Türkiyədə terrorun sonu üçün tarixi qərar – PKK ilə bağlı qanun qəbul edildi
dunya
Oxunub: 2
11 авг 2026 | 09:17
Türkiyədə terrorun sonu üçün tarixi qərar – PKK ilə bağlı qanun qəbul edildi


Türkiyə Böyük Millət Məclisi PKK/KCK-nın silahsızlaşdırılması və fəaliyyətinə son qoyulması prosesinin hüquqi çərçivəsini müəyyən edən mühüm qanunu qəbul edib.

TRT Haber-in məlumatına görə, Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsinə dair qanun layihəsi TBMM-in Baş Assambleyasında 468 səslə qəbul edilərək qanuniləşib.

Yeni qanun Türkiyədə Terrorsuz Türkiyə adlandırılan prosesin əsas hüquqi mexanizmlərindən biri hesab olunur. Sənəd PKK/KCK terror təşkilatını yaratmaq və ya idarə etmək, təşkilata üzv olmaq, ona bilərəkdən yardım göstərmək, terror təşkilatının təbliğatını aparmaq, eləcə də təşkilatın fəaliyyəti çərçivəsində törədilmiş bir sıra cinayətləri əhatə edir.

Qanunun mühüm şərtlərindən biri PKK/KCK-nın faktiki mövcudluğuna son qoyduğunun və nəzarətindəki bütün silah-sursatı təhvil verdiyinin Türkiyənin təhlükəsizlik qurumları tərəfindən müəyyən edilməsidir. Bu fakt Milli Təhlükəsizlik Şurasının qərarı ilə təsdiqlənməli və həmin qərar Rəsmi Qəzetdə dərc olunmalıdır.

Bu şərtlər yerinə yetirildikdən sonra qanunun əhatə etdiyi cinayətlər üzrə cəzaların icrası ilə bağlı xüsusi mexanizm tətbiq ediləcək.

Ümumi həbs cəzası 15 il və ya daha az olan məhkumların cəzalarının icrası 5 il, 15 ildən çox həbs cəzası, ömürlük və ya ağırlaşdırılmış ömürlük həbs cəzası alanların cəzalarının icrası isə 10 il müddətinə təxirə salına biləcək. Bununla bağlı qərarı icra hakimi verəcək.

Lakin qanunda mühüm istisnalar da nəzərdə tutulub. Təşkilatın fəaliyyəti çərçivəsində qəsdən adam öldürməkdə məhkum edilmiş şəxslər, həmçinin 1 iyun 2005-ci ildən əvvəl törədilmiş cinayətlərə görə ömürlük və ya ağırlaşdırılmış ömürlük həbs cəzası alanlar bu mexanizmdən yararlana bilməyəcəklər.

Qanunun icrasının izlənilməsi və qiymətləndirilməsi üçün ayrıca yüksək səviyyəli qurum fəaliyyət göstərəcək. Ona Türkiyənin vitse-prezidenti rəhbərlik edəcək. Quruma ədliyyə, xarici işlər, daxili işlər və milli müdafiə nazirləri, Prezident Administrasiyasının baş katibi, Milli Kəşfiyyat Təşkilatının rəhbəri və Milli Təhlükəsizlik Şurasının baş katibi daxil olacaq.

Silahsızlaşdırma prosesi də rəsmi qaydada qeydə alınacaq. PKK/KCK üzvlərinin özləri ilə gətirdikləri və ya mövcudluğunu bildirdikləri silahlar, döyüş sursatları, nəqliyyat vasitələri, avadanlıqlar, partlayıcı maddələr və digər materiallar qeydiyyata alınacaq.

Qanunun hazırlanmasına gedən proses TBMM-də yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının fəaliyyəti ilə də əlaqəlidir. Komissiya 5 avqust 2025-ci ildə fəaliyyətə başlayıb. Onun əsas məqsədlərindən biri terrorun Türkiyənin gündəmindən tamamilə çıxarılması, milli birliyin və ictimai inteqrasiyanın gücləndirilməsi üçün hüquqi zəminin hazırlanması olub.

Qanun layihəsi Baş Assambleyaya təqdim edilməzdən əvvəl TBMM-in Ədalət Komissiyasında da qəbul edilmişdi.
Сегодня, 09:48
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - Video
Сегодня, 09:44
Aeroport yolunda yeni radar quraşdırıldı - Arxadan çəkir - Video
Сегодня, 09:39
Sükan arxasında olanların NƏZƏRİNƏ
Сегодня, 09:33
Azərbaycanlılara ŞOK xəbərdarlıq: "Rusiyaya getməyin, övladlarınızı oraya buraxmayın!"
Сегодня, 09:17
Türkiyədə terrorun sonu üçün tarixi qərar – PKK ilə bağlı qanun qəbul edildi
Сегодня, 09:00
İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Вчера, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Вчера, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Вчера, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Вчера, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Вчера, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Вчера, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Вчера, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Вчера, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Вчера, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Вчера, 12:23
DYP velosipedçilərə müraciət etdi
Вчера, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Вчера, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Вчера, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Вчера, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Вчера, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Вчера, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Вчера, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Вчера, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Вчера, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq