Paşinyan əsas “erməni terror yuvası”nı dağıdır: Ermənistanda daxili “partlayış” qaçılmazdır
dunya
Oxunub: 63
12 июн 2025 | 09:00
Paşinyan əsas “erməni terror yuvası”nı dağıdır: Ermənistanda daxili “partlayış” qaçılmazdır


Paşinyan hakimiyyəti və Qərbə inteqrasiya kursunun tərəfdarları erməni kilsəsinin liderlik etdiyi Rusiyayönlü radikal-revanşist qüvvələrlə həlledici savaşa məhkumdur... Erməni baş nazir seçki ərəfəsində “bombanın fitili”ni çəkərsə, onda Ermənistanda uzun müddət söndürülməsi mümkün olamyacaq ölkədaxili “münaqişə atəşi”nin alovlanması qaçılmaz xarakter daşıyacaq...
"Yeni Müsavat" xəbər verir ki, Ermənistan qarışmaq üzrədir. Bu uydurma erməni “dövlət”inin daxilində siyasi-ictimai proseslər artıq böhran həddinə böyük sürətlə yaxınlaşır. Üstəlik, erməni politoloqlar Ermənistan cəmiyyətində kəskin qarşıdurmaların, hətta silahlı toqquşmaların o qədər də uzaqda olmadığı barədə ciddi xəbərdarlıq edirlər. Onların fikrincə, əgər, hakimiyyətlə müxalifət düşərgəsi arasında qarşıdurma indiki intensivliklə kəskinləşməkdə davam edərsə, Ermənistan bütövlükdə savaş poliqonuna çevrilə bilər. Və erməni toplumunda yaşanan dərin parçalanma prosesi Ermənistan cəmiyyətini uzun müddət “qaranlıq tunelə” məhkum buraxacaq.

Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə Ermənistanda hakimiyyət uğrunda mübarizənin iştirakçı tərkibi ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, bu ölkədə ənənəvi siyasi qüvvələr artıq sadəcə, idarə olunan ikinci dərəcəli “istifadə aləti” rolunda çıxış edir. Yəni, “Qarabağ klanı” da daxil olmaqla, radikal-revanşist siyasi düşərgə hazırda qərar qəbul edən deyil, məhz icra edən vəziyyətinə düşüb. Çünki onilliklər boyu bu siyasi düşərgəni səhnəarxası təlimatlarla idarə edən erməni toplumunun əsas iradə mərkəzi ön plana çıxmaq məcburiyyətində qalıb.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti erməni toplumunu daim uydurma siyasi iddialarla fəlakətli proseslərə sürükləyən həmin iradə mərkəzinin ifşasına artıq nail olub. Xüsusilə də, baş nazir Nikol Paşinyanın erməni kilsəsinə açıq savaş açması bu prosesdə həlledici xarakter daşıyır. Belə ki, erməni baş nazir Ermənistanın əsas düşməninin məhz kilsə olduğunu birmənalı şəkildə bəyan etməyə başlayıb. Və Ermənistan baş naziri erməni kotalikosun Rusiya kəşfiyyatının agenti olduğunu, onun barəsində ifşaedici materialların mövcudluğunu vurğulayır.

Ancaq nə qədər qəribə də olsa, bütün erməni toplumunu ənənəvi olaraq, kənardan idarə edən erməni kilsəsi və kotalikos baş nazir Nikol Paşinyana cavab verməyə cəsarət etmir. Erməni kilsəsinə yaxın dairələrdə hesab edirlər ki, bu taktika daha doğrudur. Çünki bu məsələ ilə bağlı müzakirələrin dərinləşməsi deyil, məhz müəyyən müddətdən sonra tədricən unudulması erməni kilsəsi üçün daha sərfəli və effektiv variant hesab olunur. Və bu səbəbdən də sükuta üstünlük verilir, radikal-revanşist düşərgənin Paşinyan hakimiyyətinə qarşı savaşda ön plana keçirilməsinə çalışılır.

Halbuki, bu taktikanın erməni kilsəsinə faydalı ola biləcəyi hələlik o qədər də inandırıcı görünmür. Çünki qarşıdan növbəti parlament seçkiləri yaxınlaşır. Baş nazir Nikol Paşinyan isə bu siyasi mərhələdə erməni kilsəsi ilə açıq savaşı dayandırmaq niyyətində olmadığını prinsipial şəkildə biruzə verir. Böyük ehtimalla seçki ərəfəsində erməni baş nazir Ermənistanda əsas “fitnə-fəsad yuvası” olan kilsəyə qarşı ifşaedici materialları daha intensiv şəkildə gündəmə gətirməyə çalışacaq. Və erməni kilsəsinin Rusiya kəşfiyyatı ilə bağlılığını sübutlarla müzakirəyə çıxararaq, radikal-revanşist siyasi düşərgəni sarsıdıcı zərbələrə məruz qoymağa cəhd göstərəcək.

Təbii ki, bu məsələnin Rusiya ilə əlaqələndirilməsi erməni kilsəsi üçün nə qədər təhlükəli olsa da, bir o qədər Paşinyan hakimiyyətinin maraqları üçün sərfəlidir. Baş nazir Nikol Paşinyan bununla həm kilsənin, həm də keşişlərin dəstək verdiyi siyasi qüvvələrin Ermənistanın deyil, məhz Rusiyanın mənafeyinə xidmət etdiyini ölkənin gündəmində saxlamaqda maraqlıdır. Və Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qələbəsi böyük ölçüdə məhz bu önəmli prosesin qazanacağı uğurdan asılı olacaq.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti əslində, əsas siyasi hədəfi doğru müəyyən edib. Ona görə də, növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında qarşıdurmanın daha təhlükəli istiqamətlər ala biləcəyi qətiyyən istisna deyil. Hər halda, baş nazir Nikol Paşinyan erməni kilsəsinə qarşı ən ağır ifşa zərbələrinin məhz seçkilər yaxınlaşdıqca vurula biləcəyinin ilkin mesajlarını verir. Və bu, Paşinyan hakimiyyətinin qalib gələcəyi halda, erməni kilsəsi üçün sonun başlanğıcına da çevrilə bilər.

Maraqlıdır ki, erməni kilsəsi susqunluq taktikası seçmiş olsa belə, öz “siyasi alətlər”ini Paşinyan hakimiyyəti ilə savaşa atmaq qərarına gəlib. Belə ki, son məlumatlara görə, bəzi radikal-reavnşistləri öz ətrafında biləşdirən “Ayakve” müxalifət hərəkatına erməni kilsəsini müdafiə etmək təlimatı verilib. Bu hərəkatın açıqlamasında bildirilir ki, erməni kilsəsinin, onun milyonlarla davamçısının qanuni hüquqlarını və dini azadlıqlarını qorumaq üçün genişmiqyaslı, çoxşaxəli ictimai fəaliyyət lazımdır: “Biz məsləhətləşmələrə vahid gündəmlə - Ermənistanda erməni kilsəsinin və dini azadlıqların müdafiəsi üzrə milli ictimai qurumun yaradılması ilə başlamağı təklif edirik”.

Göründüyü kimi, erməni kilsəsi savaş meydanına öz zərbə qüvvələrinin bir hissəsini artıq çıxartmağa başlayıb. Əgər, bu proses intensivləşərsə, erməni toplumunun daha ciddi şəkildə parçalanması qaçılmaz olacaq. Çünki hakimiyyət uğrunda mübarizə artıq siyasi motivlərdən uzaqlaşaraq, dini-ideoloji zəminə yönələcək. Paşinyan hakimiyyəti erməni kilsəsini Rusiya kəşfiyyatı tərəfindən idarə olunduğunu iddia etdiyindən qarşıdurmanın küçə toqquşmalarına qədər inkişaf etmə ehtimalı qətiyyən istisna deyil.

Hazırda baş verənlərdən belə qənaətə gəlmək olar ki, Paşinyan hakimiyyəti və Qərbə inteqrasiya kursunun tərəfdarları erməni kilsəsinin liderlik etdiyi Rusiyayönlü radikal-revanşist qüvvələrlə həlledici savaşa məhkumdur. Bu baxımdan, baş nazir Nikol Paşinyanın əsas erməni terror yuvası olan kilsəni birbaşa hədəfə çıxartması həm də Ermənistan cəmiyyətində “hər an partlaya biləcək bomba”nın yerləşdirilməsi anlamına gəlir. Və erməni baş nazir seçki ərəfəsində bu “bomba”nın fitilini həqiqətən də çəkərsə, onda Ermənistanda uzun müddət söndürülməsi mümkün olamyacaq ölkədaxili “münaqişə atəşi”nin alovlanması qaçılmaz xarakter daşıya bilər.
Вчера, 16:00
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma
Вчера, 15:30
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi
Вчера, 14:22
İslam alimlərindən Türkiyə, Səudiyyə, Pakistan ittifaqına xeyir-dua – “Ümmətin birliyi güclənəcək”
Вчера, 13:44
Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır
Вчера, 13:13
Naxçıvan üçün tarixi dönüş: Yüklər, enerji, investisiyalar – yeni mərhələ başlayır
Вчера, 12:11
Tələbələr üçün1000 yerlik yataqxana kompleksi tikiləcək
Вчера, 12:00
İlham Əliyevdən Trampa SENSASİON mesaj
Вчера, 11:39
Yeni səfirlərimiz onlar oldu - Foto
Вчера, 11:19
Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
Вчера, 11:07
Zakir Həsənov onlara tapşırıqlar verdi - Fotolar
Вчера, 10:43
“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
Вчера, 10:39
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
Вчера, 10:30
37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Вчера, 10:22
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Вчера, 10:17
Kolumbiyada ölənlərin sayı artır, minlərlə insan itkin düşüb
Вчера, 09:57
Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto
Вчера, 09:52
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - Fotolar
Вчера, 09:47
Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
Вчера, 09:43
TIR-la avtomobil toqquşdu - Xəsarət alanlar var
Вчера, 09:34
Neftimiz bahalaşdı
Вчера, 09:30
Bakıda narkoşəbəkə ifşa edildi - Video
Вчера, 09:12
DTX onları necə ifşa edib? — ŞOK DETALLAR
Вчера, 09:00
Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
11-08-2026, 23:32
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
11-08-2026, 23:29
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
11-08-2026, 23:25
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
11-08-2026, 23:22
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar