Ramiz Mehdiyevin daha bir obyekti üzə çıxdı: “İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır
gundem / sosial
Oxunub: 89
28 окт 2025 | 10:30


Bakıda fəaliyyət göstərən daha bir obyektin əsl sahibinin Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev olduğu üzə çıxıb.

Bu, “İstanbul Hospital”dır.

Binəqədi rayonu, S.S Axundov küçəsi 20C ünvanında yerləşən klinika 2013-cü il sentyabrın 13-də fəaliyyətinə başlayıb. 2016-cı ildə lisenziya alıb.

Rəsmi saytlarında yer alan informasiyaya görə, hospitalın fəaliyyəti çoxşaxəlidir.

“İstanbul Hospital” ölkəmizdə özəl tibb müəssisələrinin çox az sayda fəaliyyətə başladığı bir dövrdə,yəni 13 sentyabr 2013-cü ildə şərəfli fəaliyyətinə başlamışdır. Bu illər ərzində özəl tibb müəssisələrində müxtəlif çətinliklərin olmasına baxmayaraq “İstanbul Hospital” öz yaradıcılarının səriştələri, ümumdünya təcrübələrindən faydalanmaları səbəbindən böyük və fərqli bir tibb məkanının əsası kimi yaddaşlarda silinməz izlər buraxdı. Bununla da hospital ölkəmizin özəl səhiyyə sisteminin ilk dayaq nöqtələrindən birinə çevrildi”.

Bir neçə il əvvələ aid olan bu informasiyada söhbətin hansı çətinliklərdən getdiyi məlum olmasa da, indi buranın Ramiz Mehdiyevin himayəsi altında fəaliyyət göstərdiyi, yəni ona məxsus olduğu üzə çıxıb. Bunu vaxtilə “İstanbul Hospital”da çalışmış həkim-radioloq Aydın Əliyev ictimailəşdirib.

“Yeni Sabah”a danışan həkim bildirib ki, klinikanın sahibi Əziz Quliyev Ramiz Mehdiyevin əsas adamlarından biri olub, daimi PA-nın keçmiş rəhbərinin himayəsi altında fəaliyyət göstərib:

Onun sözlərinə görə, Ə.Quliyevin etdiyi bir çox cinayət və qanunsuzluqların cəzasız qalması da R.Mehdiyev amili ilə bağlıdır: “Əziz Quliyev işdən çıxardığı heç kimə kompensasiya vermir. Necə deyərlər, qoçuluq edir. Mənim özümü də “İstanbul Hospital”dan qanunsuz şəkildə işdən uzaqlaşdırdılar. Əmək kitabçamı 4 ay vermədilər. Axır dava-dalaşla aldım. Sonradan bildim ki, bu adam Ramiz Mehdiyevin əlaltılarından biridir. İmişlidə “Georgi lenti” bağlayan rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovla da yaxın dostdurlar. Əziz Quliyev həm də vergidən yayınır. Həkimlərdən gəlir vergisi tutur, ancaq dövlətə ödəmir, cibinə qoyur. Bu adam ömründə 1 kitab oxumayıb, amma o qədər sərvətə sahib olub”.

A.Əliyev “İstanbul Hospital”dakı qanunsuzluqlardan da bəhs edib: “Krandan suyu doldurub dispenserə qoyurdular. Mən də hamı kimi dispenserdən su içirdim. Direktor olduğum üçün adətən axşamlar iş vaxtından sonra da qalırdım. Bəzən isə işə tez gəlirdim. Bir gün gördüm ki, təsərrüfat müdiri dispenserə qoyulan bidona krandan su doldurur. Dedim nə edirsən? Dedi Əziz müəllim tapşırıb. Mən dəhşətə gəldim ki, insan övladı belə hərəkət edər? Buradan hamilə qadın, uşaq da su içir.

Mən bu hadisəyə görə rəhbərliklə mübahisə etdim. Su nə olan şeydir ki, sən bu hərəkəti eləməyə özünə sığışdırırsan. Mən hay-küy salandan sonra gətirib filter qoydular. Krandan su doldurub dispenserə qoymaq birbaşa Əziz Quliyevin göstərişi idi. Mənə demişdi ki, buna özü göstəriş verib. Mən də yerindəcə cavabını verdim. Təkcə bu hadisə deyil. Əziz Quliyev İmişlinin mal bazarından gələn bir adamdır. Onun savadı, təhsili, səviyyəsi yoxdur”.

Həkim bildirib ki, Ə.Quliyev klinika əməkdaşlarını heç bir səbəb olmadan işdən çıxarır:

“Təsəvvür edin, cərraha deyir ki, sən əməliyyatı düz eləməmisən. Deyirəm sən nə bilirsən düz edib yoxsa yox? Sənin bu əməliyyatın düzgün edilməsi barədə biliyin var? Nə olsun sahibkarsan. Şərurlu İsfəndiyarın da pulu var, amma deyir ki, çobanam. Əziz Quliyev işçilərin gündə birini səbəbsiz yerə işdən çıxarır. Xadimə xırda səhv edən kimi onu işdən qovur. Bu xadimdədir, professor deyil ki. Səhv edə bilər”.

“Yeni Sabah” həkim Aydın Əliyevin iddiaları ilə bağlı “İstanbul Hospital”la əlaqə saxlayıb. Sualardan biri də tibb müəssisəsinin rəhbəri Əziz Quliyevin R.Mehdiyevlə əlaqəsi, onun himayəsi altında fəaliyyət göstərməsi barədə olub.

Zəngə cavab verən xanım rəhbərliyin nahar fasiləsində olduğunu deyib. Saytın təkrar zəngləri cavabsız qalıb. Nəhayət, günün sonunda klinikadan bildirilib ki, hazırda işdə bu suallara cavab verəcək heç kim yoxdur.(Xalq.online)
Сегодня, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Сегодня, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Сегодня, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Сегодня, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
Сегодня, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Сегодня, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Сегодня, 13:36
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Сегодня, 13:35
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
Сегодня, 13:35
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Сегодня, 13:19
İlham Hüseynov – Etibarlı İdarəçilik və Məsuliyyət Prinsiplərini Fəaliyyətində Yaşadan Rəhbər
Сегодня, 09:00
Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir
Вчера, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır