DİN-in Hərbi İnstitutunda təntənəli mərasim - Fotolar
gundem / siyaset
Oxunub: 59
20 июн 2025 | 10:39


Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

“Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Vilayət Eyvazov DİN-in əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında onun mühüm rol oynadığını diqqətə çatdırıb.

O, Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarların qəbul edildiyini vurğulayıb, xüsusi diqqət və qayğının nəticəsi olaraq Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi dəyərləndirib.

Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğun olaraq Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında yüksək nəticələr əldə etdiyinə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının roluna xüsusi diqqət çəkib.

Qeyd olunub ki, məzunların həyatında yeni bir dövr başlayır. Bu təhsil ocağında komandir peşəsinə yiyələnməklə liderlik, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazanan, peşələrini sevən, müasir düşüncəyə sahib gənc zabitlər аrtıq hаzırlıqlı və pеşəkаr hərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurla davam etdirəcək, Qoşunların döyüş ənənələrinə sadiq qalacaqlar.

V.Eyvazov gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu uğurla bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Çingiz Cəfərli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllim heyətinə minnətdarlığını çatdırıb, gələcəkdə peşəkar zabit olacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib.

Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Gənc zabit Ç.Cəfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və “baş leytenant” rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.
Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.

DİN-in Hərbi İnstitutunda təntənəli mərasim - Fotolar
Сегодня, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Сегодня, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Сегодня, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Сегодня, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Сегодня, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Сегодня, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Сегодня, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Сегодня, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Сегодня, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Сегодня, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Сегодня, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Сегодня, 12:23
DYP velosipedçilərə müraciət etdi
Сегодня, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Сегодня, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Сегодня, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Сегодня, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Сегодня, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Сегодня, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Сегодня, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...