1990-cı illərin axırlarında və 2000-ci illərin əvvəllərində həmin partiyaların nüfüzları var idi. Eyni zamanda onların simasını formalaşdıran güclü siyasətçilər mövcud idi. İndi isə bütün dünyada, xüsusilə də Qərbdə güclü lider qıtlığı yaşanır. Özləri də bunu sir kimi saxlamırlar. Çünki demokratiya vaxt ötdükcə tərs mütənasib nəticələr verir. Seçim etmək, əlbəttə, üstünlük gətirən məqamdır. Amma rəqabətdə qalib gələnlər daha sonra çoxluğun nüfüzunu qazanmalıdır. Bax bu baxımdan onların zəifliyi açıq şəkildə özünü büruzə verir. Ermənistanda cidd cəhdlə çalışan Qərbyönümlü partiyalar var. Qərbyönümlü partiyaların əsas məqsədi isə Rusiyanın təsirini Ermənistanda minimuma endirməkdən ibarətdir. Amma sözügedən məsələ alınan deyil. Çünki Ermənistanda rusiyayönümlü partiyalar daha güclüdürlər. Digər tərəfdən Rusiyanın ciddi potensialı sahib "5-ci kolon" adlanan şəbəkəsi mövcuddur. Yəni Rusiya istəsə, Ermənistanda vəziyyəti qəlizləşdirə və hakimiyyət çevrilişi edə bilər. Ermənistanın siyasi sistemi çox kövrəkdir. 20 ildən çox rusiyayönümlü siyasət yürüdən Ermənistanın bəzi qüvvələri, xüsusilə də "Qarabağ klanı" adlanan quldur dəstəsi faktiki olaraq Rusiyanın səhmlərini rəsmi İrəvanın seçici kütləsi arasında müflisləşdirdilər. Ona görə də hazırda Rusiyaya böyük rəğbət yoxdur".
Ekspert qeyd edib ki, sözügedən qurumlara üzvlüklə bağlı Ermənistan tərəfindən müraciət edənlərin amalı Qərbin dəstəyini almaqdır:
"Ermənistan böyük maliyyə dəstəyinə hazırlaşırdı. 5 aprel Brüsseldə görüşə Nikol Paşinyan həvəslə getdi. Nəticədə isə Ermənistanın gözləntiləri özünü doğrultmadı. Belə hadisələr Qərb institutlarının tipik yanaşmasıdır. Hazırda Ermənistanı Qərbə doğru yönəldən qüvvə və imza toplayanlar üzvlük haqqını qazansalar da, erməni xalqının rifahını düzəldə biləcəklərinə inanmıram. Ermənilər intizarında olduqları maddi, mənəvi, investisiya dəstəyini ala bilməyəcəklər. Avropa çox yaxşı bilir ki, bəzi ölkələri öz təsirləri altına almaq üçün belə oyunlar aparmaq lazımdır. Onlar, sadə üzvlük hesabına Ermənistanın maliyyə xərclərini öz çiyinlərinə yığacaq qədər sadəlövh deyillər. Qərb tərəfi kiməsə yardım etmədən öncə yüz ölçüb, min biçirlər".
Сегодня, 19:14
Prezident və xanımı Naxçıvandadır - Foto
Сегодня, 16:00
Türkiyənin İsrailə qarşı böyük planı – Ankaranın Səudiyyəyə verdiyi məsləhət Təl-Əvivi ayağa qaldırdı
Сегодня, 15:30
İsraildə Türkiyə–Pakistan təşvişi – yeni ittifaqın nüvə gücü Təl-Əvivi qorxuya saldı
Сегодня, 14:22
Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir
Сегодня, 13:38
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
Сегодня, 13:26
Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Сегодня, 13:04
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Сегодня, 12:16
Məzuniyyətə çıxmadan pulunu almaq olar?
Сегодня, 12:12
“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video
Сегодня, 12:01
Azərbaycan sərhədindən 35 kq narkotik keçirmək istədilər
Сегодня, 11:48
Aeroport yolunda yeni radar quraşdırılıb? - RƏSMİ AÇIQLAMA
Сегодня, 11:42
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Сегодня, 11:37
Aǧcabədidə yanğın törədən şəxs cəzalandırıldı
Сегодня, 11:32
Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?
Сегодня, 11:28
Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab
Сегодня, 11:22
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
Сегодня, 11:14
Xameneidən fərman: SEPAH-da ciddi kadr dəyişiklikləri, yeni komandanlar
Сегодня, 10:48
Əkrəm İmamoğlunun ofisi bağlandı, portretləri yığışdırıldı
Сегодня, 10:06
Avtomobil salonunda yanğın - Video
Сегодня, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
Сегодня, 09:44
Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video
Сегодня, 09:39
Sükan arxasında olanların NƏZƏRİNƏ
Сегодня, 09:33
Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!"
Сегодня, 09:17
Türkiyədə terrorun sonu üçün tarixi qərar – PKK ilə bağlı qanun qəbul edildi
Сегодня, 09:00
İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə