İsrailin SSRİ-dən havayı aldığı torpaqlar - Xruşov Fələstindəki əraziləri portağala satıb
dunya
Oxunub: 49
21 июл 2025 | 15:30


1847-ci ildə I Nikolay tərəfindən Qüdsdə qurulan rus kilsəsinin missiyası mövcud daşınmaz əmlak əldə etmək və alınmış torpaqlarda yenilərini tikmək olub. Bir neçə onilliklər ərzində Rusiya o zamanlar Osmanlı imperiyasının bir hissəsi olan Fələstin ərazisində zəvvarların qəbulu və nümayəndəlik məqsədləri üçün geniş infrastruktur kompleksi yarada bilib.

Fələstin torpağında tikilmiş ilk rus kilsələrindən biri Troitski kafedralı olub. Onun ətrafında çoxlu sayda tikililər ərsəyə gəlib, burada Müqəddəs Məryəm Maqdalena kilsəsi, Mariinski, Yelizavetinski, Nikolaevskoye metoxionları peyda olub. Onlar həm yüksək rütbəli zəvvarlar, həm də sadə insanlar üçün nəzərdə tutulub.
Həmin ərazilərdə hər kəs, xüsusən də ruslar münasib ödənişlə məskunlaşıb və yaxşı qidalana bilib. Kilsələrin yanında həmçinin məktəblər və xəstəxanalar tikilib. Torpaq almaq və binaların tikintisi üçün pul zadəganlar, tacirlər, adi zəvvarlar və çar ailəsi tərəfindən ianə edilib.

Fələstində Rusiya imperiyası üçün ən çox iş görən arximandrit Antonin (Kapustin) ata olub. Antonin Sinoddan heç bir göstəriş almadan, riskləri və təhlükələri nəzərə alaraq, tam müstəqil hərəkət edib, torpaq sahələrini almağa başlayıb.

Fələstinin ziyarətgahlarının pravoslav zəvvarları üçün nə demək olduğunu mükəmməl başa düşən Antonin 1869-cu ildə Rusiyanın mənəvi missiyasına rəhbərlik edib və görkəmli ilahiyyatçı, tarixçi, arxeoloq olub. Arximandritin səyləri sayəsində Fələstinin bütün ərazisində 13 torpaq sahəsi əldə edilib.

İnqilabdan sonra sovet dövlətinin uzaq xaricdəki mülklərin idarə edilməsinə nə vaxtı, nə də gücü olmayıb. Fələstin ərazisi İngiltərənin mandatı çərçivəsində olub və ərazi mülkiyyəti məsələsi 1948-ci ilin mayında İsrail dövlətinin elan edilməsi ilə yenidən aktuallaşıb. SSRİ yeni dövləti ilk tanıyanlardan biri olub və onunla diplomatik əlaqələr qurub.

İsrail dövləti isə onun tanınmasına görə minnətdarlıq hissi ilə Rusiyanın əmlakını Sovet İttifaqına verdiyini elan edib. SSRİ rəhbəri Stalinin əmri ilə 1948-ci ildə Moskva patriarxlığının Fələstində fəaliyyəti bərpa edilib. Onun ölümündən sonra İsraildə rusların mənəvi varlığına dair siyasət kəskin şəkildə dəyişib.

1958-ci ilin noyabrında Sov.İKP Mərkəzi Komitəsi “qondarma” müqəddəs yerlərə ziyarətlərin dayandırılması tədbirləri haqqında qərar qəbul edib. Amma ziyarəti dayandırmaq üçün rus torpağından qurtulmaq lazım olub. Milli iqtisadiyyata heç bir maddi fayda gətirmədiyi adı altında Xruşov Fələstindəki torpaqları satmaq istəyib.

Vəziyyətdən istifadə edən İsrail Xruşovun “80-ci illərə qədər SSRİ-də inanclı insan qalmayacaq” ifadəsinin əsas gətirərək Moskva ilə həmin torpaqların alınması istiqamətində danışıqlara başlayıb. Daha sonra məcazi mənada “Portağal sövdələşməsi” adlandırılacaq sənəd hazırlanıb. Xruşovun fikrincə, oradakı hər şey satılmalı və keçmişin yadigarları kimi birdəfəlik həmin ərazilərə son qoyulmalı idi.

Rusiyanın müqəddəs torpaqda üç kateqoriyalı mülkiyyəti olub: kilsə mülkiyyəti, dövlət mülkiyyəti və imperator mülkiyyəti. Nikita Sergeyeviç bütün dövlət əmlakını satıb. Razılaşma yalnız 1964-cü ilin sonunda əldə edilib.

SSRİ 4,5 milyon dollardan çox pul müqabilində ümumi sahəsi 167 min kvadratmetr olan 22 daşınmaz əmlakı İsrailə verib. Müvafiq saziş 1964-cü il oktyabrın 7-də İsrailin xarici işlər naziri Qolda Meir və SSRİ səfiri Mixail Bodrov tərəfindən imzalanıb.

Xruşovun saray çevrilişi nəticəsində məcburən istefa verməsindən təxminən bir həftə əvvəl ona sanksiya verilib. SSRİ pulun böyük hissəsini trikotaj və “Jaffa” portağalları şəklində almağa razılaşıb. Ancaq sovet vətəndaşları heç vaxt qiymətli sitrus meyvələrindən yeyə bilməyiblər.

Həmin illərdə nəqliyyat aviasiyası kifayət qədər inkişaf etməyib, təzə meyvələrin uzunmüddətli saxlanması üçün etibarlı üsullar olmayıb. Nəticədə portağalları gəmiyə yükləyiblər, orada daşınarkən, demək olar ki, tamamilə çürüyüblər. O cümlədən sovet tərəfindəki çoxsaylı bürokratik gecikmələrə görə mallar tamamilə məhv olub. Eyni zamanda SSRİ-nin trikotaj məhsulları çox olduğu üçün torpaqlar İsrailə havayı başa gəlib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
Вчера, 16:00
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?
Вчера, 15:30
Külün fotosu – Odessanın qara günü, bomba düşmüş məhəllə
Вчера, 14:08
Ukrayna ilə bu Saziş təsdiq olundu
Вчера, 14:04
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Вчера, 13:56
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Вчера, 13:53
Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
Вчера, 13:47
İlham Əliyev bu səfirləri də geri çağırdı
Вчера, 13:44
“Heç vaxt çəkilmədiyim ölkədə işləmək məni həyəcanlandırır” - Ceki Çan
Вчера, 13:40
Prezidentin açılış etdiyi park niyə bu vəziyyətə düşüb? - FOTOLAR
Вчера, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Вчера, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Вчера, 12:23
DYP velosipedçilərə müraciət etdi
Вчера, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Вчера, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Вчера, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Вчера, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Вчера, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Вчера, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Вчера, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Вчера, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Вчера, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Вчера, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Вчера, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Вчера, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Вчера, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...