Peşəkar Ordu
siyaset
Oxunub: 527 887
16 сен 2024 | 11:13
Peşəkar Ordu



2023-cü il sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.
Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.
Сегодня, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Сегодня, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Сегодня, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Сегодня, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Сегодня, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Сегодня, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Сегодня, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Сегодня, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Сегодня, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Сегодня, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Сегодня, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Сегодня, 12:23
DYP velosipedçilərə müraciət etdi
Сегодня, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Сегодня, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Сегодня, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Сегодня, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Сегодня, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Сегодня, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Сегодня, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...