Uşaqlar qumar tələsində - “RR Kazino”nun arxasında kim dayanır?
gundem / sosial
Oxunub: 74
24 окт 2025 | 13:18


Son dövrlər hüquq-mühafizə orqanlarının onlayn qumar və mərc oyunlarının təşkilinə qarşı əməliyyatları intensivləşsə də, bəzi şəxslər bu qanunsuz fəaliyyətdən əl çəkmirlər.

Azərbaycan Reallığı-nın əldə etdiyi məlumatlara görə, “RR Kazino” adlı onlayn platforma ölkə ərazisində aktiv şəkildə qanunsuz fəaliyyət göstərir və xüsusilə gənc və azyaşlı vətəndaşları hədəf alır.

Məlumata əsasən, özünü “RR Kazino” əməkdaşı kimi təqdim edən şəxslər (099) 875 66 48 nömrəsi və digər yerli nömrələr vasitəsilə “WhatsApp” üzərindən vətəndaşlara reklam xarakterli mesajlar göndərirlər. Mesajlarda “RR Kazino yenidən sizinlə”, “Yüksək bonuslar – 30%”, “Həftə sonuna özəl – 100% bonus” kimi cəlbedici ifadələr yer alır. Məqsəd isə sadədir — insanları onlayn qumar oyunlarına qoşulmağa sövq etmək.

Ən narahatedici məqam odur ki, bu çağırışların bir çoxu 14–17 yaş arası azyaşlılara göndərilir. Yeniyetmələr “asan qazanc” və “bonus” vədlərinə aldanaraq ailələrinin yığdığı vəsaitləri bu oyunlara yatırırlar. Nəticədə bir çox ailələr maddi və mənəvi baxımdan ciddi zərbə alır, bəzi hallarda isə bu, ailədaxili problemlərə və sosial fəsadlara gətirib çıxarır.

Ekspertlər xəbərdarlıq edirlər ki, onlayn qumar oyunları yalnız maddi asılılıq deyil, həm də psixoloji gərginlik və davranış pozuntuları yaradır. Gənclər arasında bu cür oyunlara marağın artması gələcək nəsillər üçün təhlükəli sosial tendensiyadır.

Maraqlıdır ki, “RR Kazino” ilə əlaqəli şəxslər özlərini gizlətmir, hətta Bakıda fəaliyyət göstərdiklərini iddia edirlər. Bu isə göstərir ki, bəzi şəbəkələr özlərini “toxunulmaz” hesab edir və qanunları açıq şəkildə pozmaqdan çəkinmirlər.

Halbuki Azərbaycan qanunvericiliyinə əsasən, qumar oyunlarının təşkili, təbliği və bu fəaliyyətə şərait yaradılması qəti şəkildə qadağandır və bu əməl həm inzibati, həm də cinayət məsuliyyəti yaradır.

Artıq “RR Kazino”nun fəaliyyəti nəticəsində xeyli sayda ailə zərər çəkib. Valideynlər övladlarının bu cür oyunlara aludə olmasından narahatdırlar. Sosial şəbəkələrdə və redaksiyamıza daxil olan müraciətlərdə qeyd olunur ki, azyaşlılar qumar oynamaq üçün ailələrinin gizlicə topladığı vəsaitləri bu saytlara yatırırlar.

Mütəxəssislər hesab edirlər ki, bu kimi halların qarşısını almaq üçün təkcə hüquq-mühafizə orqanlarının deyil, həm də ictimai nəzarətin gücləndirilməsi vacibdir. Valideynlər övladlarının internet davranışına diqqət yetirməli, şübhəli mesajlar və oyun linkləri ilə qarşılaşdıqda dərhal aidiyyəti qurumlara müraciət etməlidirlər.

Cəmiyyət inanır ki, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar məsələ ilə bağlı lazımi tədbirlər görəcək, onlayn qumar şəbəkələrinin arxasında dayanan şəxslər müəyyən edilərək qanun qarşısında cavab verəcəklər.

“RR Kazino” kimi qanunsuz platformaların fəaliyyəti yalnız fərdlərə deyil, bütövlükdə cəmiyyətin dəyərlərinə zərbə vurur.

Azərbaycan Reallığı olaraq mövzunu diqqətdə saxlayırıq və məsələ ilə bağlı rəsmi qurumların açıqlamalarını təqdim edəcəyik.
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?