İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur...
dunya
Oxunub: 50
11 июл 2025 | 10:59


Keçmiş prezident Həsən Ruhanin başlatdığı dəyişiklik prosesi İranda kütləviləşməyə başlayır. İranın 180 ictimai-siyasi xadiminin Prezident Məsud Pezeşkiana müraciət ünvanlayaraq, köklü dəyişikliklərə çağırması da bunun təsdiqidir. Həsən Ruhani bəzən ad çəkmədən, bəzən də birbaşa Seyid Əli Xameneini hədəf alaraq ölkədə dəyişikliklərin qarşısının alınmasında ali rəhbəri ittiham edirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

“Elə bir vəziyyət yaranmağa başlayır ki, cəmiyyətin tələbi ilə elitanın istəyi üst-üstə düşməyə başlayır. Əli Xameneinin başçılıq etdiyi azlıq dəyişikliklərə müqavimət göstərsə də, dəyişikliklər qaçılmaz xarakter almaqdadır.

Siyasi elitanın böyük bir hissəsi dəyişikliklərin tərəfdarı kimi çıxış etsə də, bu dəyişikliyin nələri əhatə etməsi ilə bağlı aydın fikir olmadığı hiss olunur. Bu, Sovet İttifaqının son illərindəki vəziyyəti xatırladır. Sovet İttifaqında da cəmiyyət və elita dəyişikliyin zəririliyi qənaətinə gəlmişdi, ancaq bu dəyişikliyin nədən ibarət olmalı olduğunu aydın təsəvvür edə bilmədikləri üçün atılan addımlar yarımçıq, bəzən isə əks-effektli yaradırdı, nəticədə də dövlət qısa müddətdə dağıldı.

Məhdud məlumatların doğurduğu qənaət ondan ibarətdir ki, dəyişikliklərin nələri əhatə etməsi ilə bağlı yalnız Prezident Məsud Pezeşkianın aydın təsəvvürləri var. Qənaətlərim ondan ibarətdir ki, Məsud Pezeşkian Azərbaycan türklərinin ana dilində təhsil haqqının gerçəkləşməsinin təmin edilməsi ilə ölkəni tədricən ikidövlətli federasiyaya doğru aparmağa çalışır. İranın ikidövlətli federasiyaya çevrilməsi ideyasının İran xaricində də dəstəkçiləri çoxdur. Nüfuzlu ekspertlər və beyin mərkəzlərində belə hesab edirlər ki, farslar və Azərbaycan türkləri istisna olmaqla, İranda yaşayan digər xalqların tarixi dövlətçilik ənənlərinin olmaması ilə yanaşı çağdaş milli dövlət quracaq səviyəyyə çatmayıblar. Buna görə də İranın ikidövlətli federasiyaya çevrilməsi yaranmış vəziyyətdən ən doğru çıxış yolu ola biləcəyini qeyd edirlər”, - politoloq xatırladıb.

O vurğulayıb ki, İranın parçalanacağı halda Yaxın Şərqdə domino effekti verəcəyi, ən azı 8-10 dövlətin bütövlüyünün pozulacağına səbəb olacağı ehtimalı da İranın federallaşmasını ən doğru yol hesab edənlərin mövqelərini gücləndirir:

“Avropada qorxurlar ki, Yaxın Şərqdə dövlətlətin çöküşü nəhəng qaçqın ordusu yarada bilər. Aydın məsələdir ki, bölgəni bürüyəcək xaosdan xilas olmaq istəyənlər ilk olaraq Avropaya üz tutacaqlar. Suriya qaçqınlarının yaratdığı miqrant böhranına dözə bilməyən Avropa 8-10 dövlətdən gələ biləcək qaçqın ordusunu qəbul etmək iqtidarında deyil. Buna görə bir tərəfdən sərhədlərin gücləndirilməsi, miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı, digər tərəfdən bölgə dövlətlərinin ərazi bütövlüyünün qorunub saxlanılmasına çalışırlar. Avropanın Suriyadakı HTŞ hakimiyyətinə qarşı dözümlü yanaşılmasının səbəbi də budur. Ancaq Avropada və bütövlükdə dünyada mütəxəsilər yaxşı bilirlər ki, Yaxın Şərqin taleyi Suriyadan deyil, İrandan asılıdır. İran bölünsə, Yaxın Şərqdə hökmən bir neçə ölkə bölünəcək. İranın taleyi də belə görünür ki, Məsud Pezeşkianın aydın və qətiyyətli siyasətindən asılıdır.

İranın federallaşmasının, mərkəzi Təbriz olmaqla Azərbaycan və mərkəzi İsfahan olmaqla fars dövlətinin yaranmasının xalqımızın maraqlarına uyğundurmu?”
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Вчера, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Вчера, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Вчера, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Вчера, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Вчера, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Вчера, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Вчера, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Вчера, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Вчера, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Вчера, 12:23
DYP velosipedçilərə müraciət etdi
Вчера, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Вчера, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Вчера, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Вчера, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Вчера, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Вчера, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Вчера, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Вчера, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Вчера, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Вчера, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Вчера, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Вчера, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Вчера, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...